"Uşaqlar gəlib mənə şikayət edirdilər ki, Zeynəb Xanlarova dərsdə şuluqluq edir...”
Kriminal 29 Dek 2022 17:24:00 580 0
"Mən Asəf Zeynallı adına musiqi məktəbində dərs deyəndə Zeynəb Xanlarova mənim gözümün qabağında tələbə idi. Onun dövlət imtahanında komissiya üzvü olmuşam. Mənim dövrümdə bitirib məktəbi. O Seyid Şuşinskini tələbəsi olub. Çox sevdiyim xanımdır, sənətinə, şəxsiyyətinə böyük hörmətim var. Azərbaycanın mədəniyyətini dünyada təbliğ edib. O sənətinin fədasidir. Ona can sağlığı arzu edirəm. Hələ ki, onu əvəz edən ikinci böyük sənətkarımız yoxdur. Onun konsertlərində də iştirak etmişəm, görmüşəm ki, insanların üstünə necə təcili tibbi yardım maşınları gəlir".
Bu xəbəri də oxu: Gəncədə orta yaşlı kişi bıçaqlandı
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. Sənətkar Zeynəb Xanlarovanın tələbəlik illərini də xatırlayıb.
"Zeynəb dağlı qızı idi. Şən insan idi. Kimsə ona nəsə söz deyirdisə, mütləq o sözün cavabını qaytarırdı. Qabağından yeyən olmayıb. Uşaqlar gəlib mənə şikayət edirdilər ki, biz Zeynəbə nə deyiriksə, bizə cavab qaytarır, imkan vermir dərsə qulaq asaq. O vaxt mən həm dərs deyirdim, həm də Asəf Zeynallı adına musiqi məktəbində şöbə müdiri idim. Gəlib mənə şikayət edirdilər. Zeynəbi yanıma çağırıb deyirdim ki, sən qızsan, onlar oğlan. Xanımlar bir az nəcib olmalıdır. Deyirdi ki, Ceyran müəllimə, mənə sataşırlar, mən də cavablarını verirəm. Ana-bala münasibətimiz var idi" deyə sənətkar bildirib.
"Bu gün bəs münasibətiniz varmı?" sualına Ceyran Haşımova belə cavab verib.
"Xeyr, heç bir münasibətim yoxdur. İndi belə oldu da. Ola bilər ki, təsadüfən hansısa konsertdə üz-üzə gələk. O zaman da böyük hörmətlə, izzətlə bir-birimizə yaxınlaşmışıq. Münasibətimizin olmaması Zeynəb Xanlarovadan asılı olub. Münasibəti o qurmalı idi, çünki mən müəllimə, o qarşımda tələbə olub. Onun münasibəti mənə yaxşı olmalı idi. O zəng edib, xoş sözlər deməli idi. Nə olsun ki, dünya şöhrətlidir?! Mən onunla fəxr edirəm, ən sevdiyim xanəndə olub. Mən onun haqda bu sözləri deməyə də bilərəm. Yetişdirdiyim sənətkarların çoxu əməkdar və xalq artistləridir. Zəng etsələr də, məndən xəbər tutsalar da, tutmasalar da mənim tələbələrimdir" deyə sənətkar bildirib.
Son.az AZƏRTAC-a istinadən müraciəti təqdim edir:
Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün
"TRT1" kanalında yayımlanan "Təşkilat" serialı bu həft
Metronun "Xocəsən" stansiyasının istifadəyə verilməsi paytaxt y
Türkiyəli müğənni Simge Sağının illik qazancı ortaya çıxıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keç
Bu tarixi reallıqdır ki, indiki Ermənistan ərazisi azərbaycanlıların qəd
Rəqqasə Rəna Ağamuradova (Renka) Aşıq Zülfiyyə İbadovanın oğlu Babək
Ləğv olunan uçuşlar, saatlarla gözləyən insanlar.
Ukrayna Silahlı Qüvvələrinə məxsus S-300 zenit raket sisteminə (ZRS) aid
Fransız jurnalist Jan-Mişel Brün Fransa siyasətçilərini və mətbuatını
Hollivud aktrisası Keyt Bekinseyl qeyri-adi libasda İtaliyanı gəzib.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bugünkü açı