Xəzinə tapdılar, "burunlarından gəldi"
Dünya 29 Dek 2022 19:56:00 366 0
Bu xəbəri də oxu: Bu halda Rusiya ilə ABŞ arasında münasibətlər normallaşa bilər Putin
Böyük Britaniyada qədim artefaktlar aşkar edən və bu barədə hökumətə məlumat verməyən bir neçə həvəskar xəzinə ovçusu 1,2 milyon funt sterlinq ödəməyə məcbur edilib.
Son.az bildirir ki, bu barədə The Independent xəbər verir.
2019-cu ildə Corc Pauell və Leyton Devis dörd il əvvəl Herefordşirdə tapdıqları xəzinəyə görə müvafiq olaraq on və səkkiz il həbs cəzasına məhkum ediliblər. Xəzinə, 9-cu əsrə aid qızıl üzük, əjdaha başlı bilərzik, 5-ci əsrə aid gümüş külçə, büllur kulon və 300-dən çox sikkədən ibarət olub, bəziləri Böyük Kral Alfredin hakimiyyəti dövrünə aiddir.
Tapılanların dəyəri təxminən üç milyon funt-sterlinq olaraq qiymətləndirilib, lakin tarixçilər hesab ediblər ki, artefaktlar qədimliyinə və əla vəziyyətinə görə qiymətsiz xəzinədir. 1996-cı il Britaniya Xəzinə Aktına əsasən, tapan şəxs iki həftə ərzində yaşı 300-dən çox olan və bir ədəddən çox miqdarda tapılan hər hansı antik qiymətli metal sikkələr barədə yerli hakimiyyət orqanlarına məlumat verməlidir.
Pauell və Devis metal detektorları ilə axtarış apardıqları fermanın sahibinə tapıntı barədə məlumat verməyib, peşəkarlara müraciət etməyib, özləri tapdıqlarını satmağa başlayıblar. Onlar xəzinənin böyük hissəsini qara bazarda satdıqdan sonra həbs ediliblər.
İndi kişilərə itkin qiymətli əşyalara görə 21 mart 2023-cü il tarixinədək hökumətə ümumilikdə 1,2 milyon funt sterlinq ödəmələri əmr edilib. Əks halda onların müddəti beş il dörd ay uzadılacaq.
2019-cu ildə hökm oxunarkən hakim qeyd edib ki, Pauell və Devis tapılan dəyərləri dərhal səlahiyyətli orqanlara təhvil versəydilər, hər biri 500 min funt sterlinq alacaqdılar.
İrfan Vəliyev Son.az
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina M
Yeni il yaxınlaşdıqca şəhərin istənilən yerində onları görmək mümk�
"Zeynəb Xanlarova mənim həyatda kumirimdir. Onu çox sevirəm. Təsəvv�
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə tədris 3 növbədə həyata
Müğənni Tacir Şahmalıoğlunun "Bacısı (müğənni Fədayə Laçını
Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstə
Prezident İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya t
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəs
Son günlər qripə yoluxanların sayı durmadan artır. Bu xəstəliyə həm u�
Kambocada "Grand Diamond City" lüks otel və kazinosunda baş verən
Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra ye
Bəzi otellərdə dincəlmək üçün hər cür şərait yaradılsada, Avropada