Ermənistan uğrunda mübarizə: “Qərb


Siyasət 29 Dek 2022 21:16:00 358 0

Ermənistan uğrunda mübarizə: “Qərb

Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Azərbaycana dəhliz verməyə və ölkəsini "İttifaq Dövləti"nə qoşulmağa məcbur etməkdə ittiham etdi. Kremldən Qriqoryana verilən cavab kifayət qədər sərt oldu, onu "təxribatçı" adlandırdılar. Sizcə, Ermənistan rəsmilərinin artan anti-Rusiya açıqlamaları nə ilə əlaqəlidir və bu tendensiya necə nəticələnə bilər?

- Ermənistan əvvəldən yanlış siyasət aparıb. Ermənistan Rusiyadan tam asılı olan bir ölkədir. Qazı Rusiyadan kifayət qədər ucuz qiymətə alır. İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Rusiyanın Ermənistanda hərbi bazası var. Rusiyanın aparıcı şirkətləri Ermənistan iqtisadiyyatına nəzarət edir. Enerji, dəmir yolu, dağ-mədən sənayesi və digər önəmli sektorları Rusiyanın əlindədir.

Ermənistan Rusiyadan hərbi baxımdan da asılıdır. Bunlardan əlavə, Ermənistana kənardan ən çox pul Rusiyadan gəlir. Bu pullar Ermənistanın dövlət büdcəsinin böyük hissəsini təşkil edir. Rusiyanın hava məkanını müdafiə sistemləri həm də Ermənistanın hava məkanını qoruyur. Yəni Ermənistanın Rusiyadan asılılığını göstərmək üçün belə faktları sadalamaqla bitmir.

Hələ Ermənistanın KTMT, Avrasiya Birliyi və Gömrük Birliyinin üzvü olduğunu, eləcə də Rusiya ilə imzalanmış digər ikitərəfli müqavilələrdən danışmıram.

Təsəvvür edin ki, belə bir durumda olan ölkə müstəqil və qərbyönlü siyasət aparmaq istəyir. Yeri gəlşmişkən, Ermənistan əhalisinin böyük hissəsi Rusiyadadır, onlar burada işləyib öz ailələrinə pul göndərirlər. Belə bir ölkə müstəqil siyasət apara bilərmi? Əlbəttə, apara bilməz.

Ermənistan heç vaxt müstəqil olmayıb, həmişə Rusiyadan asılı olub. İndi müstəqillik eşqinə düşüblər, Rusiya da onlara öz yerlərini göstərir. Deyir ki, sizin yeriniz buradadır, "qırmızı xətt" budur. Ermənilər bu durumdan narahatdırlar və Qərbdəki havadarlarının xoşlarına gəlmək üçün bu cür açıqlamalar verirlər.

Bəli, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bununla bağlı xeyli sübutlar var. Ermənistan rəhbərliyi də öz cəmiyyətinə izah etməliydi ki, vəziyyət belədir, biz Rusiyadan asılıyıq, bizim dəmir yolumuz da ona məxsusdur, burada müstəqil addımlar atmaq mümkün deyil. Ermənilər reallıqdan çıxış etsəydilər, yəqin ki, mənzərə başqa cür olardı. Bunu etmək əvəzinə "müstəqil siyasət" aparırlar. Əslində isə patronlarını dəyişdirməyə çalışırlar, Rusiyanın kurasiyasından Qərbin kurasiyasına keçmək istəyirlər. Nəticədə Qriqoryan belə açıqlamalar verir ki, Qərbdəki kuratorlarının xoşuna gəlsin.

Ermənistanın bu mövqeyi də Rusiyanın haqlı narazılığına səbəb olur. Sən illərdir Rusiyadan aldığın dotasiya ilə yaşayırsan, amma indi müstəqil addımlar atmaq istəyirsən. Bu necə ola bilər?

- Ermənistanda Qərb və Rusiya arasında gedən mübarizəyə dair proqnozunuz necədir?

- Qərb uduzacaq. Ermənistanın hakim siyasi elitası qərbyönlü ola, Qərbə doğru addım ata bilər, amma reallıq başqadır. Məsələn, reallıqda Qərb Ermənistana güzəştli qiymətlərlə qaz satacaq? Bütün iqtisadiyyat bunun üzərində qurulub. Qərbin hansısa şirkəti gəlib Ermənistan iqtisadiyyatına külli miqdarda vəsait qoyacaqmı?

Ermənistanın şirkətləri öz məhsullarını Fransa, ABŞ və ya Avropa ölkələrinə sata biləcəklərimi? Onların ərikləri Qərbdə kimə lazımdır?! Məsələ budur.

Ermənistan o qədər müstəqildir ki, KTMT və Avrasiya Birliyindən çıxsın, yaxud Rusiya ilə münasibətlərini pozub, bunu Qərblə əvəzləsin? Bunu edə bilməzlər. İndi oyun gedir, siyasi bəyanatlar verilir, reallıq isə tam fərqlidir.

Əgər Ermənistan həqiqətən müstəqil siyasət aparmaq, Qərbə inteqrasiya etmək istəyirsə, onda gərək birinci qonşu dövlətlərlə normal münasibətlər qursun. Çünki bu ölkə demək olar ki, hər tərəfdən Azərbaycan və Türkiyə ilə əhatə olunub. Gürcüstan və İranla balaca bir dəhlizi var. Gürcüstan da Azərbaycan və Türkiyə ilə çox sıx münasibətdə olan bir ölkədir. Yəni Tiflis bu durumda heç vaxt Azərbaycan və Türkiyə əleyhinə siyasət aparmaz.

Sən blokadada olan bir dövlətsən və müstəqil siyasət aparmaq istəyirsənsə, bu reallıqları nəzərə almalısan. Bu ölkələrlə normal münasibətlər qurmalısan ki, addımların daha təsirli olsun. Məsələn, bunun üçün Rusiya investisiyalarını Türkiyə və Azərbaycan sərmayələri ilə əvəz edə bilərsən. Çünki ən yaxın böyük bazarlar Azərbaycan və Türkiyədir.

Amma bunu etmək istəmirlər, Qərb isə uzaqdadır, ona görə də bu acınacaqlı vəziyyət davam edəcək. Qərb də Ermənistanda öz maraqlarına uyğun oyununu oynayır. Nəticədə bu ölkə dalandan çıxa bilmir.

- Bəs Laçın yolu ətrafında yaranmış durum haqda nə düşünürsünüz: bu prosesin mümkün nəticələri necə ola bilər?

- Bax, bu məsələdə biz öz müstəqilliyimizi ortaya qoyuruq. Laçın yolu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi digər ərazilər də Azərbaycana məxsusdur. Biz bu məsələlərlə bağlı daha çox Rusiya ilə müzakirə aparırıq. Təəssüf ki, bunlar bir çox hallarda uğursuz alınır, amma Rusiya Azərbaycanın mövqeyini nəzərə almağa məcbur olur. Lavrovun Ceyhun Bayramovla son görüşündə verdiyi açıqlamaları misal göstərə bilərik.

Digər yandan, artıq neçə gündür ki, fəallarımız Laçın yolunda post qurublar və Rusiya sülhməramlıları buna qarşı heç nə edə bilmirlər.

Bütün bunlar göstərir ki, Rusiya reallıqları nəzərə alır və bununla bağlı Azərbaycana təzyiq göstərə bilmir. Əksinə, Azərbaycan təzyiq edir. Bütün hallarda isə anormal durum yaranıb. Çünki bizim fəallarımız məcbur olaraq orada dayanırlar. Əslində, orada dayanmamalıdırlar, monitorinq missiyası yerdə işləməlidir.

Digər yandan, Qarabağın dağlıq hissəsindəki durum dəyişməlidir. Oradakı indiki vəziyyət bizim üçün məqbul deyil. Rusiya sülhməramlıları separatçılar üçün sərhədçi rolunu oynamamlıdır, onların funksiyaları tamam başqa olmalıdır. Bu durumda diplomatik və müəyyən dərəcədə hərbi-təhlükəsizlik tədbirləri görərək, vəziyyəti dəyişdirməyə nail olmalıyıq. Başqa çıxış yolumuz yoxdur.

Hərbi məsələdən danışanda nəzərə almalıyıq ki, regionda Azərbaycanın komando birlikləri fəaliyyət göstərir. Yəni burada bizim yeni hərbi infrastrukturumuz yaradılıb, yaradılır, Silahlı Qüvvələrimiz müasir silahlarla təchiz olunub və bu davam edir. Bu da tədricən durumu dəyişdirir.

Müxtəlif fikirlər var ki, guya "Vaqner" hərbçiləri Qarabağın dağlıq hissəsinə gətirilə bilər. Bu, inandırıcı görünmür. Çünki həcm və digər məqamlar baxımından bölgədə bizim hərbi üstünlüymüz kifayət qədər böyükür. Qarşı tərəf də bunu izləyir və görür. Ona görə də düşünürəm ki, hərbi müstəvidə Azərbaycanla qarşıdurma istəməzlər. Bu halda təhlükə onlar üçün kifayət qədər böyük ola bilər. Yəni separatçı, qondarma rejimi müdafiə etmək üçün buna getməzlər. Bu baxımdan, bölgədəki vəziyyəti yavaş-yavaş dəyişdirməliyik və artıq bu yöndə irəlilədiyimizi düşünürəm.

- Terrorçu Ruben Vardanyanın simasında Qarabağın dağlıq hissəsində separatizmin yeni dalğası baş qaldırır. Bu, bölgədə gərginliyi artıran əsas faktorlardan biridir. Vardanyan və ya onu dəstəkləyənlərin hədəfləri nədir? Separatçı Araik Arutyunyan niyə onun kölgəsində qaldı?

- Çünki Araik Arutyunyan layihə kimi özünü doğrulda bilmədi. Onun rolu separtçı rejimi qoruyub-saxlamaqdan ibarət idi. Araik də öz rolunu bacarmadı. Ona görə də bu durumda onun önəmi itib.

Vardanyan başqa bir layihədir, daha çox Ermənistana hesablanmış projedir. Yəqin ki, Vardanyanın hədəfi Ermənistanın siyasi olimpidir, Qarabağ yox. Kim Vardanyanın əliylə hansı oyunu oynayır, nəyi planlaşdırır - bütün hallarda bunlar bizim üçün maraqlı deyil. Ermənistanla nə istəyirlər, etsinlər, Azərbaycanla işləri olmasın. Rusiyada Vardanyana dəstək verən dairələr anlamalıdırlar ki, Azərbaycanın bölgədə yaratdığı iqtisadi və hərbi-siyasi reallıqdan sonra Vardanyan kimi layihələr effektli olmayacaq, bunlar boş projelərdir.

Təəssüf ki, təkcə Rusiya yox, Qərbdən də müəyyən dairələr Vardanyana və separatçılara dəstək verirlər. Buna görə Azərbaycana təzyiq də edirlər. Bizim əsas məqsədimiz budur ki, Vardanyan və digər layihələrin burada işə yaramayacağını, bunların reallaşdırılmasının mümkün olmayacağını anlasınlar.

Hesab edirəm ki, Laçın yolunda nəzarət-buraxılış məntəqələri qoymaqla və digər addımları atmaqla buna nail olmalıyıq. Əllərimizdəki imkanlardan istifadə edərək, bunu həyata keçirə bilərik. Bunun üçün kifayət qədər imkanlarımız var. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər də bizim əhatə dairəmizdədir.

İnsanlarımız tədricən azad etdiyimiz ərazilərdə məskunlaşdırılmalıdır, yeni iqtisadi münasibətlər yaranmalıdır, bu da bir təzyiq rolu oynayacaq. İndi deyirlər ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyalar açılmalıdır, bəli, bu olmalıdır. Amma bizim ərazilərimizdə də bu yöndə maneələr var. Məsələn, Kəlbəcərdən birbaşa Tərtərə gedə bilmirik ki, orada separatçılar var. Bu kommunikasiyalar açılmalıdır.

Bu məsələləri tədricən həll etməliyik və bu fonda vəziyyət tam dəyişəcək. Bunları etdikdən sonra Vardanyan və digərləri bu vəziyyəti dəyişə bilməyəcəklər.

Qış aylarında su içməliyikmi? like
  • 29 Dek 21:15  
Digərləri Qış aylarında su içməliyikmi?

Payız-qış aylarında dəri quruluğunun qarşısını almaq üçün su balans

arrow Ətraflı
İngilis nəşrindən Ərdoğan etirafı: “Məharətlə oynayır, like
  • 29 Dek 21:13  
Siyasət İngilis nəşrindən Ərdoğan etirafı: “Məharətlə oynayır,

İngiltərənin "Financial Times" qəzetində qlobal geosiyasətdə ba

arrow Ətraflı
Azərbaycanda türmədə olan avtoritetin oğlanları da like
  • 29 Dek 21:11  
Digərləri Azərbaycanda türmədə olan avtoritetin oğlanları da

Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunan M

arrow Ətraflı
Digahda "BMW" aşdı, alışdı  Xəsarət alanlar var like
  • 29 Dek 20:54  
Digərləri Digahda "BMW" aşdı, alışdı Xəsarət alanlar var

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "

arrow Ətraflı
"Həyat yoldaşımın vətəninə köçdüm"  VİDEO like
  • 29 Dek 20:52  
Şou-biznes "Həyat yoldaşımın vətəninə köçdüm" VİDEO

"İnana bilmirəm ki, nəhayət buradayam. Uzun bir məsafəli münasibət

arrow Ətraflı
“Evlənir, fikirləşmir ki, sabah kartof alacaq”  VİDEO like
  • 29 Dek 20:36  
Şou-biznes “Evlənir, fikirləşmir ki, sabah kartof alacaq” VİDEO

"Bizim bir reseptimiz yoxdur ki, deyək, ailə belə olmalıdır. Ailələr

arrow Ətraflı
"Anamın sosial şəbəkələrə ehtiyacı yoxdur"  VİDEO like
  • 29 Dek 20:20  
Şou-biznes "Anamın sosial şəbəkələrə ehtiyacı yoxdur" VİDEO

"Anam Zülfiyyə xanıma ikitərəfli baxmışam. Həm ana olaraq, həm də

arrow Ətraflı
Ukrayna gözəli cəbhədə evləndi  FOTO like
  • 29 Dek 20:12  
Şou-biznes Ukrayna gözəli cəbhədə evləndi FOTO

Rusiya ilə müharibədə Ukrayna adına döyüşən ölkənin gözəllik krali�

arrow Ətraflı
Aktrisa yenə jurnalistlərlə dalaşdı  VİDEO like
  • 29 Dek 20:04  
Şou-biznes Aktrisa yenə jurnalistlərlə dalaşdı VİDEO

Aktrisa Merve Boluğur növbəti dəfə jurnalistlərlə gərginlik yaşayıb.

arrow Ətraflı
Valentina Matviyenko İlham Əliyevi təbrik etdi like
  • 29 Dek 19:50  
Siyasət Valentina Matviyenko İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina M

arrow Ətraflı
Elza canlı efirdə pərt oldu  VİDEO like
  • 29 Dek 19:48  
Şou-biznes Elza canlı efirdə pərt oldu VİDEO

Əməkdar artist Elza Seyidcahan canlı efirdə pərt olub.

arrow Ətraflı