“Nargis” Fondu və “Bank Respublika” aztəminatlı ailələrə bayram sovqatı təqdim etdi
Digərləri 29 Dek 2022 13:20:00 459 0
"Nargis" Fondu Yeni il bayramı ərəfəsində respublikamızın aparıcı banklarından biri olan və daim xeyriyyəçiliyə töhfəsini verən "Bank Respublika"nın dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirib. Belə ki, aksiya çərçivəsində Fond tərəfindən qeydiyyata alınmış Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr bir aylıq ərzaq məhsulları ilə təmin edilib.
Bu xəbəri də oxu: Sutkada 8 saat yatmayan 20 ilə bu hala qalacaq FOTO
"Bayramlar paylaşdıqca gözəldir!" şüarı ilə keçirilən aksiyanın əsas məqsədi, Yeni il bayramı öncəsi ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaqdır.
"Nargis" Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fondun dəstəyi ilə Azərbaycan Respublikasının müxtəlif yerlərində yaşayan ağır xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşaq yenidən sağlamlığa qovuşub. Eyni zamanda Fond tərəfindən müxtəlif social layihələr həyata keçirilir, o cümlədən aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art Ho
Yaşayış var, amma bina sökülür. Bəli, Sumqayıt şəhəri, 20 Yanvar kü�
"Kreml divarları arasında qərar verənlər artıq əsəblərini itirir
Rusiya və Türkiyə qaz qovşağının yaradılması layihəsinin icrası üzə
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təc
Nə qədər maarifləndirmə işləri aparılsa da, qanun icazə verməsə də,
Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.
"Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ə
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi
Son.az lent.az-a istinadən Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Ze
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil
Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tu