Dənizin hasarlanmasına qarşı çıxan,
Şou-biznes 29 Dek 2022 12:16:00 438 0
Son.az lent.az-a istinadən Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Zeynəb Xanlarova haqda maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Aygün Kazımova Murad Dadaşovu belə təbrik etdi
O, bir mahnısında özünü, öz taleyini çox gözəl ifadə etmişdi: "Dünyanın xoşbəxti mənəm dünyada".
Söhbət canlı korifey, Azərbaycan səhnəsinin əfsanəsi, SSRİ Xalq artisti Zeynəb Xanlarovadan gedir. O, vaxtında, həm də sağlığında qiymətini almış xoşbəxt sənətkarlardandır. Zeynəb Xanlarova Azərbaycan adını, mahnılarını dünyanın 50-dən çox ölkəsində səsləndirmiş sənətkardır.
O səhnəyə yeni nəfəs, şaqraqlıq gətirmiş müğənniydi. Zeynəbə qədər bütün müğənnilər səhnədə az qala "farağat" vəziyyətində dayanıb oxuyurdular.
Zeynəb səhnələrin ərköyün qızıydı, bütün qadağaları, qaydaları pozan, sındıran Zeynəb idi .
Mənim yadıma gələn, bütün bayram konsertlərində ən son o çıxış edərdi, hər kəs Zeynəbin çıxışını səbirsizliklə gözləyirdi. Həm ifası, həm də görünüşü ilə göz oxşayırdı. Geydiyi rəngarəng geyimlərlə, səhnədə göstərdiyi performansı ilə Zeynəb Xanlarova əslində Azərbaycan səhnəsində şounun (şoubiznesin yox) əsasını qoyub. Verdiyi müsahibələrdən birində geyindiyi geyimləri özünün tikdiyini, çox zaman özü dizayn etdiyini demişdi.
Par-par parlayan aksessuarları isə hər zaman zinət əşyası deyildi. Hərçənd ola da bilərdi. O kassalara ən çox qazanc vermiş müğənniydi. Zeynəb özü ayrıca bir epoxa idi.
Onun üçün bəstəkarlar xüsusi mahnılar yazırdılar. Kimin mahnısını oxuyurdusa, onu da məşhur edirdi. Hətta bir zamanlar ara müğənnisi sayılan Ağadadaş Ağayevin "Təki mənə sevirəm de" mahnısını oxumaqla özü də bilmədən onun ekranlara yoluna işıq tutmuşdu.
Zeynəb bütün dünyada həm estrada müğənnisi, həm xanəndə, həm muğam ustası, həm də primadonna kimi qəbul edilmişdi. Bu sahələrin hamısında öz sözünü deməyi bacarmışdı. Özü də yüksək səviyyədə.
Bir dəfə çıxışlarından birində demişdi ki, xaricə qastrollara gedərkən təyyarədə mahnılar bəstələyərmiş, gələndə bu mahnıları getdiyi ölkələrin mahnısı kimi təqdim edərək, televiziyanın sərt senzurasından keçirməyi bacarırmış. Bu mahnılardan biri də onun tez-tez oxuduğu "Xalidəm" mahnısıydı. Xalidəm mahnısı ansamblın klarnetçalanı Vəli Qasımovun xanımının ad günü münasibəti ilə Yəmənə səfər zamanı yolda yazılıbmış.
Zeynəb Xanlarovanın ortaya çıxıb dünyaya qanadlanmasında heç şübhəsiz ki, Heydər Əliyevin əvəzsiz rolu olub. Heydər Əliyev SSRİ məkanında azərbaycanlı sənətkarların yüksək pillələrdə dayanmasında maraqlı idi və bu mənada Zeynəbə yolu açan, dəstəyi verən o olmuşdu. Heç şübhəsiz ki, Zeynəb Xanlarovanın yüksək istedadını görüb qiymətləndirərək.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil
Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tu
Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisindən Qazax
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycan ü�
Həm Rusiyada, həm də xaricdə Rusiya ilə Azərbaycanın toqquşmasında mara
Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalının Şuşa şəh�
"Eurovision" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə payla�
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.
Bülənt Ərsoyun dekabrın 31-də Bakıda verəcəyi konsert təxirə düşüb.
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və s
Sonuncu dəfə "İçimizdeki ateş" serialında rol alan türkiyəli a
Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on səkkizinci