Gələn il Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatını daha fəal maliyyələşdirəcək


Siyasət 29 Dek 2022 11:23:00 388 0

Gələn il Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatını daha fəal maliyyələşdirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycan üçün əsas strateji prioritetlərini saxlamaq niyyətindədir.

Bunu Trend-ə eksklüziv müsahibəsində AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bildirib.

"Bu, o deməkdir ki, biz ölkənin qeyri-neft sektorunun inkişafına, yerli kreditorların gücləndirilməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına və regional əməkdaşlığın genişləndirilməsinə diqqəti davam etdirəcəyik", - deyə o qeyd edib.

Mahmudovanın sözlərinə görə, 2023-cü ildə Bank həm özəl, həm də dövlət sektorunu maliyyələşdirərək daha da fəallaşacaq.

"Hazırda hazırlanmaqda olan layihələrə davamlı infrastruktur, aqrobiznes, maliyyə institutları və "yaşıl" enerji daxildir. Lakin indiki mərhələdə biz dəqiq rəqəmlər deyə bilmərik, çünki bu layihələrdən bəziləri hələ də hazırlıq mərhələsindədir", - deyə o əlavə edib.

M.Mahmudova bildirib ki, ilin sonuna qədər daha bir sazişin imzalanacağını nəzərə alsaq, bu il Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana yatırdığı investisiyalar 90 milyon avronu keçəcək.

O qeyd edib ki, bu investisiyaların təxminən yarısı özəl sektorun payına düşür:

"İnvestisiyaların sahələr üzrə bölgüsü belədir: 25 faiz hər biri dayanıqlı infrastruktur, media və telekommunikasiya sektorlarına, qalanı isə aqrobiznes, istehsal və xidmət sahələrinə, maliyyə institutlarına düşür".

Yeni tərəfdaş-banklar

Onun sözlərinə görə, AYİB hazırda 2023-cü ildə bir sıra Azərbaycan bankları ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Mahmudova bildirib ki, yerli banklar müsbət maliyyə göstəricilərinə nail olsalar, AYİB yaxın vaxtlarda onlara yeni kreditlər təklif edə biləcək.

"Hazırda biz ticarətin maliyyələşdirilməsi və kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə tərəfdaş banklarımızın siyahısını genişləndirmək imkanlarını nəzərdən keçiririk", - deyə o bildirib.

Mahmudova vurğulayıb ki, AYİB 2019-2024-cü illər üçün Azərbaycan üzrə ölkə strategiyasına uyğun olaraq maliyyə bazarlarının inkişafı vasitəsilə yerli maliyyə institutlarının dayanıqlığının artırılmasını hədəfləyir:

"Bu, bank sektorunda sabit maliyyələşdirmə strukturuna və sağlam risklərin idarə edilməsi təcrübəsinə gətirib çıxarır. Bu məqsədlərə nail olmaq üçün AYİB beynəlxalq maliyyə institutlarının istiqrazlarının, "yaşıl" istiqrazların və derivativlərin/sekyuritizasiyaların buraxılması üçün maliyyə bazarlarında şəraitin yaxşılaşdırılması üzrə Azərbaycan Mərkəzi Bankı ilə fəal danışıqlar aparır".

Bundan əlavə, E.Mahmudova bildirib ki, AYİB Azərbaycanda iki texniki yardım proqramını - kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmi və 2018-2022-ci illər üçün maliyyə İnstitutlarının potensialının gücləndirilməsi proqramını həyata keçirib. Maliyyə institutlarının potensialının gücləndirilməsi proqramı 2019-2022-ci illər ərzində həyata keçirilib və yerli banklara daxili təcrübələrindəki boşluqları aşkarlamağa, habelə yerli banklara bu boşluqları aradan qaldırmağa imkan verəcək müvafiq fəaliyyət planlarını hazırlamağa kömək edib.

AYİB-in azad edilmiş ərazilərdəki layihələrdə iştirakının mümkünlüyü haqqında

AYİB-in Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl" zonanın yaradılması layihəsində iştirakının mümkünlüyünü şərh edən Kamola Mahmudova qeyd edib ki, AYİB bankın siyasəti və standarları baxımından uyğunluq meyarlarına cavab verən yeni infrastruktur layihələrinin öyrənilməsində maraqlıdır:

"Bu meyarlar ekoloji aspektlərdən, davamlılıq aspektlərindən tutmuş satınalma və maliyyəyə qədər geniş spektrli məsələləri əhatə edir. Siyahı genişdir və hər bir layihə diqqətli qiymətləndirmə tələb edir. Buna görə də, hökumətdən belə bir sorğu aldıqdan sonra biz bütün imkanları fərdi qaydada, digər beynəlxalq maliyyə institutları ilə razılaşdırmaqla və layihə ərazisinə təhlükəsiz giriş şərti ilə qiymətləndirəcəyik (bildiyimiz kimi, qanunsuz silahlı qruplar tərəfindən ərazilərin minalanması bu günə qədər davam edir)".

"Yaşıl enerji"nin inkişafına dəstək

Kamola Mahmudova qeyd edib ki, AYİB Azərbaycanın yeni şəhərlərində "yaşıl" investisiyaları genişləndirməyi planlaşdırır.

"AYİB-in "Yaşıl Şəhərlər" proqramı - son illərdə böyük populyarlıq qazanmış qabaqcıl proqramdır. Hazırda 50-dən çox şəhər öz infrastruktur və ekoloji problemlərini həll etmək üçün bu unikal proqrama qoşulub. Bildiyiniz kimi, Gəncə Azərbaycanda AYİB-in "Yaşıl Şəhərlər" proqramına qoşulan ilk və indiyədək yeganə şəhərdir və bu il biz orada iki layihəyə imza atmışıq. Bu layihələr şəhərə bərk məişət tullantılarının toplanması və küçələrin işıqlandırılması infrastrukturunda olan çatışmazlıqları aradan qaldırmağa kömək edəcək".

Onun sözlərinə görə, AYİB Gəncə üçün "Yaşıl Şəhər" Fəaliyyət Planını hazırlamağa başlayıb və onun gələn il hazır olacağı gözlənilir.

"Fəaliyyət Planında infrastruktur investisiyalarının tam siyahısı və Gəncə sakinlərinin üzləşdiyi ən aktual problemlərin həlli istiqamətində görülən tədbirlər öz əksini tapacaq. Paralel olaraq, Bankın yeni şəhərlərə və infrastruktur sektorlarına yaşıl və aşağı karbonlu investisiyalarını genişləndirmək üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə sıx əlaqə saxlayırıq. Nazirliklə birlikdə Gəncədə və Azərbaycanın digər bölgələrində yeni layihələri nəzərdən keçiririk", - deyə Mahmudova bildirib.

Azərbaycanda hidrogen təsərrüfatı haqqında

Mahmudova bildirib ki, AYİB Azərbaycanda aşağı karbonlu hidrogen iqtisadiyyatı bazarının tədqiqinin nəticələrinə dair hesabat hazırlayır:

"Hazırda hesabat hazırlanır və biz onun yaxın aylarda yekunlaşacağını gözləyirik".

Mahmudova qeyd edib ki, hidrogen üzrə əməkdaşlıq çərçivəsində AYİB hidrogen istehsalı potensialının qiymətləndirilməsində Azərbaycan hökumətinə dəstək verir.

Bakı və Moskva bu təhlükəni görməlidir like
  • 29 Dek 11:21  
Dünya Bakı və Moskva bu təhlükəni görməlidir

Həm Rusiyada, həm də xaricdə Rusiya ilə Azərbaycanın toqquşmasında mara

arrow Ətraflı
Xankəndində yeni rus oyunu başladı like
  • 29 Dek 11:17  
Siyasət Xankəndində yeni rus oyunu başladı

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalının Şuşa şəh�

arrow Ətraflı
Xalq artisti ilə ailə quran Aysel gündəmə gəlir like
  • 29 Dek 11:10  
Şou-biznes Xalq artisti ilə ailə quran Aysel gündəmə gəlir

"Eurovision" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə payla�

arrow Ətraflı
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb like
  • 29 Dek 10:59  
Digərləri Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.

arrow Ətraflı
Bülənt Ərsoyun Bakı konserti təxirə düşdü like
  • 29 Dek 10:48  
Şou-biznes Bülənt Ərsoyun Bakı konserti təxirə düşdü

Bülənt Ərsoyun dekabrın 31-də Bakıda verəcəyi konsert təxirə düşüb.

arrow Ətraflı
Elmira Abdullayeva mafiya üçün 50 milyard like
  • 29 Dek 10:39  
Dünya Elmira Abdullayeva mafiya üçün 50 milyard

Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və s

arrow Ətraflı
Toylarına xərclədiyi məbləğ üzə çıxdı like
  • 29 Dek 10:26  
Şou-biznes Toylarına xərclədiyi məbləğ üzə çıxdı

Sonuncu dəfə "İçimizdeki ateş" serialında rol alan türkiyəli a

arrow Ətraflı
Sülhməramlılara məxsus 4 minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib like
  • 29 Dek 09:59  
Digərləri Sülhməramlılara məxsus 4 minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib

Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on səkkizinci

arrow Ətraflı
“Eurohome”un fəaliyyəti rəsmən dayandırıldı  FOTO like
  • 29 Dek 09:53  
Digərləri “Eurohome”un fəaliyyəti rəsmən dayandırıldı FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Halsızlıq like
  • 29 Dek 08:59  
Digərləri Halsızlıq

İnsan orqanizmində bəzi patoloji dəyişikliklərin baş verdiyi zaman və ya

arrow Ətraflı
Rusiya qazının ixracı ən aşağı səviyyəyə like
  • 29 Dek 08:58  
Dünya Rusiya qazının ixracı ən aşağı səviyyəyə

Rusiya qazının ixracı son 20 ildə ən aşağı səviyyəyə düşüb.

arrow Ətraflı
Daun sindromu like
  • 29 Dek 08:55  
Digərləri Daun sindromu

Daun sundromu uşağın 46 xromosom yerinə 47 xromosoma sahib olması deməkdir

arrow Ətraflı
138 konserti ilə 15 milyon qazanan like
  • 29 Dek 08:53  
Şou-biznes 138 konserti ilə 15 milyon qazanan

Türkiyəli müğənni Simge Sağının illik konsertlərinin sayı və qazancı

arrow Ətraflı
İsrail İrana hücum hazırlığını like
  • 29 Dek 08:52  
Siyasət İsrail İrana hücum hazırlığını

İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığın�

arrow Ətraflı