Halsızlıq
Digərləri 29 Dek 2022 08:59:00 421 0
İnsan orqanizmində bəzi patoloji dəyişikliklərin baş verdiyi zaman və ya zaman öncəsi keçirdiyi narahatçılıqlardan biri halsızlıqdır. Halsızlıq adətən uzun müddət istirahətsiz çalışmaqdan, keyfiyyətsiz qidalanmadan, az qidalanmadan, orqanizmə daxil olan virus və bakteriyaların törətdiyi xəstəliklərdən baş verir. Bəzi həssas adamlarda isə fəsillərin dəyişdiyi zamanlarda da halsızlıq baş verir. Bəs belə zamanlarda nə etməli? Belə zamanlarda insan orqanizminin diqqət və qulluğa ehtiyacı olur. Çünki, halsızlığın səbəbi tapılıb aradan qaldırılmazsa orqanizm bu vəziyyətə öyrəşir, bu hal onun üçün adiləşir. İnsanın bu halı qəbul etməsi isə onun gündəlik iş həyatına mənfi təsir edir, iş qabiliyyətini azaldır. Halsız adamın gördüyü işin isə keyfiyyəti də aşağı olur. Halsızlıq insanlarda daima narahatçılıq, depressiv hallar, özünə qapanma kimi psixoloji vəziyyətlərə də səbəb ola bilir. Buna görə də özünündə halsızlıq hiss etdikdə mütləq səbəbini araşdırmaq lazımdır. Həkim əgər sizdə hansısa xəstəliyin olduğunu desə, həmin xəstəliyə qarşı tədbirlər görülən zaman halsızlıq əlaməti aradan götürüləcək. Mövsüm dəyişiklikliyi ilə əlaqədar baş verən halsızlığı vitamin və minerallarla aradan qaldırmaq mümkündür. Halsızlığı aradan götürmək üçün sağlam qida ilə qidalanmalı, istirahətə vaxt ayırmalı, psixoloji vəziyyətinizi isə nəzarət altında saxlamalısınız.
Bu xəbəri də oxu: Bəzi ərazilərdə qaz olmayacaq
Rusiya qazının ixracı son 20 ildə ən aşağı səviyyəyə düşüb.
Türkiyəli müğənni Simge Sağının illik konsertlərinin sayı və qazancı
İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığın�
Hansısa bir dərmanın və maddənin insanın özünə və ya başqalarına zə
Nigeriyanın cənubundakı liman şəhəri Kalabarda keçirilən məşhur karnav
Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxt
Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılma
Ermənistan Nazirlər Kabineti Dağlıq Qarabağa daha 1 milyon dollar yardım a
Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. A