Donma
Digərləri 29 Dek 2022 08:25:00 822 0
Soyuğun təsirindən orqanizmin toxumalarını zədələnməsi deməkdir. Səbəbləri: Orqanizmin məhdud nahiyəsinə aşağı temperaturun təsiri ilə izah olunur. Donma soyuq havanın, buzun, donmuş əşyaların təsirindən baş verə bilər. Donma çox vaxt aşağı temperaturun soyuq küləklə bir yerdə, havanın rütubəti çox olduqda baş verir. Zəif, avitaminozlu orqanizm daha çox donmaya məruz qalır. İçkili insanlar da aşağı temperaturu hiss etmədikləri üçün daha çox donmaya düçar olurlar. Donma orqnizmin geyim dəyməyən yerlərində - əl və ayaq barmaqlarında, burun, qulaqlar, dodaqlarda baş verir. Dar ayaqqabı və dar paltar qan dövranını pozur və donmaya səbəb olur. Əlamətləri Donmanın əlamətləri dərhal əmələ gəlmir. Soyuqdan dəri solğunlaşır və həsaslıq itir. Əsas simptomları insan isti otağa gəldikdə təzahür olur. Ağırlıq dərəcəsinə görə 4 dərəcəsi ayırd edilir: I dərəcə - isindikdən sonra dəri şişir, məxməri rəng alır, zərərçəkən nahiyə ağrıyır, keyiyir, oynaqlarda əzginlik, ağrı olur. II dərəcədə 1-2 gün sonra dəridə qovuqlar əmələ gəlir, içəriləri sarımtraq maye ilə dolu olur, qovuqlar açıldıqdan sonra yerində ağrılı yaralar olur. Onlar 2-3 həftədən sonra sağalır. III dərəcədə toxumaların nekrozu baş verir. Dəri tünd məxməri göyümtül rəng alır. Ölmüş toxumalarla sağlam toxuma arasında aydın sərhəd görünür. İçi qanla dolu qovuqlar əmələ gəlir. Tədricən ölmüş toxumalar qopur, yerində yaralar əmələ gəlir. Onlar 1-3 aydan sonra tamamilə sağalır. IV dərəcədə toxumalar sümüklərə qədər sıradan çıxır. Tədricən ölmüş toxumalar mumiyalaşır və qopur. Siz nə edə bilərsiniz Travmatoloji məntəqəyə xəstəni çatdırmamışdan qabaq ona ilk yardım göstərin. Ilk növbədə zərərçəkəni isti otağa gətirin, ona isti çay, bal ilə və ya isti süd verin. Əlləri və ayaqları dərhal qaynar suya salmaq olmaz, bu daha böyük zədəyə səbəb ola bilər. Zərər çəkən nahiyəyə 37 dərəcə C- yə qədər isti vanna edin, həmin nahiyəni spirtlə silin. Həkim nə edə bilər: I, II dərəcələrdə əməliyyatsız keçinmək olar, iltihabəleyhinə dərmanlar, antibiotiklər təyin edilr. Tetanus əleyhinə peyvənd vurulur. III, IV dərəcədə müalicə stasionarda cərrah tərəfindən aparlır, ölmüş toxumalar kəsilir. Sonra reabilitasiya məqsədilə fizioterapiya müalicəsi, mineral və palçıq müalicə aparılır.
Bu xəbəri də oxu: Bunu gündə 1 dəqiqə edin və arıqlayın
Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılma
Ermənistan Nazirlər Kabineti Dağlıq Qarabağa daha 1 milyon dollar yardım a
Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. A
Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilm�
Bakının Nəsimi rayonunda iki avtomobilim toqquşması ilə nəticələnən yo
Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaş�
Əvvəlcə Kremlin "təxribat emissarı", erməni fırıldaqçı Ruben
Bu dərmanı hazırlamaq üçün 3 şeydən istıfadə edilir: * bal * sarıms
Səhər 1 çay qaşığı çörək otu yağı içilir,yarım saat sonra 7 ədəd
ABŞ Prezident Cozef Bayden Ağ Evdə Məxfi Xidmətdən olan bəzi mühafizəç
Sarımsaq və zeytun yağı qarışımı saç tökülməsinin qarşısını alma
Xankəndi-Laçın yolunda keçirilən aksiya 17 gündür davam edir.