Halitozağızdan pis qoxunun gəlməsi
Digərləri 29 Dek 2022 08:21:00 1687 0
Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. Adətən ağız boşluğunun,daxili orqanların müxtəlif xəstəliklərin simptomu kimi biruzə verir. Ümumi məlumat Halitoz daimi və ya periodik olaraq məsələn,acqarına vəya qida qəbulundan sonra insanı narahat edir.Vaxt azlığından vəya maddi sıxıntıdan insanlar stomatoloqa müraciət etmirlər,bu qoxunu müxtəlif nanəli saqqızlarlar çeynəməklə aradan qaldırmağa çalışırlar.Bununla belə halitoz nəinki stomatoloji,eyni zamanda daxili orqanların müxtəlif pozğunluqları nəticəsində yarana bilər. Səbəbləri Halitozun yaranması ən çox ağız boşluğunun gigiyenik vəziyyəti ilə bağlıdır.Pis qoxu ağzın selikli qişasında, dişlərdə olan bakteriyaların ifraz etdikləri maddələr nəticəsində yaranır.Ağıza düzgün qulluq etmədikda bu bakteriyalar dildə,diş ərpində,diş əti ciblərində toplanır.Onların çoxalması karies,parodontit,parodontoz,qinqivit,stomatitə şərait yaradır.Ağız boşluğunun quruluğu da buna səbəb ola bilər.Buna səbəb tüpürcək ifrazının azalması,ağzın açıq qalması,ağızla nəfəs almaq,siqaret çəkmək ,spirtli içkilərin qəbuludur.Pis qoxu eləcə də kəskin iyli qidaqaların -sarımsaq,soğan,qəhvənin qəbul etdikdə əmələ gəlir. Halitoz aşağıdakı xəstəliklərin əlaməti kimi meydana çıxa bilər. -tənəffüs yollarının infeksiyaları-ağ ciyərlərin absesi, bronxoektazlar -mədə-bağırsaq traktının xəstəlikləri( qastrit,qastroduodenit,mədə xorası) -burun-udlağn xroniki xətəlikləri(tonzillit,rinit və s.) -qara ciyər çatmamazlıqları(balıq iyi) -böyrək çatmamazlığı(ammonyak və ya sidik iyi) -diabetik ketoasidoz(ağızdan şirin meyvə iyi) Müalicəsi Əsas səbəb ağız boşluğuna düzgün olmayan gigiyenik qulluqdursa,keyfiyyətli diş fırçasından istifadə etmək,dişləri yaxşı təmizləmək lazımdır.Daha yaxşı olar ki, stomatoloqa va müvafiq mütəxəssisə müraciət edəsiniz. Profilaktikası Profilaktikası ağız boşluğuna düzgün qulluq, mədə-bağırsaq və daxili orqanların digər xətəliklərini vaxtında müalicə etmək lazımdır.
Bu xəbəri də oxu: Bələdiyyə seçkilərində namizəd olan ÖLDÜ
Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilm�
Bakının Nəsimi rayonunda iki avtomobilim toqquşması ilə nəticələnən yo
Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaş�
Əvvəlcə Kremlin "təxribat emissarı", erməni fırıldaqçı Ruben
Bu dərmanı hazırlamaq üçün 3 şeydən istıfadə edilir: * bal * sarıms
Səhər 1 çay qaşığı çörək otu yağı içilir,yarım saat sonra 7 ədəd
ABŞ Prezident Cozef Bayden Ağ Evdə Məxfi Xidmətdən olan bəzi mühafizəç
Sarımsaq və zeytun yağı qarışımı saç tökülməsinin qarşısını alma
Xankəndi-Laçın yolunda keçirilən aksiya 17 gündür davam edir.
Bu resept oynaqlarda olan ağrıların azalmasına səbəb olur. 4 baş sarıms
Bu gün azərbaycanlı şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüd�
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsində iki sədr müavinini v�