Karnaval faciəsi: azı 14 nəfər həlak olub,
Dünya 29 Dek 2022 08:50:00 394 0
Nigeriyanın cənubundakı liman şəhəri Kalabarda keçirilən məşhur karnaval zamanı sürücünün avtomobili baykerlərin üstünə sürməsi nəticəsində azı 14 nəfər ölüb, daha 24 nəfər yaralanıb.
Bu xəbəri də oxu: Suriyanın müdafiə naziri təyin edildi
Son.az "Report"a istinadən bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, sürət həddini aşan sürücü idarəetməni itirib.
Polis hadisəni törədən sürücünü həbs edib. Onun idarəetməni itirərək avtomobili kütləyə çırpdığı bildirilir. Hadisə avtomobillərin hərəkəti üçün bağlanan əsas karnaval yollarından birində məşhur bayker paradı zamanı baş verib.
Tədbirdə ölkənin hər yerindən məşhurlar da daxil olmaqla, bir sıra baykerlər iştirak edir, onlardan bəziləri rəngli kostyumlar geyinir və tryuklar edirlər.
Qeyd edək ki, bir neçə tədbiri əhatə edən, hər il bir ay davam edən karnaval Nigeriyada 2004-cü ildən çox populyarlaşıb.
Afrikanın ən böyük küçə şənliyi hesab edilən tədbir dekabr ayı ərzində yerli sakinləri və beynəlxalq turistləri cəlb edir.
Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxt
Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılma
Ermənistan Nazirlər Kabineti Dağlıq Qarabağa daha 1 milyon dollar yardım a
Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. A
Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilm�
Bakının Nəsimi rayonunda iki avtomobilim toqquşması ilə nəticələnən yo
Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaş�
Əvvəlcə Kremlin "təxribat emissarı", erməni fırıldaqçı Ruben