Subaraxnoidal qansızmalar
Digərləri 29 Dek 2022 08:46:00 402 0
Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxtalanmasının pozulması, şişlər zamanı baş verir. Klinikası: Xəstəlik kürəkdə kəskin ağrı (xəncər zərbəsi), intensiv kökcük ağrıları, paresteziyalarla başlanır. Paresteziyalar ayağa və onurğaya elektrik cərəyanı zərbəsini xatırladır. Paravertebral əzələlərin gərginliyi inkişaf edir, baldırın bükücü əzələlərinin tonusu artır. Tezliklə hərarət yüksəlir, müayinə zamanı onurğa mayesində qan aşkar edilir. Subaraxnoidal boşluğa axan qan, tezliklə kəllə boşluğuna keçir, kökcük ağrılarına ürəkbulanma, qusma qoşulur. Əgər subaraxnoidal qansızma hematomieliya ilə birgə müşahidə edilmirsə, onurğa beynin zədələnmə əlamətləri spinal insultun bu formasının ilk günlər və ya ilk həftəsində geriyə inkişaf edir. Kəllə boşluğuna axan qan qıcolmalara, gözü hərəkətə gətirən sinirlərin funksiya pozulmalarına, göz dibində durğunluğa səbəb olursa, spinal subaraxnoidal qansızmaların diaqnozu çətinləşir. Diaqnostika: Xəstəliyə diaqnoz qoymaq üçün həkimin diqqətli omağı vacibdir. Spinal subaraxnoidal qansızmaların dəqiq diaqnozu selektiv angioqrafiya vasitəsilə dəqiqləşdirilir.
Bu xəbəri də oxu: Doğum tarixinə görə 2025ci ildə sizi nə gözləyir?
Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılma
Ermənistan Nazirlər Kabineti Dağlıq Qarabağa daha 1 milyon dollar yardım a
Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. A
Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilm�
Bakının Nəsimi rayonunda iki avtomobilim toqquşması ilə nəticələnən yo
Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaş�
Əvvəlcə Kremlin "təxribat emissarı", erməni fırıldaqçı Ruben
Bu dərmanı hazırlamaq üçün 3 şeydən istıfadə edilir: * bal * sarıms
Səhər 1 çay qaşığı çörək otu yağı içilir,yarım saat sonra 7 ədəd