Paşinyan Rusiya sülhməramlılarını
Siyasət 29 Dek 2022 12:26:00 428 0
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarını tənqid edib, hətta təhdid etməkdən də çəkinməyib.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Son.az Trend-ə istinadən bildirir ki, Paşinyan çıxışı zamanı bir sıra məqamlara toxunub. Onun sülhməramlıların ünvanına etdiyi tənqidləri isə xüsusilə diqqət çəkib. Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək Qarabağa digər beynəlxalq təşkilatların, BMT-nin sülhməramlılarının gətirliməsini təklif edib.
Paşinyan bu təkliflərini mütəlif bəhanələr gətirərək əsaslandırmağa çalışsa da reallıq odur ki, Ermənistan rəhbərliyi Rusiya sülhməramlılarını əvəzləmək və regiona əlavə qüvvələri gətirməyə çalışır.
Paşinyan hakimiyyətinin bir müddətir ki, bu istiqamətdə çalışdığı açıq məlum idi. Fransanı danışıqlara qoşmaq cəhdi, Avropa İtifaqının missiyasının Ermənistana gətirilməsi və sonradan yeni missiyanın dəvət olunması və s.
Görünən odur ki, Paşinyan hakimiyyəti Rusiya sülhməramlılarını tezliklə bölgədə əvəz olunmasına və yeni qüvvələrin gətirilməsini hədəfləyir.
Bu açıqlamalar ilə Paşinyan bir növ sülhməramlıları və dolayı yolla Rusiyanı təhdid edir. Yəni onların sülhməramlılardan gözləntisi birmənalı olaraq erməni maraqlarına xidmət etməsidir. Sülhməramlıların indiki fəaliyyəti Paşinaynı narazı saldığından indi o, Rusiya sülhməramlıları ilə təhdid formasında danışır.
Yekun olaraq isə Ermənistanın regiondakı hadisələrə heç bir təsir imkanı olmadığını nəzərə alsaq, Paşinyanın bu açıqlamaları da bir nəticə verməyəcək. Bölgədə şərtləri diqtə edən tərəf Azərbaycandır!
Son.az
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi
Son.az lent.az-a istinadən Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Ze
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil
Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tu
Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisindən Qazax
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycan ü�
Həm Rusiyada, həm də xaricdə Rusiya ilə Azərbaycanın toqquşmasında mara
Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalının Şuşa şəh�
"Eurovision" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə payla�
Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.
Bülənt Ərsoyun dekabrın 31-də Bakıda verəcəyi konsert təxirə düşüb.
Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və s