İçərişəhər Qarabağ xalçaları ilə Yeni il gözəl əhvalruhiyyə ilə


Digərləri 29 Dek 2022 13:14:00 638 0

İçərişəhər Qarabağ xalçaları ilə  Yeni il gözəl əhvalruhiyyə ilə

Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art House" qalereyasında "Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət" adlı sərginin açılışı olub, bu barədə Trend Life məlumat verib.

Ekspozisiya "NUR ArtHouse" xalça qalereyası, "Azərbaycan xalçaçıları" İctimai Birliyi və "ArtsCouncilAzerbaijan" QHT-si tərəfindən təşkil olunub.

Sərgidə şəxsi kolleksiyada saxlanılan qədimi xalçalarla yanaşı, müasir rəssam və xalçaçıların əsərləri də təqdim olunur. Proqram çərçivəsində qonaqlar Qarabağ xalçalarının ornamentləri ilə tanış olub, Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Azərbaycan xalçaçıları" İctimai Birliyi İdarə Heyətinin üzvü, tanınmış xalçaçı-rəssam Eldar Hacıyevin keçirdiyi "Ustad dərsi"ndə iştirak ediblər.

Qonaqlar arasında mədəniyyət xadimləri, yaradıcı ziyalıların və gənclərin nümayəndələri, diplomatik missiyaların təmsilçiləri var idi. Yeni il ərəfəsində qonaqların yüksək əhval-ruhiyyəsi gecəyə bayram ab-havası verib. 16 yaşını qeyd edən "Arts Council Azerbaijan" təşkilatının World Crafts Council Europe beynəlxalq qurumuna üzv seçilməsi sərgiyə müsbət atmosfer qatıb. Bu isə Azərbaycan sənətkarlarının (keramika ustalarının, xalçaçıların, xalq-tətbiqi sənət ustalarının və s.) öz məhsulunu Avropanın müxtəlif beynəlxalq layihələrində və sərgilərində nümayiş etdirmək imkanı yaradacaq. Azərbaycanda bu yenilik "Arts Council Azerbaijan" tərəfindən Avropa əl sənəti icmasına Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbəri olduğu "NUR Art House" platformasından təqdim olunacaq. 

Açılışda çıxış edənlər - "Arts Council Azerbaijan" təşkilatınınrəhbəri Dadaş Məmmədov, rəssam Eldar Hacıyev, "Azərbaycan xalçaçıları" İctimai Birliyi İdarə Heyətinin katibi Günel Aslanova və World Crafts Council Europe təşkilatının Azərbaycandakı  nümayəndəsi Sona Quliyeva qədim Azərbaycan xalça sənətinin və Qarabağ xalçalarının təbliğində ekspozisiyanın əhəmiyyətini vurğulayıblar. Eldar Hacıyev təqdim olunan eksponatlar haqqında məlumat verib.

Qarabağ Azərbaycanın əsas xalça mərkəzlərindən biridir. Hələ X əsrdən başlayaraq onun adı əı-Müqəddəsi, Məsudi və başqa ərəb tarixçilərinin yazılı mənbələrində yun və pambığın emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi çəkilib.Aran rayonlarında əsas xalçaçılıq mərkəzləri isə Cəbrayıl, Ağdam, Bərdə və Füzulidir. XIX əsrin ikinci yarısından etibarən Qarabağda xalçaçılıq mərkəzi Şuşa olur, buranın xalçaçıları 1867-ci ildə Parisdə keçirilmiş beynəlxalq sərgidə mükafatlara layiq görülüb. Şuşa xalçaları həmçinin 1872-ci ildə Moskva Politexnik sərgisində mükafatlar alıb. XVII əsrdə Qarabağda toxunmuş "Qoca" xalçası Metropoliten Muzeyində saxlanılır.

Qarabağ xalçaları 4 qrupa bölünürlər: gölsüz, göllü, namazlıqlar və süjetlilər. Klassik nümunələrə "Aran", "Bağçada güllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi, "Şabalıd buta" və s. kompozisiyalar aiddir. 

Zəngin rəng həlli Qarabağ təbiətinin ən şux boyalarını özündə əks etdirir, xalçalara özünəməxsusluq gətirir, həyatsevərliyi və parlaq koloriti ilə fərqlənir. Xalçanın ara sahəsinin və haşiyəsinin bəzəyində qırmızı, qızılı-sarı, qəhvəyi, şəkəri, yaşıl, ağ, bəzən isə qara rənglərdən istifadə olunur. Dəqiq həndəsi mütənasiblik, obrazların hər hansı bir uydurulmuş mürəkkəbliklərdən uzaq monumental bitkinliyi, ritmin və zəngin rəng çalarlarının harmoniyasının simmetriiyasından dəqiq istifadə Qarabağ xalçalarını dünya xalça sənətinin ən yaxşı nümunələri ilə bir sırada qoyur.

Müəllif - Vüqar İmanov. Foto müəllifindir.

İnformasiya dəstəkçiləri - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Fransadan Ukrayna açıqlaması: like
  • 29 Dek 13:11  
Dünya Fransadan Ukrayna açıqlaması:

Fransa 2023-cü ildə də Ukraynaya dəstəyini davam etdirəcək.

arrow Ətraflı
Yaşayış var, amma bina sökülür like
  • 29 Dek 13:00  
Digərləri Yaşayış var, amma bina sökülür

Yaşayış var, amma bina sökülür. Bəli, Sumqayıt şəhəri, 20 Yanvar kü�

arrow Ətraflı
Cənubi Qafqazın taleyini Kreml yox, like
  • 29 Dek 12:52  
Siyasət Cənubi Qafqazın taleyini Kreml yox,

"Kreml divarları arasında qərar verənlər artıq əsəblərini itirir

arrow Ətraflı
Putin və Ərdoğan qərar verib, biz icra edirik like
  • 29 Dek 12:49  
Dünya Putin və Ərdoğan qərar verib, biz icra edirik

Rusiya və Türkiyə qaz qovşağının yaradılması layihəsinin icrası üzə

arrow Ətraflı
Sülhməramlılara aid təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib  VİDEO  FOTO like
  • 29 Dek 12:45  
Siyasət Sülhməramlılara aid təminat avtomobilləri növbəti dəfə Laçın yolundan keçib VİDEO FOTO

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təc

arrow Ətraflı
13 yaşlı qız 17 yaşlı oğlanla nişanlanıb like
  • 29 Dek 12:38  
Digərləri 13 yaşlı qız 17 yaşlı oğlanla nişanlanıb

Nə qədər maarifləndirmə işləri aparılsa da, qanun icazə verməsə də,

arrow Ətraflı
Bakıda əsasən yağmursuz, rayonlarda isə... like
  • 29 Dek 12:31  
Digərləri Bakıda əsasən yağmursuz, rayonlarda isə...

Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
"Son sutkada Rusiya ordusunun İran istehsalı olan 11 PUAsı vurulub" like
  • 29 Dek 12:27  
Dünya "Son sutkada Rusiya ordusunun İran istehsalı olan 11 PUAsı vurulub"

"Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13

arrow Ətraflı
Paşinyan Rusiya sülhməramlılarını like
  • 29 Dek 12:26  
Siyasət Paşinyan Rusiya sülhməramlılarını

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan ə

arrow Ətraflı
Kərim Vəliyev Komando hərbi hissəsində olub, like
  • 29 Dek 12:24  
Siyasət Kərim Vəliyev Komando hərbi hissəsində olub,

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi

arrow Ətraflı
Dənizin hasarlanmasına qarşı çıxan, like
  • 29 Dek 12:16  
Şou-biznes Dənizin hasarlanmasına qarşı çıxan,

Son.az lent.az-a istinadən Xalq artisti, 28 dekabrda 86 yaşını qeyd edən Ze

arrow Ətraflı
Salyan sakinindən külli miqdarda narkotik və odlu silah götürülüb like
  • 29 Dek 11:54  
Digərləri Salyan sakinindən külli miqdarda narkotik və odlu silah götürülüb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl�

arrow Ətraflı
Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verilib like
  • 29 Dek 11:46  
Digərləri Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verilib

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil

arrow Ətraflı
Rusiya Kiyev və digər şəhərləri raket atəşinə tutub like
  • 29 Dek 11:43  
Dünya Rusiya Kiyev və digər şəhərləri raket atəşinə tutub

Rusiya Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri raket atəşinə tu

arrow Ətraflı
Xalq artistinin 15 milyon manata satışa çıxardığı evi alan yoxdur like
  • 29 Dek 11:32  
Şou-biznes Xalq artistinin 15 milyon manata satışa çıxardığı evi alan yoxdur

Müğənni Alla Puqaçova və əri Maksim Qalkin tələbatın az olması səbəb

arrow Ətraflı