Azərbaycan hədəfə düşdü
Siyasət 28 Dek 2022 17:17:00 471 0
"Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı mətbuat konfransında bir sıra mühüm məsələlərə toxundu və onun qeyd etdiyi məqamlar xarici siyasətin demək olar bütün istiqamətlərini özündə əxz edir. Eyni zamanda Azərbaycan XİN başçısı üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin implimentasiyası məsələsinə toxunub".
"Bizim də rusiyalı ekspertlərlə keçirdiyimiz görüşlərdə, danışıqlarda hər zaman Rusiya tərəfi qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya tərəfindən çıxarılması üçtərəfli birgə bəyanatda qeyd olunmayıb. Və bu, çox açıq şəkildə söz oyunudur. Təbii ki, üçtərəfli birgə bəyanat imzalananda Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi ilə paralel Ermənistan silahlı qüvvələrinin birləşmələri regionu tərk etməli idilər.
Təəssüflər olsun ki, 2 il ərzində bu fəaliyyət icra olumayıb və Moskvanın Bakının tələbi qarşısında bildirməsi ki, erməni qoşunlarının çıxarılması Ermənistanın öhdəliyidir, bu mənə elə gəlir ki, rəsmi Kremlin doğru olmayan yanaşmasını nümayiş etdirir, eyni zamanda Azərbaycan tərəfinə arqumentasiya verir ki, Azərbaycan müstəqil surətdə Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarsın və qətiyyətli cavab, eləcə də qisas əməliyyatları mənə elə gəlir ki, Ermənistan üçün də və digər dövlətlər üçün də bir xüsusi anlam daşımalıdır.
Eyni zamanda Azərbaycan ərazisində qurulan separatçı rejimin artıq heç bir gələcəyi yoxdur. Azərbaycan ərazisində yaşayan etnik ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar və bu gün Şuşa-Xankəndi yolunda Azərbaycanın ekofəallarının həyata keçirdiyi aksiya nəticəsində də artıq bir sıra mətləblər üzə çıxır, bir sıra mühüm proseslərin şahidi oluruq. Bütün bunlar onu deməyə əsas verir ki, baş verən aksiya müsbət nəticələr vəd edir.
Digər tərəfdən Zəngəzur dəhlizinin də müzakirələri artıq uzun müddətdir ki, üçtərəfli xarakter alsa da, burada Azərbaycanın Rusiya ilə müzakirələri çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Türkiyə də bu dəhlizin açılmasında maraqlıdır. Çünki Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında əlaqələr formalaşır. Bu, Türk Dövlətləri Təşkilatı (TDT) konteksində də böyük rola malikdir.
Eyni zamanda danışıqlar prosesində hər zaman Rusiya Dəmiryolu şirkətinin nümayəndələri, rəhbər heyəti iştirak edir. Çünki Ermənistanda olan dəmiryolları şəbəkəsi Rusiya Dəmiryolları şirkətinin bir tərkib hissəsidir, onun təsiri və inhisarı altındadır. Azərbaycanın atdığı qətiyyətli addımlar, hücum diplomatiyası yaxın gələcəkdə bölgədə bir sıra dəyişikliklərə səbəb olacaq və Azərbaycan bütün platformalarda bəyan edib ki, üçtərəfli birgə bəyanatın 4-cü və 9-cu maddələri mütləq şəkildə yerinə yetirilməlidir.
Azərbaycan ərazisindən silahlı birləşmələr də çıxmalıdır, eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə təmin olunmalıdır. Hər iki müstəvidə Azərbaycan bu gün ardıcıl işlər həyata keçirir və onlar nəticəyə hesablanıb".
Təhməz Əsədov Son.az
Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını tə�
Koronavirus pandemiyasından sonra dünyada bir çox sahələrin bərpası müş
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı i
Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Peruda polis əməkdaşları qeyri-adi şəkildə sakinlərin Milad bayramını
Bu gün dünya şöhrətli müğənni, sevilən sənətkar Xalq artisti Zeynəb
8 icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500-dən artıq xidmət d
Reytinqlərdə ilk sırada yer alan "Yasak elma" serialına yeni aktri
Türkiyənin İzmirin bölgəsində balıqçı sahildə gördüyü səkkizayaql�
İki gün öncə saxlanılan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş h�
Təzə modellər bazara təqdim olunduğuna görə, onlar bazarlardan köhnə mo
Respublika Klinik Xəstəxanasına yeni direktor təyin olunub.
50 yaşlı məşhur türk bəstəkar Ozan Doğulu özündən 19 yaş kiçik sevg
Türkiyəli aktyor Can Yaman "IMDb Starmetredə" (kinematoqraf haqqı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altı