“Rauf Hacıyev100” Festivalı təntənəli simfonik konsertlə tamamlandı
Kriminal 28 Dek 2022 15:53:00 440 0
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilən "Rauf Hacıyev-100" Musiqi Festivalının bağlanış konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutdu.
Bu xəbəri də oxu: Elmira Səfərovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib
Konsert musiqişünas, tədqiqatçı Vəfa Həmidovanın giriş sözü ilə açıldı. Rauf Hacıyev yaradıcılığının musiqi mədəniyyətimizdəki qoyduğu iz, onun əsas yaradıcılıq istiqamətləri və daşıyıcısı olduğu ənənələr və ifa olunacaq əsərlər haqda söz açıldı.Bu il dekabr ayında keçirilməyə başlanan "Rauf Hacıyev-100" Festivalı haqda da öz qeydlərini bölüşən aparıcı, söhbətin sonunda publikanı ən xoş, işıqlı emosiyalara kökləyib sözü Musiqiyə verdi.
Simfonik konsert bəstəkarın sırf simfonik əsərlərindən ibarət proqrama əsaslandı. 1954-cü ildə bəstələnmiş "Rəqs lövhələri" süitası ilə açılan musiqi axşamı publikanı incə zövqlü, zəngin orkestrovkalı, rəqs ritmləri və rəngarəng orkestr dilinə malik musiqiyə qərq etdi. "Qızların rəqsi", "Rəqs", "Yallı" adlı orkestr miniatürləri nurlu, nikbin, həyati və rəngarəng Şərq çalarlı fərqli lirik-məişət lövhələrini canlandırdı.
Bəstəkarın simli ifaçılıq repertuarından düşməyən Violin ilə orkestr üçün Konserti solist, Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidovanın ifasında və Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiətində səsləndi. Xatırladaq ki, bu əsər Azərbaycan musiqisi tarixində Violin konserti janrına üçüncü müraciət olub, daha ekspressiv musiqi dili və səciyyəsi ilə, dinamik musiqi inkişafı və gənclik ruhu ilə sələf əsərlərdən seçilir.
Konsertin böyük bir novator cəhəti - R.Hacıyevin çox-çox əvvəl yazılsa da, postsovet zamanda ilk dəfə ifa olunan "Gənclik simfoniyası" (1952) oldu. Xatırladaq ki, bu əsər bəstəkarın buraxılış diplom əsəri olub, onun simfoniya janrında ilk əsəridir və Azərbaycan musiqisi tarixində isə lirik-dramatik simfoniyanın ilk nümunəsidir. 4 hissədən ibarət bu silsilə lirik, məzəli və həyati, fəlsəfi və həyat alovu ilə dolğun olan obrazları birləşdirir. Böyük diqqətlə dinlənilən "Gənclik" simfoniyası postsovet məkanda, yeni minillikdə npvbəti premyerasını yaşadı.
Konsertin sonunda dinləyicilərə bir ərməğan olaraq orkestr R.Hacıyevin simfonik şedevrlərindən olan "Qaytağı" əsərini ifa etdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa
"Özümü məharətlə danlaya bilirəm. Deyilənə görə, ağıllıyam. �
Yollar o vəziyyətdədir ki, palçıqlı yolda avtomobillər hərəkət edə b
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət
Xəbər verdiyimiz kimi, bu gün bir sıra məhkəmələrə yeni sədr və hakim
Dünyanın ən gözəl qadını seçilən məşhur Peyc Spiranakdan kədərli x�
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edilib.
Məşhur amerikalı müğənni Beyons 4 ildən sonra ilk dəfə konsert verəcə
"Xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarına dair keçirdiyi
"Damlanı, Şəbnəm Tovuzlunu, Zeynəb Həsənini, Nəfəsi, Türkan Vəli
Yeni il yaxınlaşdıqca bir çox insan bayram günlərində bölgələrdəki is
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bir qrup fransız parlament
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namiz�