Xankəndidə bu tarixdə ANTİTERROR ƏMƏLİYYATI başlaya bilər
Siyasət 28 Dek 2022 15:30:00 454 0
"Xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatlar ümumiyyətlə maraqlı idi".
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
"İlin sonudur, ilin-günün bu vaxtı verilən bu mesajlar adətən normalda ilin xülasəsi kimi dəyərləndirilir, həm də gələn ilin bir növ anonsu kimi səciyyələndirilir. XİN başçısının ötən gün səsləndirdiyi bəyanatların heç biri təsadüfü deyil və eyni zamanda ona görə təsadüfü deyil ki, Prezident İlham Əliyevin də bir neçə gün əvvəl Qərbi Azərbaycan-Zəngəzur məsələsi ilə bağlı çox mühüm, sistemli bir işə start verdiyinin şahidi olduq.
İlin sonunda ard-arda, - birincisi dövlət başçısı, ondan sonra Xarici işlər nazirinin Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi ilə bağlı dedikləri məndə elə bir təəssürat yaradır ki, Azərbaycan Silahlı Qüvvələrinin növbəti ildırımsürətli və uğurlu əməliyyatlarından birinə ehtiyac var.
Bu ehtiyac, bütün bu bəyanatları qoyaq kənara, eyni zamanda ona görə yaranır ki, dövlətimizin başçısı tərəfindən qarşı tərəf qarşısında qoyulan müddət ilin sonunda bitir. Bakının şərtləri üçtərəfli bəyanatla göstərildiyi kimi tam şəkildə qarşılanmayıb.
Əgər Azərbaycan ilin sonlarında anti-terror əməliyyatları keçirərsə də, bu, heç kimə bəlli deyil. Sadəcə, düşünmürəm ki, dekabrın bu son günlərində belə bir əməliyyat icra edilsin. Çünki qarşıdan dünya xristianlarının qeyd etdiyi Milad bayramı gəlir. O səbəbdən də dünya ictimaiyyəti Azərbaycanın bu haqlı antiterror əməliyatlarını neqativ qarşılaya bilər.
Amma biz elə bir vəziyyətlə qarşı-qarşıyayıq ki, yanvar, ən geci fevral aylarında qarşı tərəfə Dəmir yumruğun hələ də masa üzərində olmasını göstərməli olacağıq".
Təhməz Əsədov Son.az
"Damlanı, Şəbnəm Tovuzlunu, Zeynəb Həsənini, Nəfəsi, Türkan Vəli
Yeni il yaxınlaşdıqca bir çox insan bayram günlərində bölgələrdəki is
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovu
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bir qrup fransız parlament
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namiz�
İran İnsan Haqları Təşkilatı yeni hesabatında həbsxanada olan ən azı 1
Şəhid ailələrinə gəlir vergisi üzrə güzəştlər veriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktor
Şəbnəm Tovuzlunun İranda Xanım Məsumənin məqbərəsini ziyarət edərkə
Hər bir ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün kiçik v
Bir müddət əvvəl Sumqayıt sakininə məxsus ''10-LK-777'' d
Bu ilin yekunlarına görə, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım