Oğurlanan və ya itən maşın nömrəsinin eynisi niyə verilmir? VİDEO
Digərləri 28 Dek 2022 13:48:00 405 0
Bir müddət əvvəl Sumqayıt sakininə məxsus ''10-LK-777'' dövlət qeydiyyat nişanı naməlum şəraitdə oğurlanıb. Zərərçəkmiş sürücü bununla əlaqədar aidiyyəti quruma müraciət etsə də, ona bildirilib ki, nömrə tapılmayana qədər ona eynisi verilə bilməz.
Bu xəbəri də oxu: Müəllim dərsdə şagirdlərin ağızlarını “skoçlayıb?” YENİLƏNİB FOTO
Xezerxeber.az-ın məlumatına görə, ''Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, tapılmasa, nəqliyyat vasitəsinin sahibinə yeni nömrə verilir.
Sürücülər də mövcud qanunvericiliklə razı deyillər. Onlar hesab edirlər ki, avtomobilə məxsus itən və ya oğurlanan dövlət nömrə nişanının eynisinin verilməsi qanunla tənzimlənməlidir.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, nömrənin dublikatının verilməməsi sovet dövründən qalan ənənədir. Həmin vaxtlar nömrələr oğurlanıb kriminal məqsədlər üçün istifadə ediliyindən belə bir qayda qoyulub. Ekspert bildirib ki, ''Yol hərəkəti haqqında" qanun 1998-ci ildə qəbul olunub. O vaxt qanuna belə bir müddəa əlavə edilib ki, itirilmiş, oğurlanmış nömrə 1 ay ərzində tapıldıqda ilk növbədə sahibinə təqdim edilsin. Əgər sahibi istəməsə, nömrə başqasına verilə bilər.
Ərşad Hüseynovun vurğulayıb ki, o dövrdən indiyədək qanunda hər hansı dəyişiklik edilməyib və insanlar da bundan əziyyət çəkirlər.
Ekspert hesab edir ki, mövcud qanunvericilikdə bu qayda dəyişdirilməli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.
Son.az Xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:
Bu ilin yekunlarına görə, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım
Hələ 1 il əvvəl Prezident İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizi
"İndi zövqlər müxtəlidir. Sırf sənət üzərində işləmək bir az
Rusiya Federasiyası bütün xəbərdarlıqlara və risklərə rəğmən, İran
Bu ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə
Ermənistan düşünürdü ki, onun işğalçılıq siyasəti Rusiya tərəfind�
Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�
Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilmə
Bakıda usta təmir sexində avtomobilin altında qalıb ölüb.
Xalq artisti Faiq Ağayev aktrisa Pərvin Abıyevayla birgə kamera qarşısına
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün ə
Müğənni İzzət Bağırov sosial şəbəkələrdən məşhurluq qazanan ifaç
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inki