Bakıda Xankəndi hazırlıqları başladı


Siyasət 28 Dek 2022 13:40:00 424 0

Bakıda Xankəndi hazırlıqları başladı

Hələ 1 il əvvəl Prezident İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizi hansı şərtlər əsasında işləyəcəksə, Laçın dəhlizi də eyni şərtlər əsasında fəaliyyət göstərəcək. Lakin rəsmi Bakının bu dediklərini qulaqardına vuraraq hər vəchlə danışıqlar prosesini dalana dirəməklə regionda davamlı sülhə mane olmaq üçün əlindən gələni və gəlməyəni əsirgəməyən Ermənistan indi elə bir çıxılmaz vəziyyətə düşüb ki, onu heç "bacısı", "adaxlıları" da xilas edəcək kimi görünmür. 

Bölgədə proseslər olduqca qarmaqarışıq vəziyyət almağa doğru gedir. Xüsusən də sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ermənilərin taleyini heçə sayan, onların gələcəyi, həyatları bahasına gələcək karieralarını, oturacaqları kürsünü xəyal edən Qərb və Ruisyapərəst qüvvələr arasında mübarizə daha da qızışır. 

Erməni mənbələrində yayılan son məlumatlardan da görünür ki, Ruben Vardanyanla qondarma rejimin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. "Ruben Vardanyan Bakı ilə anlaşmaqda maraqlı olan Vitali Balasanyanı "post"undan uzaqlaşdırmağa çalışır".

Erməni nəşrinin iddiasına görə, separatçı Vardanyan qondarma rejimin digər nümayəndələri Araik Arutyunyan, Vitali Balasanyan və digər şəxsləri "Azərbaycanla anlaşmaq istəyən komandanın üzvləri" kimi qəbul edir.

"Hraparak" nəşri də yazıb ki, iki gün əvvəl Arutyunyanın Xankəndidə keçirilən mitinqdə çıxış etməməsi ilə qondarma rejimdə dəyişiklik başlayıb. Bu özü özlüyündə o deməkdir ki, Nikol Paşinyanın qəbul etmədiyi erməni əsilli "rus" milyarder Ruben Vardanyan "hakimiyyət"ə gəlir. Əgər əvvəllər rus sülhməramlılarının bir nömrəli danışıq apardığı şəxslərdən biri Balasanyan idisə, indi onu arxa plana atmaq cəhdləri rus və qərb arasında bölünən ermənilərin xaos vəziyyəti pik həddinə çatır.  

Ruben Vardanyanı dərhal Moskvada XİN başçılarının görüşü öncəsi (Ermənistan tərəfi bu görüşdən imtina edərək, Moskvaya gəlmədi) və Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti ərəfəsində Vladimir Putin tərəfindən illərdir onun kabinetinə xidmət etməsinə baxmayaraq müraciətinə dərhal reaksiya verməklə Rusiya vətəndaşlığından çıxartması adi, sıradan bir hadisə deyildi. 

Ukrayna ilə müharibə fonunda Rusiyadan getmək istəyən, oranın vətəndaşlığından çıxmaq istəyib də, bu gün Kreml rəhbərindən müraciətlərinə aylardır münasibət gözləyən minlərlə vətəndaşının olduğunu nəzərə alsaq, Vardanyanın bu müraciətinə belə dərhal reaksiyanın verilməsi təəccübləndirməyə bilməz.

Nəzər salsaq görərik ki, Sergey Lavrov da Ararat Mirzoyanın onun qeyd etdiyi kimi elementar rəsmi protokol qaydalarına əməl etməyərək, Moskvanın dəvətini rədd etdiyi görüş zamanı Ceyhun Bayramovla mətbuata etdikləri açıqlamalar zamanı Putinin Vardanyanı vətəndaşlıqdan çıxarmasına "O artıq bizim vətəndaş deyil. Vardanyanın Xankəndinə getməsində bizim heç bir aidiyyatımız yoxdur. Ruben artıq Rusiyanın adamı deyil" kimi ifadələrə yer verdi, bu da Azərbaycanın fikrini yayındırmaq, onun indən belə atacağı addımlara görə Moskvanın məsuliyyət daşımadığını, ona əmrlərin Rusiyadan verilmədiyinə inandırmaq cəhdindən başqa bir şey deyildi. 

Son iki gündə xüsusilə erməni mənbələrində bildirilir ki, Azərbaycanla kompromisə getməyə hazır olanların heç birinin "yeni formalaşan kabinet"də yeri olmayacaq, bu faktın özü də bir daha təsdiq edir ki, Rusiya tərəfinin "Rubendən imtina" şousu Azərbaycanın gözündən pərdə asmaqdan başqa bir şey deyil. Hətta bu aksiya ilə bağlı daha bir diqqət çəkən detal ondan ibarətdir ki, Vitali Balasanyan həmin etirazlarda iştirak etmədi, Araik Arutyunyan isə söz demək üçün mikrafonu götürməkdən imtina edib.

Hər kəsə məlumdur ki, bütün bu şounun arxasında əslində, Rusiyanın sülhməramlı kontingentinin daha uzun müddətə Qarabağda qalması, Qarabağın "ruslaşdırılması" məsələsi dayanır. Elə buna görə də rəsmi Moskva Qarabağda kontingentin müvəqqəti nəzarət zonasındakı qondarma rejimə məxsus qanunsuz silahlıların bölgədə qalmasında maraqlıdır. Kreml bundan Bakıya qarşı təzyiq kartı kimi istifadə edir.

Lakin Azərbaycan artıq qanunsuz silahlı dəstələrin bölgədən çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addımlar ataraq fəaliyyətini intensivləşdirmək barədə düşünür. Son hadisələr deməyə əsas verir ki, Azərbaycan artıq kimdən nə istəyəcəyini, nə tələb edəcəyini konkretləşdirib və bu istiqamətdə diplomatik hücumlarını artırır. 

Xankəndidə və Ermənistan daxilində siyasi dairələrin ikiyə haçalanması indiki situasiyada Bakıya əlavə fürsət yaradıb. Ötən gün Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi. O, Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı deyib: "Moskva Bakının tələbi qarşısında bildirir ki, "erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir".

Bakının separatçıların Qarabagdan çıxarılması məsələsində Ermənistanın məsuliyyət daşımasını bəyan etməsi isə o deməkdir ki, Bakı qondarma rejim qalıqlarının sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərdən çıxarılması üçün daha çox gözləmək, yeni təxribatları izləmək fikrində deyil. Bunu Ceyhun Bayramov həm ayın 23-də Moskvada Lavrovla görüşündə açıq bildirdi həm də dünənki mətbuat konfransı zamanı separatçıların dərhal Qarabağı tərk etməli olduğu ilə bağlı fikirləri vasitəsilə bəyan etmiş oldu.

Görürük ki, Rusiya tərəfi Bakının təzyiqləri qarşısında daha çox günahkar, məsuliyyətsiz, yaramaz imicindən çıxmaq üçün Azərbaycana bildirir ki, qanunsuz erməni silahlı birləmələrini biz çıxarda bilmədik, siz bacardığınız şəkildə özünüz bunu icar edin. Amma bu günə kimi Rusiya tərəfi tamamailı fərqli mövqe sərgiləyirdi, nə özü üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən götürdüyü öhdəliyə uyğun olaraq separatçılara məxsus qanun silahlı dəstələrin bölgədən çıxarılmasına təşəbbüs göstərirdi, nə də Bakıya bununla bağlı konkret, praktiki addımlar atmağa imkan verirdi. Lakin indi Rusiya artıq Laçın yolunda nəzarəti demək olar ki, ələ alan Azərbaycanın təzyiqləri qarşısında əvvəlki manevr imkanlarından məhrum olduğuna görə, məcburiyyətdən bu vəzifəni Bakının üstünə ataraq sudan quru çıxmağı hədəfləyir.

Belə aydın olur ki, Azərbaycanın Ermənistana verdiyi vaxt artıq bitmək üzrədir. Bakı artıq əmindir ki, erməni separatçılarının xoşluqla Qarabağdan çıxmaq kimi fikri yoxdur. Onların hər gün həmin ərazilərdə daha çox qalması bölgə, region üçün böyük risk və Azərbaycanın ərazi bütövlüyünə təhdiddir.

O vaxt bitmək üzrədir ki, bunu hələ İlham Əliyev bu ilin aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilmiş V Qurultayında Ermənistana yeni geosiyasi reallığı qəbul etməyəcəyi halda rəsmi Bakının hansı addımları atacağı ilə bağlı etdiyi xəbərdarlıqların artıq praktiki olaraq həyata keçirilməsi zamanının çatdığını elan etdi. 

Dövlət başçısı həmin çıxışında açıq şəkildə İrəvanın və Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu bir daha qeyd edərək rəsmi İrəvana həmin ərazilərin qanunsuz olaraq Azərbaycandan alınıb ermənilərə verildiyini xatırlatmışdı. O hətta  aydın bəyan etdi ki, Ermənistan Qarabağa olan iddiasından əl çəkməsə, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməklə indiki Ermənistan ərazisi olan Zəngəzur, İrəvan, Göyçə mahalı kimi tarixi torpaqlarının qaytarılması tələbini qaldırmağa məcbur qoya bilər.

Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı etdiyi çıxış deməyə əsas verir ki, o zaman çatdı. Dövlət başçısı Azərbaycanın gündəliyində dayanan yaxın perespektivdə yeni və ən böyük hədəfini bu sözlərlə bəyan etdi:

"Tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır".

İstər ölkə başçısının bu son addımları və açıqlamaları, istərsə də ötən gün Ceyhun Bayramovun səsləndirdiyi bəyanatlar deməyə əsas verir ki, Azərbaycan hücum diplomatiyasını işə salaraq ona qarşı Laçın yolu məsələsini həyasızca ona qarşı qarayaxma kompaniyasına çevirən Ermənistan  dövləti, separatçılar, Fransa, ermənipərəst digər dövlət və eləcə də siyasət adamlarına qarşı əlində olan bütün tutarlı arqumentlərlə təzyiqlərə diplomatik, faktlara, tarixi sənədlərə əsaslanan hücumla cavab verməkdə qərarlıdır, qətidir. 

Bütün bu gedişat istisna etmir ki, rəsmi İrəvan Bakının Qarabağdakı separatçıların bölgədən çıxarılması ilə bağlı gəzləntilərini qarşıdakı günlərdə dəyərləndirməyəcəyi halda 2023-cu ilin ilk günlərində sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərdə antiterror əməliyyatları qaçılmaz olacaq.

Azərbaycan yaxşı anlayır ki, bu məsələlər həll olunmadiqca bölgədə sülhdən, sabitlikdən, əminamanliqdan, inkişafdan söhbət gedə bilməz. Ermənistan sülh danışıqlarından yayınmaq üçün Zəngəzur dəhlizi məsələsi və separatçılar vasitəsilə manipulyasiyalarini çoxaltdığı üçün Azərbaycana da İrəvanı əlindəki bu səbəblərdən məhrum etməkdən başqa seçim buraxmır. 

Təhməz Əsədov Son.az

"Kanallarda birbirinin varyoxuna söyürlər" like
  • 28 Dek 13:32  
Şou-biznes "Kanallarda birbirinin varyoxuna söyürlər"

"İndi zövqlər müxtəlidir. Sırf sənət üzərində işləmək bir az

arrow Ətraflı
Moskva Tehrana qırıcı təyyarələr verdi like
  • 28 Dek 13:28  
Siyasət Moskva Tehrana qırıcı təyyarələr verdi

Rusiya Federasiyası bütün xəbərdarlıqlara və risklərə rəğmən, İran

arrow Ətraflı
Bir ayda 900a yaxın insan zəhərlənib like
  • 28 Dek 13:24  
Digərləri Bir ayda 900a yaxın insan zəhərlənib

Bu ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə

arrow Ətraflı
"Ermənistan düşünürdü ki, işğalçılıq siyasəti Rusiya tərəfindən dəstəklənəcək" like
  • 28 Dek 13:16  
Siyasət "Ermənistan düşünürdü ki, işğalçılıq siyasəti Rusiya tərəfindən dəstəklənəcək"

Ermənistan düşünürdü ki, onun işğalçılıq siyasəti Rusiya tərəfind�

arrow Ətraflı
Nahidə Orucova ölkədən getdi like
  • 28 Dek 13:08  
Şou-biznes Nahidə Orucova ölkədən getdi

Əməkdar artist Nahidə Orucova ölkədən gedib.

arrow Ətraflı
Sabah hava çiskinli olacaq like
  • 28 Dek 12:58  
Digərləri Sabah hava çiskinli olacaq

Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

arrow Ətraflı
"Gələn ilin birinci rübündə təqdimat keçirəcəyik" like
  • 28 Dek 12:52  
Digərləri "Gələn ilin birinci rübündə təqdimat keçirəcəyik"

Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilmə

arrow Ətraflı
“Geri Dönənlər” artıq Park Cinemada like
  • 28 Dek 12:50  
Şou-biznes “Geri Dönənlər” artıq Park Cinemada

"Geri Dönənlər" artıq Park Cinema-da!

arrow Ətraflı
Təmir etdiyi avtomobilin altında qalaraq öldü like
  • 28 Dek 12:28  
Digərləri Təmir etdiyi avtomobilin altında qalaraq öldü

Bakıda usta təmir sexində avtomobilin altında qalıb ölüb.

arrow Ətraflı
Pərvin Faiqin klipindən nə qədər pul qazanıb?  VİDEO like
  • 28 Dek 12:20  
Şou-biznes Pərvin Faiqin klipindən nə qədər pul qazanıb? VİDEO

Xalq artisti Faiq Ağayev aktrisa Pərvin Abıyevayla birgə kamera qarşısına

arrow Ətraflı
Narkotik çəkib, TIRla yola çıxdı  FOTO like
  • 28 Dek 12:12  
Kriminal Narkotik çəkib, TIRla yola çıxdı FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün ə

arrow Ətraflı
“Qazanın da qapağını açanda müğənni çıxır” like
  • 28 Dek 11:56  
Şou-biznes “Qazanın da qapağını açanda müğənni çıxır”

Müğənni İzzət Bağırov sosial şəbəkələrdən məşhurluq qazanan ifaç

arrow Ətraflı
"Bu, Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir" like
  • 28 Dek 11:50  
Digərləri "Bu, Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsidir"

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inki

arrow Ətraflı
Pandemiyaya görə sahibkarlara ödənilən vəsaitin həcmi açıqlandı like
  • 28 Dek 11:48  
Digərləri Pandemiyaya görə sahibkarlara ödənilən vəsaitin həcmi açıqlandı

İndiyə qədər pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilən vəsait

arrow Ətraflı
Prezidentdən Rəhman Mustafayevlə bağlı sərəncam like
  • 28 Dek 11:44  
Siyasət Prezidentdən Rəhman Mustafayevlə bağlı sərəncam

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiy

arrow Ətraflı