"Gələn ilin birinci rübündə təqdimat keçirəcəyik"
Digərləri 28 Dek 2022 12:52:00 386 0
Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilməsini qarşısına məqsəd qoyur.
Bu xəbəri də oxu: FHN İsmayıllıda baş verən yol qəzası ilə bağlı məlumat yaydı
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdimat mərasimində deyib.
Nazirin sözlərinə görə, fond vasitəsilə həm dəstək tədbirlərinin, həm də qrant alətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
"İndiyədək əsas alətimiz Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan biz Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik", - deyə o bildirib.
M.Cabbarov əlavə edib ki, bu il Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə olaraq 3 milyard dolları ötəcək.
"Qeyd etmək lazımdır ki, pandemiyadan sonra biz müsbət dinamikaya nail olmuşuq və ölkə iqtisadiyyatı ötən il 5,8 faiz, bu ilin yanvar-noyabr aylarında isə 4,8 faiz artıb. Bundan əlavə, bu il dekabrın 15-nə olan göstəricilərə əsasən, 15 milyard manatdan çox vergi daxilolmalarını təmin etmişik", - deyə nazir qeyd edib.
Bakıda usta təmir sexində avtomobilin altında qalıb ölüb.
Xalq artisti Faiq Ağayev aktrisa Pərvin Abıyevayla birgə kamera qarşısına
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün ə
Müğənni İzzət Bağırov sosial şəbəkələrdən məşhurluq qazanan ifaç
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inki
İndiyə qədər pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilən vəsait
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiy
Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster
Bu günlərdə vəzifəsindən istefa verən Naxçıvan Ali Məclisinin sabiq s�
Uqandada yaşayaşan 12 həyat yoldaşı və 102 uşağı olan 67 yaşlı Musa H
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixind�
Balakən rayonunun Xalatala kəndi ərazisində çay kənarında içərisində s
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılması nəzərdə tutulur.
Əməkdar artist Çingiz Əhmədovun 60 yaşı tamam olub.