Gələn ildən KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq Orxan Məmmədov


Digərləri 28 Dek 2022 11:42:00 438 0

Gələn ildən KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq  Orxan Məmmədov

Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Dayaq Mükafatının təltifetmə mərasimində çıxışı zamanı deyib.

"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından hər birinizi salamlayır və dəvətimizi qəbul edib bugünkü tədbirə qatıldığınız üçün minnətdarlığımı bildirirəm.

KOBİA-nın ünvanına söylədikləri təbrik və xoş sözlər üçün cənab Şahmar Mövsümova və cənab nazir Mikayıl Cabbarova təşəkkürümü bildirirəm.

Bu gün bizim üçün iki mühüm hadisə ilə əlamətdardır. İlk növbədə, sahibkarlığın təşviqi ilə bağlı həyata keçirdiyimiz növbəti bir proqramın yekunu olaraq bir sıra biznes nümayəndələrinin mükafatlandırılmasına şahidlik edəcəyik. Mükafat rəmzi məna daşıyan "Dayaq" adı altında təqdim edilir. Bu da, dövlətin sahibkarlara daim dayaq və dəstək olması anlamına gəlir. Əsas məqsədimiz nailiyyətləri ilə seçilən sahibkarların fəaliyyətini təqdir etmək və onların timsalında sahibkarlıq hərəkatının daha da genişləndirilməsini təşviq etməkdir.

28 dekabr tarixi həm də, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaranması günüdür. Ötən 5 il ərzində daim inkişaf etməyə, sahibkarların yanında olmağa və fəaliyyətimizi onların ehtiyac və gözləntilərinə uyğun qurmağa çalışdıq. Müxtəlif sahəvi müzakirələr, sorğular və sahibkarlar ilə yerlərdə görüşlər nəticəsində alınan məlumatlar həyata keçirdiyimiz tədbirlərin doğru istiqamətləndirilməsi, təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması baxımından əhəmiyyətli olmuşdur.

Bir qədər sonra mükafat alacaq hər bir sahibkarın, eləcə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilmiş sahibkarlarımızın əldə etdiyi nailiyyətlər bizi sevindirir. Çünki, bizim fəaliyyətimizin, dövlətin dəstəyinin nəticəsi məhz sahibkarların uğurları ilə ölçülür.

Bu gün, bu zalda sahibkarlar ilə yanaşı biznes sektoru ilə əlaqəli olan müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri əyləşib. Faktiki olaraq, biz 5 illik fəaliyyət yolunu onlar ilə birlikdə keçmişik. KOB sektorunun çoxşaxəli xarakteri bütün maraqlı tərəflərin, tənzimləyici orqanların və sahəvi qurumların birgə, koordinasiyalı fəaliyyətini tələb edir. Fürsətdən istifadə edərək, KOBİA-nın işində göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə onlara da təşəkkürümü bildirirəm.

Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalşamışdır. Azərbaycan şirkətləri artıq xarici bazarlarda da uğurla fəaliyyət göstərir və ixrac potensialını genişləndirirlər.

Azərbaycanda özəl sektorun hazırkı səviyyəyə çatması uzunmüddətli və müdrik iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur və bu inkişafın əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Onun sahibkarlara göstərdiyi diqqət və qayğı, verdiyi tövsiyələr, həyata keçirdiyi qətiyyətli islahatlar iş adamları üçün bir stimul oldu. Təsadüfü deyil ki, Azərbaycanda Sahibkarlar Gününün təsis edilməsi məhz ümummilli liderin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin 100 illiyi ilə əlaqədar 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində sahibkarlıq sektorunda da müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər həm onun gördüyü ölçüyəgəlməz işlərə bir daha nəzər salmaq, həm də zəngin irisinin davamı olaraq sahibkarlara dəstək tədbirlərinin təqdim edilməsi baxımından əhəmiyyətli olacaqdır.

Bu gün ümummilli liderin inkişaf strategiyası yeni çağırışlar fonunda möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. Ölkə rəhbərliyinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında sahibkarlığın, eləcə də KOB-ların inkişafının dəstəklənməsi ilə bağlı sistemli tədbirlər nəzərdə tutulmuşdur. Bu da biznes sektorunun yeni keyfiyyət mərhələsinə keçməsinə imkan verəcəkdir.

Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində əzmlə çalışan insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. Onun ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanımın iştirakı və birbaşa rəhbərliyi ilə icra olunan layihə və proqramlar ölkəmizin sosial-iqtisadi tərəqqisinə, həyata keçirilən çoxşaxəli siyasətə əhəmiyyətli töhfələr verməkdədir.

KOBİA-nın yaradılması da aparılan ardıcıl islahatların davamı olaraq ölkə rəhbərliyinin KOB sektorunun inkişafına göstərdiyi diqqətin və verdiyi əhəmiyyətin bariz təzahürüdür. Bu həm də, bizim məsuliyyətimizi daha da artırır və qarışımıza qoyulmuş məqsədlərin reallaşdırılması, göstərilən etimadın doğruldulması üçün bizi yüksək səylə çalışmağa sövq edir.

Ötən dövrdə bizneslərin fəaliyyətə başlaması və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə tərəfimizdən bir sıra dövlət dəstək mexanizmləri hazırlanaraq həyata keçirilmişdir. Bu baxımdan, pulsuz təlim və konsaltinq xidmətlərini əhatə edən KOB İnkişaf Mərkəzləri, vahid məkanda "G2B" və "B2B" xidmətləri göstərən KOB Evləri və yerlərdə birbaşa sahibkarlar ilə təmasda olan KOB Dostu şəbəkələri kimi platformalarımızı qeyd etmək olar.

Eyni zamanda, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir. Məlumunuz olduğu kimi, bu yaxınlarda "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun qəbul olundu. Qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla hazırlanan bu sənəd KOB sektorunun inkişafının və dövlətin dəstək tədbirlərinin effektivliyinin yüksəldilməsinə xidmət edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə" təsdiq olunmaq üzrədir.

Artıq növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaqdır.

Növbəti ildə planlarımız mövcud dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi ilə anası, yeni təşəbbüslərin reallaşdırılmasını da nəzərdə tutur. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktik biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə uğurla istifadə olunan pilot "Model müəssisə" layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir və növbəti il ərzində yekunlaşması nəzərdə tutulur.

KOBİA-a mandatı çərçivəsində Qarabağın bərpası və KOB sektorunun işğaldan azad edilmiş ərazilərə qayıdışı istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Qarşıdakı dövrdə də Qarabağın biznes potensialının yerli və xarici investorlar arasında təşviqi, bu bölgədə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlardan müraciətlərin qəbulu və ümumiləşdirilməsi, eləcə də bizneslərin yaradılması üçün zəruri əlaqələndirmə işləri tərəfimizdən təmin ediləcəkdir.

Sadalanan istiqamətlər strateji fəaliyyət gündəliyimizin bir hissəsini təşkil edir və əlbəttə ki, görüləcək işlər və layihələr daha çoxdur və əminik ki, fəal dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində müəyyən edilmiş hədəflərə nail olacağıq. Sonda, hər birinizi qarşıdan gələn bayramlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Münasibətilə təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Qoy Yeni 2023-cü il hər birimiz üçün sevincli və sağlam günlər, xoş xəbərlər, yeni nailiyyətlər və Azərbaycanımız üçün bol-bol uğurlar gətirsin!

Vasif Talıbov necə “görkəmli şəxsiyyət” oldu?  Fotofakt like
  • 28 Dek 11:40  
Digərləri Vasif Talıbov necə “görkəmli şəxsiyyət” oldu? Fotofakt

Bu günlərdə vəzifəsindən istefa verən Naxçıvan Ali Məclisinin sabiq s�

arrow Ətraflı
12 arvadı olan ərdən gözlənilməz qərar  Qadınlara qəribə tələb irəli sürdü  FOTO like
  • 28 Dek 11:24  
Dünya 12 arvadı olan ərdən gözlənilməz qərar Qadınlara qəribə tələb irəli sürdü FOTO

Uqandada yaşayaşan 12 həyat yoldaşı və 102 uşağı olan 67 yaşlı Musa H

arrow Ətraflı
Bu binalar satışa çıxarılır  Yanvarın 23dən...  VİDEO like
  • 28 Dek 10:58  
Digərləri Bu binalar satışa çıxarılır Yanvarın 23dən... VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixind�

arrow Ətraflı
Balakəndə çay kənarından silahsursat tapıldı  FOTO like
  • 28 Dek 10:52  
Digərləri Balakəndə çay kənarından silahsursat tapıldı FOTO

Balakən rayonunun Xalatala kəndi ərazisində çay kənarında içərisində s

arrow Ətraflı
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq like
  • 28 Dek 10:28  
Digərləri Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq

Azad olunmuş ərazilərdə vəkil büroları yaradılması nəzərdə tutulur.

arrow Ətraflı
Çingiz Əhmədovun yubileyindən  FOTOlar like
  • 28 Dek 10:20  
Şou-biznes Çingiz Əhmədovun yubileyindən FOTOlar

Əməkdar artist Çingiz Əhmədovun 60 yaşı tamam olub.

arrow Ətraflı
Bu rayonda xüsusi əməliyyat keçirildi  Yüksək vəzifəlilər saxlanıldı like
  • 28 Dek 09:58  
Digərləri Bu rayonda xüsusi əməliyyat keçirildi Yüksək vəzifəlilər saxlanıldı

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da

arrow Ətraflı
Azərbaycanlı məşhur Xalq artistini pula görə qardaşı qızı qətlə yetirib? like
  • 28 Dek 09:56  
Şou-biznes Azərbaycanlı məşhur Xalq artistini pula görə qardaşı qızı qətlə yetirib?

Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Əməkdar incəsənət x

arrow Ətraflı
Ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı like
  • 28 Dek 09:24  
Digərləri Ərinin otağını tapa bilmədi, 73 yaşında hərfləri öyrənməyə başladı

Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriy

arrow Ətraflı
İranda hökumət məmurları 12 yaşlı uşağı öldürdülər  FOTO like
  • 28 Dek 09:16  
Digərləri İranda hökumət məmurları 12 yaşlı uşağı öldürdülər FOTO

İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüblər.

arrow Ətraflı
İnsanabənzər robot mağazadan alışveriş edəcək like
  • 28 Dek 08:54  
Digərləri İnsanabənzər robot mağazadan alışveriş edəcək

Milliarder İlon Mask "Optimus" adlı insanabənzər robotun (Tesla Bo

arrow Ətraflı
Yeniyetmə oğlan bıçaqlanıb like
  • 28 Dek 08:51  
Kriminal Yeniyetmə oğlan bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
"Bu, davamlı sülhə aparan yoldur" like
  • 28 Dek 08:49  
Digərləri "Bu, davamlı sülhə aparan yoldur"

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji memorandumunun imzalan

arrow Ətraflı
Bakıda avtomobil toqquşub, like
  • 28 Dek 08:48  
Digərləri Bakıda avtomobil toqquşub,

Bakı şəhərinin Xəzər rayonunda iki minik avtomobili toqquşub.

arrow Ətraflı