Azərbaycanlı məşhur Xalq artistini pula görə qardaşı qızı qətlə yetirib?
Şou-biznes 28 Dek 2022 09:56:00 579 0
Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Əməkdar incəsənət xadimi Məlahət Abbasova mərhum Xalq aristi Səfurə İbrahimovanın ölümü ilə bağlı ilginc detalları açıqlayıb.
Bu xəbəri də oxu: Məşhur fransız xanəndə Pərviz Qasımovu paylaşdı
Son.az dünən ölümünün ikinci il dönümü (21 dekabr 2020-ci ildə dünyasını dəyişib) olan Xalq artisti barədə Məlahət Abbasovanın tükürpədən açıqlamasını təqdim edir:
"Sənin göz yaşına qurban olum mən. Son müsahibəni oxudum, çox duyğulandım. Bu videonu 2020-ci il noyabrın 26-sı, yəni FHN-nin əməkdaşları qapını qırıb, Səfurə xanımı yerdə 2-3 gün ombası qırıq vəziyyətdə tapdıqdan sonra sona çəkmişdik.
Səfurə xanımla mən 1983-cü ildə tanış olmuşduq. Ana-bala kimiydik. Teatrda da bərabər işlədik. Mənə "mənim qızım, mənim balam, Məlişkam" deyərdi. Yıxılmamışdan 20 gün əvvəl uzun bir söhbətimiz olmuşdu. Çox yaxşı idi, sağlam idi, evində heç kim qalmırdı. Özü-özünə baxırdı. "Heç kimə ehtiyacım yox" deyirdi. Yenə də ona deyirdim evə bir baxıcı gətir, sənə kömək etsin. Qəti şəkildə rədd edirdi.
Son uzun danışığımızda "Biletini alacam, İstanbulda səni ən yaxşı doktorlara aparacam" dedim. Dedi ki, havalar düzəlsin, gələcəm. Qırıq ayağı ağrıyırdı. Onun xəstəxanaya yatmaq, qırıq ombasını təcili gipsə salmaq lazımıydı, xüsusi qayğı lazım idi. Bunların heç biri edilmədi.
Mənə dediklərinə görə, onu yumağa aparanda bütün bədəni baxımsızlıqdan irin, qan içindəymiş, bir dəri-bir sümük qalıbmış. Yıxılandan sonra heç bir ay yaşatmadılar. O isə ən yaxşı xəstəxanalarda müalicəsi, heç olmasa qırıq ayağını gipsə salmaq üçün maddi imkan da var idi. Hətta xəstəxanaya təcili yatması üçün qardaşı qızına pul da çəkilib, verilmişdi. Aparmadı, o pulu yedi. O, bağlı qapıların arxasında səssizcə ölümə tərk edildi. Bağışla məni, vicdan əzabı çəkirəm. Balan sənə sahib çıxa bilmədi.
Sənin yıxıldığını eşidəndə həmən gəlməli idim. Amma o (qardaşı qızı), "Narahat olmayın, mən buradayam, hara lazımdır aparacam" dedi. Məni durdurdu, kaş ki, durmasaydım. Elə deyirdin ki, "gəl, tez gəl". Görüşməyimizə bir həftə qalmışdı, yetişə bilmədim. Yetişsəydim yaşayacaqdın. Çünki o öz qanından da olsa, əmin əldə deyildin. Onu ancaq sənin bankada illərlə yığılan pulun, evin maraqlandırırdı.
Heç bir sənət insanımız Səfruə xanım kimi urvatsız bu həyatdan köçmədi. Sahibsiz idi, sahib çıxılmadı. Deyiləcək çox söz var. İlahi ədalətə çox inanıram. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, nur içində uyu, gözəl qəlblim, mələyim".
Məşhur aktrisa Şəfiqə xanımın ölümündə təqsirli bildiyi onun qardaşı qızı barədə öz paylaşımının altına şərh bölümündə yazdıqlarını təqdim edirik:
Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriy
İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüblər.
Milliarder İlon Mask "Optimus" adlı insanabənzər robotun (Tesla Bo
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji memorandumunun imzalan
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
"WhatsApp" bu il dekabrın 31-də bəzi "Apple", "Samsu
Tovuz rayonunda azyaşlı qızın ərə verilməsi ilə bağlı Tovuz rayon poli
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
2022-ci ildə Rusiyaya gələn turist axını rekord həddə aşağı düşüb.
Təkcə Türkiyə bazarını açmaqla biz dərmanların qiymətlərini 60-80% a�
Son.az "report"a istinadən bildirir ki, Özbəkistanın Dövlət Təh