"Bu, davamlı sülhə aparan yoldur"
Digərləri 28 Dek 2022 08:49:00 433 0
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji memorandumunun imzalanması rasional addımdır və çox güman ki, Azərbaycan ilə Aİ arasında sosial-iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.
Bu xəbəri də oxu: Doğum tarixinə görə 2025ci ildə sizi nə gözləyir?
Son.az xəbər verir ki, bu barədə Trend-ə Moldovanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kirill Qaburiç deyib.
Sabiq baş naziri qeyd edib ki, dünya iqtisadiyyatı ciddi etimad böhranı yaşayır və qlobal dialoqu təəssüf ki, konstruktiv və dostluq adlandırmaq olmaz:
"Siyasi və hərbi münaqişələr şəraitində təhlükəsizlik mövzusu prioritetdir. Təhlükəsizlik qarşılıqlı hörmətə, səbrə və müdrikliyə əsaslanan məsuliyyətli siyasətin nəticəsidir. Bu şəraitdə Azərbaycanın sabitliyi və proqnozlaşdırıla bilən olması xüsusilə qiymətli keyfiyyətlərə çevrilib. Bu baxımdan, Aİ ilə Azərbaycan arasında enerji sazişinin imzalanması rasional addımdır və çox güman ki, Azərbaycan ilə Aİ arasında sosial-iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Hesab edirəm ki, bu, həm də Prezident İlham Əliyevin məsuliyyətli və müdrik rəhbər kimi şəxsi keyfiyyətlərinin növbəti sübutudur. Biz daha səmərəli və açıq əməkdaşlıq etməyi, bir-birimizi dəstəkləməyi və fikir ayrılıqlarımızı qəbul etməyi öyrənməliyik - bu, davamlı sülhə aparan yoldur".
Daha sonra o, Azərbaycanın sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər əldə etdiyini qeyd edib:
"Cəmiyyətin enerjisi inkişafa sərf olunanda, xalqların insanları quruculuq, tərəqqi üçün birləşdirən məqsədləri olanda yaxşı bir haldır və burada, Prezident İlham Əliyevin böyük xidməti vardır. Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nailiyyətlər əldə edib və inamla irəliləyir. Azərbaycanda sosial sabitlik ölkənin regional sabitliyə yatırdığı sərmayədir".
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
"WhatsApp" bu il dekabrın 31-də bəzi "Apple", "Samsu
Tovuz rayonunda azyaşlı qızın ərə verilməsi ilə bağlı Tovuz rayon poli
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
2022-ci ildə Rusiyaya gələn turist axını rekord həddə aşağı düşüb.
Təkcə Türkiyə bazarını açmaqla biz dərmanların qiymətlərini 60-80% a�
Son.az "report"a istinadən bildirir ki, Özbəkistanın Dövlət Təh
Türkiyədəki rusiyalılara turistik yaşama icazəsinin verilməsi dayandırı
Ukrayna qoşunları Rusiya ordusunun qərargahına zərbə endirib, nəticədə
Rusiyanın Moskva vilayətinin Podolsk şəhərində pensioner ər-arvad hərbi
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu q�
Saxta xəbərlərin əksinə olaraq, mən heç vaxt Cared və ya İvankadan 2024