Bacısının toyunu dağıtmaq istədi, atasını güllələdi
Kriminal 28 Dek 2022 07:21:00 465 0
Bərdə rayonunda 2000-ci il təvəllüdlü Kənan Fərzəliyev atası Buludu qətlə yetirib.
Son.az teleqraf.com-a istinadən bildirir ki, Kənan 29 may 2022-ci ildə saat 13 radələrində bacısının Bərdənin Mirzəcəfərli kəndində yerləşən "Muğan Məkan" restoranında təşkil olunan qız toyu mərasimində iştirak edib. O, pivə və spirtli içkilər içib.
Kənan toy mərasiminin gedişinə mane olacağından ehtiyatlanan dayısının ona yaxınlaşaraq daha içki qəbul etməməsi və dava salmamasını deməsindən qəzəblənib.
Kənan məclisdə səs-küy salıb, tamadanın əyləşdiyi stola təpik vurub, atası və dayısının tənbehinə məhəl qoymayıb. Bibisi oğlanları onu toydan Mirzəcəfərli kəndində yerləşən evlərinə gətirib.
Evdəki tüfəngi götürən Kənan evin çöl hissəsində darvazanın yanında dayanmış bibisi oğlanlarını qorxutmaq məqsədi ilə dəmir darvazaya doğru atəş açıb. Daha sonra tüfəngi evin arxa hissəsində həyətyanı sahədə gizlədib, toydan zorla evə göndərilməsini özünə təhqir sayıb.
Buna görə qisas məqsədilə atasını öldürmək qərarına gəlib. O, atası Buludun toydan evə gəlməsini gözləyib. Saat 23 radələrində evin qapısı ağzında, pilləkəndə oturan atasını öldürmək üçün münasib şərait yarandığını görüb. O, pilləkəndə oturmuş anası Xuraman və atası Buluda tərəf atəş açıb. Nəticədə ata aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ititham elan edilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə Kənan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Mirzəcəfərli kəndində atasına məxsus evdə yaşayıb: "Hadisə baş verən günü səhər saat 6 radələrində bacımın toy mərəsiminin keçiriləcəyi yerə getdim. Orada yemək bişirənlərə nəzarət etdim. Toy günorta saat 13 radələrində başlandı.
Toyda spirtli içki və 2 stəkan pivə içdim. Dayım mənə yaxınlaşaraq içki içməməyimi dedi. Bundan əsəbiləşib tamadanın, aşıqların və müğənnilərin stoluna tərəf getdim, təpiklə aşıqların stoluna vurdum, toyu dayandırmalarını istədim. Məni restoranın dəhlizinə çıxardılar.
Dəhlizdə atam və dayım boynuma sarılaraq içki içməməyimi, toya mane olmamağımı xahiş etdilər. Bu sözlərdən qəzəbləndiyim üçün məni bibim oğlanları Sənan və Fərahimlə birlikdə Mirzəcəfərli kəndində yerləşən evimizə göndərdilər".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Sənan və Fərahim onu avtomobilə mindirib, günorta saat 15 radələrində evə gətiriblər:
"Əynimdəki köynək cırıldığı üçün Sənanla Fərahimə gözləmələrini, əynimi dəyişərək gələcəyimi dedim. Sonra evin giriş qapısı bağlı olduğu üçün tüfəng saxlanılan otağa evin çöl hissəsindən pəncərədən daxil oldum. Tüfəngi və şkafdan patronları götürdüm, Sənanla Fərahimə tuşladım. Onları qorxutmaq üçün tüfəngdən bir atəş açdım. Güllə qapıya dəydi. Tüfəngin içində bir dolu giliz qaldı".
Kənan qeyd edib ki, bundan sonra Sənanla Fərahim bacısının toyuna gediblər: "Mən isə evdə qaldım, toya qayıtmadım. Atamla anam axşam saat 18 radələrində toydan qayıtdılar. Bu vaxt mən də yuxudan oyanmışdım. Dayımsa bizə gəlməmişdi. Toydakı hərəkətlərə görə ən çox onu yaralamaq istəmişdim.
Atamla anam evə gəlib-gedən qonaqları qarşılayaraq yola saldılar. Onların yanında özümü heç nə olmamış kimi aparırdım.
Dayımın bizə gəlmədiyini gördüm. Gedib yerimə uzandım. Sonra kəndimizdə yerləşən çayxanaya getdim. Bir az da orada oturdum".
Kənanın ifadəsinə görə, təxminən saat 22 radələrində qonşuluqda vay-faydan internetə daxil olub və bir az sosial şəbəkələrə baxıb: "Sonra evə qayıtdım. Yemək yedim, bibim oğlu Sənanı evlərinə yola saldım. Darvazanı bağlayaraq evə girdim. Bibilərim Mahizər və Aynur bacım Aynurə ilə birlikdə yataq otağına yatmağa getdilər.
Telefonunu akkumulyatora qoşmaq üçün onların yatdığı yataq otağına daxil oldum. Telefonunu toka qoşdum və bibilərimdən niyə tez yatdıqlarını soruşdum. Yorğun olduqlarını dedilər".
Təqsirləndirilən şəxs bildirib ki, bundan bir neçə dəqiqə sonra telefonunu götürüb və evdən çölə çıxıb: "Günorta qoyduğum yerdən tüfəngi götürmək üçün getdim. Mən evdən çıxanda atamla anam qapının ağzındakı pilləkəndə oturmuşdular. Giriş qapısı isə bağlı idi. Evin arxa həyətyanı sahəsində gizlətdiyim tüfəngi götürdüm və pilləkəndə oturan atamla anama yaxınlaşdım.
Tüfəngi tuşlayaraq atamdan günorta niyə toyda boğazımdan tutduğunu, nəyə görə mənə qarşı belə elədiyini soruşdum. Atam mənə cavab vermədi. Anam dedi ki, tüfəngi yığışdır, birdən içində patron olar. Buna baxmayaraq, yenə tüfəngi tuşladım.
Saxta xəbərlərin əksinə olaraq, mən heç vaxt Cared və ya İvankadan 2024
Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbəl
Azərbaycanın Xankəndi şəhərində məskunlaşan erməni separatçıları ae
Meraya Kerinin "All I Want For Christmas Is You" (1994) mahnısı gün
Dünyaca tanınmış məşhur müğənni Şakira Milad bayramını oğlanları M
Son.az bizim media-ya istinadla Günel Zeynallı ilə müsahibəni təqdim edir:
Sonuncu dəfə "Baht oyunu" serialında rol alan aktyor Tuan Tunalı y
Bəzi insanlar yuxuya olan həvəsləri ilə ön plana çıxır. Onlar heç vaxt
Azərbaycan Televiziyasının builki əsas Yeni il çəkilişi konsepti ilə diq
Rusiyanın Xalq artisti Alla Puqaçova Qərb kəşfiyyat orqanlarına işləmə
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun modelyer həyat yoldaşı Başak Dizeri
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"