Bu binalar satışa çıxarılır Yanvarın 23dən... VİDEO
Digərləri 28 Dek 2022 10:58:00 530 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixindən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq. Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı həyata keçiriləcək.
Bu xəbəri də oxu: Ərdoğan sərt reaksiya verdi
Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binalardakı mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətlərə necə təsir edəcək?
Trend-in bununla bağlı sualını cavablandıran əmlak eksperti Ramil Osmanlı təsiri cüzi qiymətləndirir.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin binaları qiymətləndirərək satışa çıxarıb.
"Belə ki, mənzillər qiymətləndirilərkən ərazi üzrə qiymətlər nəzərə alınır və təklif formalaşır. Bu baxımdan da bu mənzillərin bazara çıxarılması əmlak bazarında qiymətlərə təsir etməyəcək. Ümumiyyətlə keçmiş məcburi köçkünlərə verilən evlər tələb formalaşdıracaq. Lakin say etibarı ilə ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Tədricən məcburi köçkünlərin öz yurdlarına qayıtmasından sonra onların yaşadıqları mənzillərin də bazara çıxarılacağı gözlənilir. Amma satış hansı səviyyədə olacaq və hansı nəticəni verəcək indidən söyləmək çətindir. Çünki seçilən ərazilərdə mənzillərə tələbat yüksək deyil. Belə ərazilərdə satılan mənzillərin qiymətlərinə və şərtlərinə güzəşt təyin olunmalıdır", - R.Osmanlı qeyd edib.
Balakən rayonunun Xalatala kəndi ərazisində çay kənarında içərisində s
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılması nəzərdə tutulur.
Əməkdar artist Çingiz Əhmədovun 60 yaşı tamam olub.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da
Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Əməkdar incəsənət x
Türkiyənin Mersin şəhərində yaşayan altı uşaq anası, 73 yaşlı Bedriy
İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüblər.
Milliarder İlon Mask "Optimus" adlı insanabənzər robotun (Tesla Bo
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji memorandumunun imzalan
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
"WhatsApp" bu il dekabrın 31-də bəzi "Apple", "Samsu