Birinci vitseprezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub FOTO


Siyasət 06 Mar 2025 20:36:00 90 0

Birinci vitseprezident Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub  FOTO

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, kilsənin baş keşişi Varfolomey Denis Sotnikov məbədin tarixi barədə məlumat verdi.

Qeyd edildi ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub. Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib.

Qırx dörd il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası olan məbəd bir müddətdən sonra kafedral anbar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb.

Qədim interyerindəki müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusi qeyd etmək olar.

Kilsənin yaradılmasının 110 illiyi 1997-ci ildə qeyd olunub. Kilsə tikilməsinin 130 illiyi münasibətilə 2017-ci ildə təmir edilib.

Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir işlərinin aparılmasına ehtiyac yarandığı bildirilib.

Qeyd edək ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur.

Tramp Çini sıxışdırmağa davam edir: Panama təslim oldu like
  • 06 Mar 20:28  
Siyasət Tramp Çini sıxışdırmağa davam edir: Panama təslim oldu

"Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin "bir kəmər, b

arrow Ətraflı
Gəncədə yaşayış binasında yanğın olub like
  • 06 Mar 20:24  
Digərləri Gəncədə yaşayış binasında yanğın olub

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı ya

arrow Ətraflı
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək like
  • 06 Mar 20:20  
Digərləri Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Martın 9-u Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A nö

arrow Ətraflı
Bakıda kirayədə qaldığı evlərdən oğurluq edən şəxs SAXLANILDI like
  • 06 Mar 20:14  
Digərləri Bakıda kirayədə qaldığı evlərdən oğurluq edən şəxs SAXLANILDI

Bakının Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqq�

arrow Ətraflı
Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb? like
  • 06 Mar 20:00  
Digərləri Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?

Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilər�

arrow Ətraflı
"YouTube" bu saytların reklamını qadağan edir  QAYDA like
  • 06 Mar 19:54  
Digərləri "YouTube" bu saytların reklamını qadağan edir QAYDA

"YouTube" onlayn qumar saytlarının təbliğatını məhdudlaşdıran

arrow Ətraflı
TrampPutinZelenski görüşü bu ölkədə keçirilə bilər like
  • 06 Mar 19:48  
Digərləri TrampPutinZelenski görüşü bu ölkədə keçirilə bilər

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tramp, Putin və Zelenskini dan

arrow Ətraflı
Mehriban Əliyeva Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olub  FOTO like
  • 06 Mar 19:45  
Siyasət Mehriban Əliyeva Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olub FOTO

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,

arrow Ətraflı
Zelenski Brüsseldə Makronla görüşüb like
  • 06 Mar 19:26  
Dünya Zelenski Brüsseldə Makronla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla görü

arrow Ətraflı
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltdı like
  • 06 Mar 19:20  
Digərləri Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbət

arrow Ətraflı
Tanınmış həkim ixtisası ilə bağlı imtahandan keçə bilmədi like
  • 06 Mar 19:16  
Digərləri Tanınmış həkim ixtisası ilə bağlı imtahandan keçə bilmədi

Türkiyə Respublikası vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə i

arrow Ətraflı
İdmandan sonra ağrıları necə azalda bilərik? like
  • 06 Mar 19:00  
Digərləri İdmandan sonra ağrıları necə azalda bilərik?

İdman və fiziki fəaliyyət sağlamlıq üçün vacib olsa da, intensiv məşq

arrow Ətraflı
SSRİni çökdürən hücum planı – Tramp Putinə Qorbaçovun taleyini hazırlayır? like
  • 06 Mar 18:52  
Dünya SSRİni çökdürən hücum planı – Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenid

arrow Ətraflı
Qanunsuz ağac kəsən şəxs 2200 manat məbləğində cərimələndi like
  • 06 Mar 18:44  
Digərləri Qanunsuz ağac kəsən şəxs 2200 manat məbləğində cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç

arrow Ətraflı