Tanınmış həkim ixtisası ilə bağlı imtahandan keçə bilmədi
Digərləri 06 Mar 2025 19:16:00 103 0
Türkiyə Respublikası vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.
Bu xəbəri də oxu: “Neft Daşları”nda kran dənizə düşdü Ölən var
Son.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
"Martın 2-i sosial mediada Türkiyə Respublikası vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb. Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb. Qeyd etmək istərdik ki, M.Kılıc "Fizioterapiya və tibbi reabilitasiya" ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir", - açıqlamada bildirilir.
Bildirilib ki, qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
İdman və fiziki fəaliyyət sağlamlıq üçün vacib olsa da, intensiv məşq

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenid

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç

Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı q

Hazırda TƏBİB tabeli tibb müəssisələrində xaricdə təhsil almış 1345

Fransa Prezidenti Makrondan fərqli olaraq Napoleon və Hitler birbaşa Rusiyaya

Azərbaycan banklarının əməkdaşlarının qiymətləndirmədə iştirakı &q

Astroloqlar hesab edirlər ki, intellekt təkcə genlərlə ötürülmür, həm

Polşanın Baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarını

Son dövrlərdə aparılan tədqiqatlar dünyaca məşhur ağrı kəsici vasit�

Lesoto ABŞ Prezidenti Donald Trampın "heç kimin eşitmədiyi bir ölkə

Türkiyənin yeni aktiv elektron radarla (AESA) təchiz edilmiş yüksək hünd�
