SSRİni çökdürən hücum planı – Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?


Dünya 06 Mar 2025 18:52:00 117 0

SSRİni çökdürən hücum planı – Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenidən gündəmə gəlib. Bundan cəmi 3 il sonra SSRİ-nin dağılmasına isə xüsusi diqqət çəkilir. Həmin dövrdə də ABŞ Rusiya ilə ritorikanı yumşaltmış, Reyqan SSRİ lideri Mixail Qorbaçovla mehriban münasibət yaratmışdı. Bəzi ekspertlər hesab edir ki, Vaşinqton SSRİ kimi nəhəng imperiyanı, totalitarizm yuvasını yumşaq güclə, dialoqla, "mehribanlıqla" yıxdı.

Hazırda ABŞ Prezidenti Donald Tramp da Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini yaxşılaşdırır. Ukrayna müharibəsində Moskvaya ciddi güzəştlər edilir. Hətta bu il mayın 9-da Trampın Moskvaya səfər edəcəyi, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illik yubileyi ilə bağlı Qırmızı Meydanda keçiriləcək paradı Putinlə birgə izləyəcəyi deyilir. Həmçinin Çin prezidentinin də liderlər sırasında yer alacağı iddia olunur.

ABŞ-ın Rusiya ilə bağlı 37 il öncəki planı yenidən işə düşə bilərmi? Ağ Ev eyni taktikadan istifadə etməklə bu ölkəni parçalamağa çalışır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, 1980-ci ildə hakimiyyətə gələn Ronald Reyqan o zaman SSRİ-ni "Şərq imperiyası" adlandırmışdı:

"O, hakimiyyətə gələndə İranda inqilab baş verdi, mollalar hakimiyyəti ələ aldı. Həmçinin SSRİ Əfqanıstanı işğal etməyə cəhd göstərdi. Sovet İttifaqı bu ölkəyə hücumla faktiki olaraq ABŞ-ın tələsinə düşmüş oldu. İttifaq elə həmin müharibənin nəticəsində zəiflədi və süqutunu tezləşdirdi.

(Reyqan və Qorbaçov, Cenevrə sammiti, 1985)

O zaman ABŞ özünün "ulduz müharibələri" proqramını bəyan edərək SSRİ-ni sürətli silahlanmaya məcbur buraxdı. Bu da imperiyanın iqtisadiyyatını çökdürməklə bərabər, keçmiş postsovet məkanı və Varşava Paktı ölkələrinin zəifləməsinə gətirib çıxardı.

1985-ci ildə Ronald Reyqan ilə Milxail Qorbaçov Reykyavikdə bir araya gəldilər. Ardınca isə Reyqanın Moskvaya səfəri baş tutdu. O zaman əslində ABŞ-SSRİ yaxınlaşmasının səbəbləri başqa idi. Vaşinqtonla Qərb blokunun gücü Sovet İttifaqı və Şərq blokunun gücündən çox idi. Artıq SSRİ-nin çökdürülməsi ilə Şərqi Avropanı imperiyanın təsirindən çıxarmaq prosesi başlamaq üzrə idi. Polşada start verilən anti-kommunist, anti-sovet prosesi daha sonra bütün Varşova Paktı ölkələrinə yayıldı. Beləliklə, SSRİ güc itirməyə başladı".

Politoloq bildirib ki, Reyqan, şübhəsiz, ABŞ-ın gəlib-geçmiş ən yaxşı prezidentlərindəndir:

"O, sovetləri döyüşmədən, yumşaq güclə məğlub etdi. Nəticədə SSRİ-nin Əfqanıstanda bataqlığa ilişməsi, iqtisadiyyatının çökməsi qaçılmaz oldu. Hazırda biz yenidən Rusiya və ABŞ arasında yaxınlaşmanın olduğunu görürük. Amma Donald Trampın Ronald Reyqanın yolu ilə getdiyini düşünmürəm. Reyqan bu məsələləri öz müttəfiqləri ilə birlikdə həyata keçirirdi. O zaman Qərb dünyası həm də çox nəhəng liderlər ilə zəngin idi. Belə ki, Böyük Britaniyanın başında "dəmir ledi" ləqəbli Marqaret Tetçer, Almaniyada Helmut Kohl kimi kansler, Fransada François Miterand kimi lider vardı. Qərbin 4 aparıcı ölkəsinin lideri xarizmatik idi. Yəni SSRİ-nin çöküşü həm də Qərbin ortaq işi idi. Hazırkı dönəmdə ABŞ-ın başında Tramp kimi xarizmatik şəxs olsa da, Avropada ciddi simalar yoxdur.

Həmçinin ABŞ siyasəti də 40 il öncədən fərqlənir, Ağ Ev rəhbəri müttəfiqlərini aşağılayır. Reyqandan fərqli olaraq o, tək hərəkət edir. Rusiyada SSRİ-nin üzləşdiyi problemlərdən dərs çıxarıb. Hesab edirəm ki, buna görə Tramp Reyqanın etdiklərini təkrarlaya bilməyəcək".

Qanunsuz ağac kəsən şəxs 2200 manat məbləğində cərimələndi like
  • 06 Mar 18:44  
Digərləri Qanunsuz ağac kəsən şəxs 2200 manat məbləğində cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç

arrow Ətraflı
65 nəfərin diplomu tanınmadı like
  • 06 Mar 18:40  
Digərləri 65 nəfərin diplomu tanınmadı

Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə

arrow Ətraflı
Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib like
  • 06 Mar 18:36  
Digərləri Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib

Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı q

arrow Ətraflı
Bakı metrosunda problem yarandı like
  • 06 Mar 18:35  
Digərləri Bakı metrosunda problem yarandı

Metronun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" mar

arrow Ətraflı
Azərbaycanda xaricdə təhsil almış neçə həkim işləyir?  AÇIQLAMA like
  • 06 Mar 18:31  
Digərləri Azərbaycanda xaricdə təhsil almış neçə həkim işləyir? AÇIQLAMA

Hazırda TƏBİB tabeli tibb müəssisələrində xaricdə təhsil almış 1345

arrow Ətraflı
"Makron Hitlerin cəsarətsiz xələfidir" like
  • 06 Mar 18:27  
Dünya "Makron Hitlerin cəsarətsiz xələfidir"

Fransa Prezidenti Makrondan fərqli olaraq Napoleon və Hitler birbaşa Rusiyaya

arrow Ətraflı
Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur like
  • 06 Mar 18:19  
Digərləri Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur

Azərbaycan banklarının əməkdaşlarının qiymətləndirmədə iştirakı &q

arrow Ətraflı
Ən ağıllı uşaqları dünyaya gətirən 2 bürc like
  • 06 Mar 18:12  
Digərləri Ən ağıllı uşaqları dünyaya gətirən 2 bürc

Astroloqlar hesab edirlər ki, intellekt təkcə genlərlə ötürülmür, həm

arrow Ətraflı
Tusk Rusiya sərhədinə ordu yeridilməsini tələb edir like
  • 06 Mar 18:06  
Dünya Tusk Rusiya sərhədinə ordu yeridilməsini tələb edir

Polşanın Baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarını

arrow Ətraflı
"Aspirin" xərçəngi müalicə edə bilərmi?  Tibb dünyasında bir ilk like
  • 06 Mar 17:51  
Digərləri "Aspirin" xərçəngi müalicə edə bilərmi? Tibb dünyasında bir ilk

Son dövrlərdə aparılan tədqiqatlar dünyaca məşhur ağrı kəsici vasit�

arrow Ətraflı
"Heç kimin bilmədiyi" ölkə  Haqqında 9 MƏLUMAT like
  • 06 Mar 17:42  
Dünya "Heç kimin bilmədiyi" ölkə Haqqında 9 MƏLUMAT

Lesoto ABŞ Prezidenti Donald Trampın "heç kimin eşitmədiyi bir ölkə

arrow Ətraflı
Hamı bundan DANIŞIR: “Bayraktar Akıncı” like
  • 06 Mar 17:36  
Digərləri Hamı bundan DANIŞIR: “Bayraktar Akıncı”

Türkiyənin yeni aktiv elektron radarla (AESA) təchiz edilmiş yüksək hünd�

arrow Ətraflı
Sumqayıtda ölü döl tapıldı like
  • 06 Mar 17:28  
Digərləri Sumqayıtda ölü döl tapıldı

Sumqayıtda ölü döl tapılıb.

arrow Ətraflı
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır like
  • 06 Mar 17:21  
Dünya Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır

Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır.

arrow Ətraflı
Kələm turşusunun faydası və ziyanı like
  • 06 Mar 17:14  
Digərləri Kələm turşusunun faydası və ziyanı

Kələm turşusu, kələmın müxtəlif ədviyyatlar və duzla fermentasiya edil

arrow Ətraflı