Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib
Digərləri 06 Mar 2025 18:36:00 97 0
Bakıda aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bu xəbəri də oxu: Bu məhsullar saxtadır "Kərə yağı" adı ilə SATILIR
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktında qeyd edilib ki, təqsirləndirilən İslam Hadıyevin mərhum aktyorla şəxsi tanışlığı olub. Onlar bazarda tanış olub və bundan sonra İosif Zusyeviçin dəvəti ilə evlərində təmir işləri aparıb.
İslam Hadıyev evdə təmir işləri apararkən evin saxlanc yerində torbada külli miqdarda pulun olduğunu görüb. Mənzildə işini bitirdikdən sonra pulu götürərək oranı tərk edib.
Bir müddət sonra ev sahibi ona zəng edib və götürdüyü 50 min manatı tələb edib. Lakin təqsirləndirilən şəxs puldan xəbəri olmadığını bildirib. Təqsirləndirilən məhkəmədə sərbəst ifadəsi zamanı hadisəni törətdiyini bildirib:
"Bir neçə gün sonra İosifin yoldaşı məni bazarda gördü və təhqir edərək pulu qaytarmağımı istədi. Təmir zamanı mənim drelim onlarda qalmışdı. Onu götürməyə gedəndə İosif üstümə hücum etdi və bıçağa əl atmaq istədi. Bu zaman mən üzərimdəki bıçağı qaldıraraq onu qorxutmaq istədim. Bunu görən Lyudmila əlimdən tutaraq dartanda bıçaq İosifin boğazına girdi".
Təqsirləndirilən ona elan olunmuş ittihama görə özünü qismən təqsirli bildiyini deyib.
Hazırda TƏBİB tabeli tibb müəssisələrində xaricdə təhsil almış 1345

Fransa Prezidenti Makrondan fərqli olaraq Napoleon və Hitler birbaşa Rusiyaya

Azərbaycan banklarının əməkdaşlarının qiymətləndirmədə iştirakı &q

Astroloqlar hesab edirlər ki, intellekt təkcə genlərlə ötürülmür, həm

Polşanın Baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarını

Son dövrlərdə aparılan tədqiqatlar dünyaca məşhur ağrı kəsici vasit�

Lesoto ABŞ Prezidenti Donald Trampın "heç kimin eşitmədiyi bir ölkə

Türkiyənin yeni aktiv elektron radarla (AESA) təchiz edilmiş yüksək hünd�

Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır.

Kələm turşusu, kələmın müxtəlif ədviyyatlar və duzla fermentasiya edil

Rusiyada VAZ-2109 modeli sıfır kilometr vəziyyətdə 15 milyon rubl (284.6 mi

Təbrizdə keçirilən mədəniyyət həftəsində çıxış edən İran Prezide

Bakıda ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın ba
