Tramp Çini sıxışdırmağa davam edir: Panama təslim oldu
Siyasət 06 Mar 2025 20:28:00 111 0
"Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin "bir kəmər, bir yol" təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Çinlə dilpomatik əlaqələri kəsməyəcəyini bildirib".
Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verib.
"Tramp Konqresdəki son çıxışında ABŞ-ın Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı. Ağ Ev sahibi hələ ki, buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında ağ bayrağını qaldırıb. Vaşinqton müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatıyla dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Trampın xəbərdarlığını şəxsən Panama Prezidentinin diqqətinə çatdırmışdı. Bu səfərdən sonra Panama iki qərarını açıqladı. Birincisi, bundan sonra ABŞ-ın hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər. İkincisi, Panama Çin şirkətləriylə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq".
Politoloq qeyd edib ki, Pekin Panamanın qərarından təəssüfünü bildirib.
"Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-c ildə imzalanmışdı. Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsiylə bağlı saziş isə daha əvvəl 1997-i ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Bu planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı əvəz edəcək. Bundan başqa Panama dövləti Çinlə hərbi əməkdaşlığa da son verəcək. Son illərdə Çinin və Panamanın sərhəd xidməti, hərbi-hava və hərbi-dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi. Tramp administrasiyasının Panamada əldə etdiyi qələbəsi ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək. Görünür, Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq".
Aysel Əkbər Son.az
Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı ya

Martın 9-u Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A nö

Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident, Heyd�

Bakının Nərimanov rayonu ərazisində yerləşən evlərin birində müvəqq�

Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar verilər�

"YouTube" onlayn qumar saytlarının təbliğatını məhdudlaşdıran

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tramp, Putin və Zelenskini dan

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla görü

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbət

Türkiyə Respublikası vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə i

İdman və fiziki fəaliyyət sağlamlıq üçün vacib olsa da, intensiv məşq

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenid

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç

Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə
