Bu qurum lisenziya və icazələrin alınmasından azad edilir
Digərləri 01 Apr 2025 11:48:00 47 0
"Azərbaycan Dəmir Yolları" QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunur.
Bu xəbəri də oxu: Bayramı keçirməyə ata yurduna getmişdi dağda meyiti tapıldı
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Nəqliyyat haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmayacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Məlumat üçün bildirək ki, "Lisenziyalar və icazələr haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi hazırlanıb. Müvafiq qurumun ("Azərbaycan Dəmir Yolları" QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin siyahısı qanun qəbul olunduqdan sonra təsdiq ediləcək.
Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə və öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, "Avtomobil yolları haqqında" və "Kosmik fəaliyyət haqqında" qanunlarla müvafiq olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Kosmik Agentliyinə ("Azərkosmos"a) də tətbiq edilib.
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs edilib.

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

Dünyanın geosiyasi saatları hələ də Ukraynaya tuşlandığı, müharibəni

"Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərə

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə b

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Parkinson xəstəliyini qoxlayaraq aşkarlayan qadın tibbdə inqilab yarada b

Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bölgələrdə ot bahalaşıb. İsmayıllıdan olan fermerlər bildirirlər ki,

Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd ol

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan de

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edi

İspaniya Azərbaycanla investisiya əməkdaşlığını möhkəmləndirmək niy
