Qoxlayaraq xəstəliyi tapır Başqa ölkələrdən minlərlə geyinilmiş
Digərləri 01 Apr 2025 11:20:00 74 0
Parkinson xəstəliyini qoxlayaraq aşkarlayan qadın tibbdə inqilab yarada bilər.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz olmayacaq
Son.az xarici mətbuata istinadla xəbər verir ki, Parkinson xəstəliyi dünyada ən sürətlə yayılan nevroloji xəstəliklərdən biridir və erkən diaqnozun çətinliyi müalicəni çətinləşdirir. Adətən neyronların böyük hissəsi məhv olduqdan sonra aşkar edilən xəstəlik tədqiqatçılar tərəfindən yeni yanaşmalarla daha erkən mərhələdə müəyyən edilə bilər. Şotlandiyalı Joy Milne-in kəşfi bu istiqamətdə mühüm dönüş nöqtəsidir.
Dundee şəhərində böyüyən Milne uşaqlıqdan kəskin iybilmə qabiliyyətinə sahib olduğunu anlayıb. Daha sonra o, tibbi qoxulara dair biliklərini inkişaf etdirərək, müxtəlif xəstəliklərin vücud qoxusunda yaratdığı dəyişiklikləri müəyyən etməyə başlayıb. Ən böyük uğuru isə Parkinson xəstəliyinin unikal iy spektrini tanımaq olub.
2015-ci ildə həyat yoldaşı Les-in Parkinsondan vəfat etməsindən sonra Milne ərinin xəstəlik diaqnozundan 17 il əvvəl vücudunun iyində dəyişiklik hiss etdiyini açıqlayıb. O, Parkinsonun özünəməxsus iy profilinə sahib olduğunu vurğulayıb.
Milne-in fərqli hissiyyatı tibb dünyasında maraq doğurub və o, Mançester Universitetində kimyaçı professor Perdita Barran ilə əməkdaşlığa başlayıb. Onların birgə araşdırmaları, Parkinson xəstələrinin dərilərində xəstəliyin erkən əlamətlərini müəyyən edə biləcək bioloji göstəriciləri ortaya çıxarıb. İy testlərinin təsdiqlənməsi üçün Milne müxtəlif ölkələrdən Parkinson xəstələrinə aid köhnə geyimləri qoxlayaraq diaqnoz qoymağa çalışıb və uğurlu nəticələr əldə edib.
Tədqiqatlar göstərir ki, sadə qoxu testi ilə Parkinson xəstəliyinin erkən diaqnozu mümkün ola bilər. Bu üsulun klinik sınaqları ilin sonuna qədər Mançester-dəki "Wythenshawe" Xəstəxanasında aparılacaq.
Həmçinin, tədqiqatçılar itləri müxtəlif xəstəlikləri qoxu vasitəsilə aşkarlamaq üçün öyrətməyi planlaşdırır. Xüsusilə "Peanut" adlı qızıl retriver və Labrador qarışığı Milne-in iy qabiliyyətinə yaxın nəticələr göstərib. Alimlər gələcəkdə süni intellekt və elektron burun texnologiyalarının da bu prosesə qoşulacağını düşünürlər.
Tibb sahəsində dərc olunan araşdırmalara görə 2050-ci ilə qədər dünya üzrə Parkinson xəstələrinin sayı 2021-ci illə müqayisədə 112% artaraq 25,2 milyona çata bilər. Xəstəliyin yayılma sürətinin əsas səbəbləri qlobal yaşlanma və əhali artımıdır. Xüsusilə, Şərqi Asiyada 10,9 milyon, Cənubi Asiyada isə 6,8 milyon xəstənin olacağı proqnozlaşdırılır.
İsmayıl Son.az
Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Bölgələrdə ot bahalaşıb. İsmayıllıdan olan fermerlər bildirirlər ki,

Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd ol

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan de

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edi

İspaniya Azərbaycanla investisiya əməkdaşlığını möhkəmləndirmək niy

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün səhər saatlarına

Çin Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhk

Rusiyada aprelin 1-dən xarici lisenziya ilə avtomobil idarə etmək mümkün o

İran prezidenti Məsud Pezeşkianın xarici siyasət məsələləri üzrə mü�
