Bu gün Ümumdünya Gülüş Günüdür


Digərləri 01 Apr 2025 10:46:00 65 0

Bu gün Ümumdünya Gülüş Günüdür

Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunur.

Son.az xəbər verir ki, 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqqında müxtəlif versiyalar var.

Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.

Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.

Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı günü" də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda, Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.

Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxadan öncəki dövr yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bunun zarafatyana bir tədbir olduğu qeyd edilib.

Tezliklə bu ənənə bütün dünyada o cümlədən Azərbaycanda yayıldı. Düzdür bu gün hamı çalışır aldanmasın, amma yenə də aldananlar da olur.

Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat xarakterli dərc olunan xəbərlər güldürsə də, kimlərsə gülüş üçün yayımlanan xəbərlərə xeyli ciddi reaksiyalar verir. Bu tendensiya ən çox xarici KİV-də öz əksini tapır./Bizim.Media 

Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdi like
  • 01 Apr 10:40  
Dünya Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdi

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan de

arrow Ətraflı
Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır like
  • 01 Apr 10:34  
Digərləri Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edi

arrow Ətraflı
İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır like
  • 01 Apr 10:29  
Digərləri İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır

İspaniya Azərbaycanla investisiya əməkdaşlığını möhkəmləndirmək niy

arrow Ətraflı
BakıNaxçıvan reysi gecikdi like
  • 01 Apr 10:16  
Digərləri BakıNaxçıvan reysi gecikdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün səhər saatlarına

arrow Ətraflı
Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb like
  • 01 Apr 10:11  
Dünya Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb

Çin Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

arrow Ətraflı
Hakimlə prokurorun adından da pul alıbmış  Sabiq Bələdiyyə sədrinin daha bir cinayəti like
  • 01 Apr 10:05  
Digərləri Hakimlə prokurorun adından da pul alıbmış Sabiq Bələdiyyə sədrinin daha bir cinayəti

Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhk

arrow Ətraflı
Bu gündən bu şəxslərin sürücülük vəsiqəsi etibarsız sayılır  Rusiyada like
  • 01 Apr 10:00  
Dünya Bu gündən bu şəxslərin sürücülük vəsiqəsi etibarsız sayılır Rusiyada

Rusiyada aprelin 1-dən xarici lisenziya ilə avtomobil idarə etmək mümkün o

arrow Ətraflı
Pezeşkianın müşaviri Azərbaycana gəldi like
  • 01 Apr 09:54  
Siyasət Pezeşkianın müşaviri Azərbaycana gəldi

İran prezidenti Məsud Pezeşkianın xarici siyasət məsələləri üzrə mü�

arrow Ətraflı
Tətil günlərində 11 nəfərin meyiti tapılıb  FHN like
  • 01 Apr 09:49  
Digərləri Tətil günlərində 11 nəfərin meyiti tapılıb FHN

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhl

arrow Ətraflı
Azərbaycanda iki valyuta UCUZLAŞDI  RƏSMİ like
  • 01 Apr 09:43  
Digərləri Azərbaycanda iki valyuta UCUZLAŞDI RƏSMİ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

arrow Ətraflı
Bakıda sərxoş sürücü ölümə səbəb oldu like
  • 01 Apr 09:38  
Digərləri Bakıda sərxoş sürücü ölümə səbəb oldu

Bakıda sərxoş sürücü piyadanı vuraraq ölüdürüb.

arrow Ətraflı
Aprelin ən şanslı ÜÇ BÜRCÜ: Sevgi, zənginlik və... like
  • 01 Apr 09:31  
Digərləri Aprelin ən şanslı ÜÇ BÜRCÜ: Sevgi, zənginlik və...

Aprel bəzi bürclər üçün inanılmaz dərəcədə şanslı olacaq. Onlar hə

arrow Ətraflı