İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır
Digərləri 01 Apr 2025 10:29:00 65 0
İspaniya Azərbaycanla investisiya əməkdaşlığını möhkəmləndirmək niyyətindədir və "Bumeranq-model" konsepsiyası təklif edir.
Bu xəbəri də oxu: II Nikolayın "nəvəsi" saxlanıldı
Bunu İspaniyanın İqtisadiyyat, Ticarət və Sahibkarlıq Nazirliyinin ticarət üzrə dövlət katibi Amparo Lopes Senovilya martın 11-də Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
İspan dövlət katibi qeyd edib ki, bu çoxdan gözlənilən səfər Azərbaycan və İspaniya arasında münasibətlərin dərinləşməsi üçün unikal bir fürsət olub.
"Mən əminəm ki, bizim əməkdaşlığı inkişaf etdirməyimiz üçün müstəsna perspektivlərimiz var. Ticarət tərəfdaşlığı ilə yanaşı, bizim ümumi dəyərləri, meyilləri və tamamlayıcılığı əks etdirən biznes-tərəfdaşlığın üzvləri olaraq əməkdaşlığımızın möhkəmləndirilməsini son dərəcə vacib hesab edirəm".
Senovilyanın sözlərinə görə, digər tərəfdən, Azərbaycan son illər irimiqyaslı layihələr gerçəkləşdirir və karbonsuzlaşdırma istiqamətində ambisiyalı kurs götürüb.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün son dərəcə mühüm olan enerji infrastrukturunun inkişafında aparıcı rol oynayıb və Orta dəhlizin inkişafında əhəmiyyətli uğurlara nail olub. Xəzər-Avropa "yaşıl" enerji dəhlizi, Orta qaz dəhlizi kimi təşəbbüslər onu karbonsuzlaşdırma səylərində Avropanın mühüm strateji tərəfdaşlarından birinə çevirib.
Digər tərəfdən, İspaniya Avropa İttifaqının ən iri və ən sürətlə inkişaf edən iqtisadiyyatlarından sayılır. Bizim ölkə bərpa olunan enerji, infrastruktur, nəqliyyat və rəqəmsallaşdırma kimi sferalarda dünya lideridir. Bizim coğrafi mövqeyimiz və tarixi əlaqələrimiz hesabına İspaniya Afrika və Latın Amerikası ilə biznesin aparılması üçün ideal platformadır. Biz Azərbaycanla bu və digər sahələrdə möhkəm tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə can atırıq", - deyə o bildirib.
İspaniyanın ticarət üzrə dövlət katibi, həmçinin, cari səfər çərçivəsində Azərbaycan Respublikası və İspaniya Krallığı arasında strateji iqtisadi əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladıb.
"Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və İspaniya arasında müvafiq institutlar arasında qarşılıqlı əməkdaşlığı və müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasını əhatə edən bütün strateji iqtisadi sahələrdə əməkdaşlığa dəstək verməkdir. Biz investisiyaları, kapitalın, malların və xidmətlərin hərəkətini təşviq edəcəyik. Azərbaycan İqtisadiyyat Nazirliyi və mənim təmsil etdiyim İspaniyanın İqtisadiyyat, Ticarət və Sahibkarlıq Nazirliyi arasında mühüm məsələlərin müzakirəsi üçün çox faydalı olacaq Strateji İqtisadi Dialoq təsis edilib", - deyə Senovilya qeyd edib.
İspaniyalı məmurun fikrincə, İspaniya və Azərbaycan arasındakı cari ticarət əlaqələri (2022-ci ildə ikitərəfli ticarət dövriyyəsi bir milyard avronu ötsə də, növbəti illərdə bu göstərici aşağı düşüb) öz həqiqi potensialından çox uzaqdır. Azərbaycan həm Avropa və Asiyanı birləşdirən logistik qovşaq kimi, həm də enerji təhlükəsizliyi məsələlərində mühüm tərəfdaş və mütəffiq olaraq İspaniyanın strateji tərəfdaşıdır.
"Energetika gələcəkdəki iqtisadi münasibətlərimizdə hər iki ölkədə yaşıl keçidlə bağlı əsas istiqamət olaraq qalmalıdır. Azərbaycan hökumətinin karbonsuzlaşdırma planlarına mükəmməl şəkildə uyğun gələn, bərpa olunan enerji sahəsində rəqabətədavamlı ispan şirkətləri mövcuddur. Kənd təsərrüfatı sənayesi də maraq doğurur, bunu AGRAGEX-in (İspaniyanın Kənd Təsərrüfatı Texnikası və Aqrar Resursların İxracatçıları Assosiasiyası) nümayəndələrinin Azərbaycana son səfəri sübut edib. Dəmir yolu nəqliyyatı, su təmizləmə, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahələrində İspaniya şirkətləri yüksək nailiyyətlər əldə ediblər və Azərbaycanda böyük layihələri həyata keçirməyə hazırdır. Şəhərlərin inkişafı - Qarabağ bölgəsinin bərpası prosesinə mükəmməl şəkildə uyğun olan daha bir güclü sahəmizdir", - deyə İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi bəyan edib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün səhər saatlarına

Çin Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhk

Rusiyada aprelin 1-dən xarici lisenziya ilə avtomobil idarə etmək mümkün o

İran prezidenti Məsud Pezeşkianın xarici siyasət məsələləri üzrə mü�

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhl

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Aprel bəzi bürclər üçün inanılmaz dərəcədə şanslı olacaq. Onlar hə

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı

Keçən həftəsonu Dubayda itkin düşən və "Only fans" modeli Mari

Milyarder Roman Abramoviçin böyük oğlu, 31 yaşlı Arkadi həyat yoldaşı M

Bürclərin düşüncəliliyi (başqalarını anlamaq, empatiya qurmaq və məsu
