Boşanmış ər arvadın mənzildən çıxara bilərmi? – Ali Məhkəmənin qərarı


Digərləri 01 Apr 2025 11:28:00 47 0

Boşanmış ər arvadın mənzildən çıxara bilərmi? – Ali Məhkəmənin qərarı

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi mülkiyyət hüquqi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

Son.az xəbər verir ki, işin hallarına görə, tərəflər keçmiş ər-arvad olub, nikahları 2018-ci ildə pozulub. Mübahisə cavabdehin (arvadın) fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə 1/2 payla iddiaçının (ərin), 1/2 payla cavabdehin, fərdi yaşayış evi isə tam payla iddiaçının adına qeydə alınıb. 

Hazırda iddiaçı cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair iddia qaldırıb. Birinci instansiya məhkəməsinin qərarı ilə  iddiaçının 8000 manat kompensasiya ödəməsi müqabilində cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, göstərilən kompensasiya ödənildikdən sonra cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması qət edilib. Bundan sonra cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib, birinci cavabdehin fərdi yaşayış evinə olan istifadə hüququna iddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi və onun fərdi yaşayış evindən çıxarılması qət edilib. 

Lakin cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, ona 25000 manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməklə evdən çıxarılmağına dair qərar qəbul edilməsini, bu mümkün olmadıqda isə işin hərtərəfli və obyektiv araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş edib. 

Ali Məhkəmənin mövqeyi: 

İşə baxmış aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməli olması qənaətinə gəliblər. Bu mövqe ilə razılaşmayan kassasiya kollegiyası bildirib ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev  onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısı ilə də onlar vahid daşınmaz əşya hesab edilir. 

Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilib ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir. Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var like
  • 01 Apr 11:23  
Digərləri Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

arrow Ətraflı
Qoxlayaraq xəstəliyi tapır  Başqa ölkələrdən minlərlə geyinilmiş like
  • 01 Apr 11:20  
Digərləri Qoxlayaraq xəstəliyi tapır Başqa ölkələrdən minlərlə geyinilmiş

Parkinson xəstəliyini qoxlayaraq aşkarlayan qadın tibbdə inqilab yarada b

arrow Ətraflı
Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub  QMİ like
  • 01 Apr 11:15  
Digərləri Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub QMİ

Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub.

arrow Ətraflı
İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib  FOTO like
  • 01 Apr 11:13  
Siyasət İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Ot bahalaşdı, bəs ətin qiyməti? like
  • 01 Apr 10:50  
Digərləri Ot bahalaşdı, bəs ətin qiyməti?

Bölgələrdə ot bahalaşıb. İsmayıllıdan olan fermerlər bildirirlər ki,

arrow Ətraflı
Bu gün Ümumdünya Gülüş Günüdür like
  • 01 Apr 10:46  
Digərləri Bu gün Ümumdünya Gülüş Günüdür

Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd ol

arrow Ətraflı
Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdi like
  • 01 Apr 10:40  
Dünya Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdi

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan de

arrow Ətraflı
Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır like
  • 01 Apr 10:34  
Digərləri Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edi

arrow Ətraflı
İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır like
  • 01 Apr 10:29  
Digərləri İspaniya Azərbaycanla investisiya əlaqələrini genişləndirməyə can atır

İspaniya Azərbaycanla investisiya əməkdaşlığını möhkəmləndirmək niy

arrow Ətraflı
BakıNaxçıvan reysi gecikdi like
  • 01 Apr 10:16  
Digərləri BakıNaxçıvan reysi gecikdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün səhər saatlarına

arrow Ətraflı
Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb like
  • 01 Apr 10:11  
Dünya Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb

Çin Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

arrow Ətraflı
Hakimlə prokurorun adından da pul alıbmış  Sabiq Bələdiyyə sədrinin daha bir cinayəti like
  • 01 Apr 10:05  
Digərləri Hakimlə prokurorun adından da pul alıbmış Sabiq Bələdiyyə sədrinin daha bir cinayəti

Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhk

arrow Ətraflı
Bu gündən bu şəxslərin sürücülük vəsiqəsi etibarsız sayılır  Rusiyada like
  • 01 Apr 10:00  
Dünya Bu gündən bu şəxslərin sürücülük vəsiqəsi etibarsız sayılır Rusiyada

Rusiyada aprelin 1-dən xarici lisenziya ilə avtomobil idarə etmək mümkün o

arrow Ətraflı