Evini təmir etdirmək istəyənlərə vacib xəbər
Digərləri 31 Mar 2025 21:09:00 64 0
Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri böyük səs-küy narahatlığa və əsəb gərginliyinə səbəb olur. Əslində, bu məsələ kifayət qədər qlobaldır. Dünyanın bir çox ölkələrində də təmir işlərindən narazı olan, mübahisələr yaşayan sakinlər var. Ona görə də həmin ölkələr yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qanunlar müəyyənləşdiriblər.
Bu xəbəri də oxu: Vəfat edən 20 yaşlı Nüşabə rəssam imiş VİDEO
Bəs bizdə bu problem necə həll edilir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, vətəndaşların bu məsələdə hüquqları olduğu kimi vəzifələri də var:
"Hər bir vətəndaş öz mülkiyyətində təmir aparmaq, dəyişikliklər etmək hüququna malikdir. Lakin bunu edərkən, qonşu, yaxın və ətraf mühitin təhlükəsizliyi, asayişin qorunması birbaşa vətəndaşın vəzifəsidir. Yəni hüquqlarla bərabər, vəzifələr də mövcuddur. Bu baxımdan, əgər hər hansı bir təmir işini şirkətlər aparırsa, o zaman Fövqəladə Hallar Nazirliyinin tikinti təhlükəsizliyinə nəzarət qurumu tikinti və təmir işlərinin təhlükəsizliyinə cavabdehdir. Bu məsələdə bir çox hallarda inzibati məsuliyyət nəzərdə tutulur".
Vüqar Oruc qeyd edib ki, binaların idarəsi ilə məşğul olan qurumların daxili əsasnaməsi əsasında təmir və tikinti işlərinin icrası tənzimlənir:
"Əgər vahid bir bina daxilində təmir işləri aparılırsa, həmin binada münasibətləri və hüququ tənzimlənməyən təşkilatlar var. Məlum olduğu kimi, MTK binanı tiktikdən sonra idarəetmə hüququnu müvafiq MMC-lərə verir. Həmin MMC-lər binanın idarəsini təşkil edir. Yaxud bu iş üçün sakinlərin özləri qurum yaradırlar. Həmin qurumların əsasnaməsində məhz hər bir bina sakininin hüquqlarının qorunması, asayişin təmin olunması, öz mənzilində yaşayış üçün lazım olan bütün şərtlərin ödənilməsi öhdəlikləri mövcuddur. Əgər həmin öhdəliklər pozulursa, müvafiq qaydada ilk növbədə xəbərdarlıq olunur. Daha sonra isə digər hüquqi vasitələrə əl atılır ki, şikayət edən tərəfin hüquqları təmin olunsun. Adətən səhər saatlarında təmir işlərinin aparılması qadağan olunur. Gün boyu isə təmir işlərinin aparılması mümkündür. Bunu təbii ki, binanın komendantı və müvafiq strukturlar təmin edir. Təmirin yalnız icazə verilən saatlarda aparılmasını tövsiyə edirlər". Son.az
Xalq artisti Faiq Ağayev "atasız qızı oğluma almaram" deyən Niga

Biz, Qərbi Azərbaycan İcması olaraq, Almaniya Federativ Respublikasına məx

İsrailin baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və m�

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında konsert verən tür

"Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taks

Sumqayıtda yanğın hadisəsi baş verib.

Əməkdar artist Dilarə Əliyeva müğənni İzzət Bağırovla İzmir səfəri

"Volodimir Zelenski ABŞ və Ukrayna arasında nadir torpaq mineralları il

Bolluq və bərəkət cəlb etmək üçün ənənəvi metodlar

İtaliyanın paytaxtı Romada "Tesla" dilerində (satış nöqtəsind�

Əməkdar artist Nüşabə Ələsgərli "Leyli və Məcnun"u cavanlar

Dünyanın aparıcı sosial media şirkətinin qurucusu Mark Zukerberq ictimaiyy

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyə

Müasir texnologiya və süni intellekt dövründə "OpenAI" şirkəti
