Yerin fırlanmasından limitsiz enerji əldə etmək mümkündürmü?
Digərləri 30 Mar 2025 14:41:00 72 0
Yerin maqnit sahəsi və fırlanma hərəkətindən enerji əldə etməyi hədəfləyən yeni tədqiqat geofiziki enerji tutma sahəsində inqilabi bir addım kimi qiymətləndirilir.
Bu xəbəri də oxu: Bəzi rayonlara leysan xarakterli yağış yağır FAKTİKİ HAVA
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ABŞ-da çalışan bir qrup fizik Yer kürəsinin fırlanma enerjisindən elektrik istehsal etmək üçün planetin maqnit sahəsi ilə qarşılıqlı təsirə girən xüsusi bir cihaz hazırlayıb və bu prosesin mümkünlüyünü sübut edən eksperimental nəticələr təqdim edib. "Physical Review Research" jurnalında yayımlanan bu araşdırma geofiziki enerji potensialına dair mövcud nəzəriyyələri dəyişdirə biləcək gücə malikdir.
Alimlər uzun illərdir Yer kürəsinin nəhəng fırlanma hərəkətinin istifadəyə yararlı enerji mənbəyinə çevrilə biləcəyini müzakirə edirlər. Planetin öz maqnit sahəsi boyunca dönməsi elektromotor qüvvə adlı bir təsir yarada bilər ki, bu da elektrik istehsalını mümkün edə bilər. Lakin bu nəzəriyyəni praktik olaraq reallaşdırmağa çalışan əvvəlki cəhdlər uğursuz olmuşdu.
Tədqiqatı həyata keçirən üç alim - Prinston Universitetindən Kristofer Çayba, Jet Propulsion Laboratory-dən Kevin Hand və Spectral Sensor Solutions-dan Tomas Çayba bu problemin nəzəriyyədə deyil, eksperimentlərdə gizləndiyini bildirirlər. Onların məqsədi bu mexanizmi izolyasiya edərək, xarici dəyişənlərin təsirini minimuma endirmək və enerjinin itməsi ehtimalını aradan qaldırmaq olub.
Tədqiqat qrupu zəif keçirici xüsusiyyətləri ilə tanınan manqan-sink ferrit materialından hazırlanmış silindrik bir cihaz hazırlayıb. Cihaz şimal-cənub oxu boyunca hizalanmış və 57 dərəcəlik bir bucaq altında yerləşdirilmişdir. Bu düzülüş onun həm Yer kürəsinin fırlanma trayektoriyasına, həm də maqnit sahəsinin xətləri ilə perpendikulyar (dik) olmasına imkan verib.
Cihazın hər iki ucuna elektrodlar yerləşdirilib və potensial fərqləri ölçmək üçün xüsusi detektorlar istifadə edilib. Xarici işıq mənbələri və fotoelektrik müdaxilələr aradan qaldırıldıqda, cihazda 18 mikrovolt gücündə sabit bir gərginlik qeydə alınıb. Bu enerji həcmi texnoloji tətbiqlər üçün kifayət qədər az olsa da, tədqiqatçılar bu metodun böyük miqyasda inkişaf etdirilə biləcəyi və effektiv mexanizmlərlə təkmilləşdirildiyi təqdirdə "limitsiz enerji" əldə etməyə imkan verə biləcəyini düşünürlər.
Hazırda əldə edilən enerji miqdarı çox kiçik olsa da, bu kəşf Yerin maqnit sahəsi və fırlanmasından enerji istehsal etməyin ilk real addımı hesab edilir. Gələcəkdə bu metod genişləndirilib inkişaf etdirilərsə, enerji istehsalı sahəsində yeni bir dövrün başlanğıcı ola bilər. Bununla belə, bu elmi irəliləyişin daha əvvəl "limitsiz enerji" üzərində çalışan və müəmmalı şəkildə yoxa çıxan alimlərin taleyi ilə eyni aqibətlə qarşılaşıb-qarşılaşmayacağı isə zamanla aydınlaşacaq.
İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a ç

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlə

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 s�

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirl�

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb

Almaniyanın Şimal dənizindəki Vanqeroqe adası görünməmiş kadr böhranı

Antarktidadakı SANAE IV tədqiqat bazasında alimlər arasında yaranan gərgin

Aktrisa Ülviyyə Xalinbəyovanın başına maraqlı hadisə gəlib.

Lori Santos - "Harvard" Universitetində təhsil almış xoşbəxtlik

İran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiyada yerləşən AB

Arxeoloqlar Çində apardıqları qazıntılar zamanı misli görünməmiş bir

Əgər həyatınıza bir məqsəd tapmaqda çətinlik çəkirsinizsə, tək deyi

Xəbər verdiyimiz kimi "Starlink" genişzolaqlı peyk internet xidmə

Martın 31-də gözlənilən hava proqnozu açıqlanıb.
