Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş


Digərləri 30 Mar 2025 13:07:00 84 0

Daha xoşbəxt yaşamaq üçün gündə 20 dəqiqədən az vaxt aparan 3 vərdiş

Lori Santos - "Harvard" Universitetində təhsil almış xoşbəxtlik üzrə ekspert

İnsanların əksəriyyəti onları nəyin xoşbəxt etdiyini düzgün proqnozlaşdıra bilmir...

İnsanlar çox zaman daha yüksək maaşlı işin və ya vəzifə artımının onlara sevinc və məmnunluq gətirəcəyini düşünür. Əgər insan kirayə haqqını ödəməkdə çətinlik çəkirsə, bu müəyyən qədər doğrudur. Lakin rahat yaşamağa kifayət edən gəlir varsa, o zaman gündəlik həyata sağlam yanaşmanı təmin edən kiçik vərdişlər - istirahət və sosial əlaqə kimi amillər - daha çox xoşbəxtlik gətirə bilər. Santos bu fikirləri 12 mart tarixində "SXSW" festivalı çərçivəsində keçirilən "Tom Neş ilə sonuncu yemək" adlı müsahibə seriyasında səsləndirib.

"Yel" Universitetinin psixologiya professoru olan Santos əlavə edib ki, daha çox pul qazanmaq və ya karyera hədəflərinə çatmaq üçün yuxudan, idmandan və yaxın insanlarla keçirdiyiniz vaxtdan imtina etmək xoşbəxtliyə mənfi təsir göstərir. Onun fikrincə, xoşbəxtliyə daha sürətli çatmaq və onu uzunmüddətli saxlamaq üçün həyatın bu əsas sahələrinə önəm verilməlidir.

"Mal-mülk şöhrət və ya iş yerində əldə olunan mükafatlar... Biz düşünürük ki, məhz bunlar bizi irəli aparacaq", - deyə Santos bildirib. "Lakin çox zaman bu məqsədləri elə şeylərdən imtina edərək əldə etməyə çalışırıq ki, onlar əslində bizim üçün daha vacibdir."

2022-ci ildə "Journal of Personality and Social Psychology" jurnalında dərc olunmuş meta-analiz göstərib ki, sosial, emosional və fiziki sağlamlıqla bağlı məqsədlər, başqalarının təqdirinə əsaslanan uğurlardan daha çox rifaha təsir edir.

Lori Santos xoşbəxtliyi artırdığı elmi şəkildə sübut olunmuş üç sadə vərdişi təqdim edib:

Minnətdarlıq hissi ilə yaşamaq

Araşdırmalar göstərir ki, minnətdar olduğunuz şeyləri - məsələn, başınızın üstündə bir damın olması, etibarlı münasibətlər və ya zövq aldığınız bir hobbi - yazmaq həm xoşbəxtliyi, həm də fiziki sağlamlığı artırır.

2023-cü ildə təqdim olunan "Gənclər üçün rifah elmi" adlı onlayn kursda Santos bildirib ki, minnətdarlıq gündəliyini davamlı aparmaq zamanla daha çox fayda verir. "Tvente" Universiteti və "Şərqi Vaşinqton" Universitetinin psixoloqları tərəfindən aparılmış 2020-ci il araşdırmasına görə, gündə 15 dəqiqə, həftədə 5 gün və 6 həftə ərzində minnətdarlıq praktikası insanın psixi sağlamlığını yaxşılaşdırır.

Digər tədqiqatlar bu vərdişin stressi azaltdığını, zehni aydınlığı artırdığını, münasibətləri və yuxunu yaxşılaşdırdığını göstərir. Əgər gündəlik yazmaq sizə uyğun deyilsə, minnətdarlığı təşəkkür məktubları yazmaq, yad insanların kiçik xoş niyyətlərini müşahidə etmək və ya sizə göstərilən yaxşılıqları xatırlamaq kimi yollarla da tətbiq edə bilərsiniz.

Gecə yuxusunu artırmaq - gündəlik cəmi 20 dəqiqə belə kifayətdir

İran Vaşinqtonu ABŞBritaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib like
  • 30 Mar 12:55  
Dünya İran Vaşinqtonu ABŞBritaniya hərbi dəniz bazasına zərbə endirməklə hədələyib

İran ABŞ-ın istənilən hücumuna cavab olaraq Dieqo Qarsiyada yerləşən AB

arrow Ətraflı
İpək Yolunun "qırmızı şahzadəsi": 2 min illik sirli ənənə like
  • 30 Mar 12:44  
Dünya İpək Yolunun "qırmızı şahzadəsi": 2 min illik sirli ənənə

Arxeoloqlar Çində apardıqları qazıntılar zamanı misli görünməmiş bir

arrow Ətraflı
Peşmanlıqlarınızı mənalı həyata necə çevirə bilərsiniz? like
  • 30 Mar 12:35  
Digərləri Peşmanlıqlarınızı mənalı həyata necə çevirə bilərsiniz?

Əgər həyatınıza bir məqsəd tapmaqda çətinlik çəkirsinizsə, tək deyi

arrow Ətraflı
“Starlink” bizə nə qazandıracaq?  ARAŞDIRMA like
  • 30 Mar 12:22  
Digərləri “Starlink” bizə nə qazandıracaq? ARAŞDIRMA

Xəbər verdiyimiz kimi "Starlink" genişzolaqlı peyk internet xidmə

arrow Ətraflı
Sabah Bakıda 24, rayonlarda 26 dərəcə isti olacaq like
  • 30 Mar 12:15  
Digərləri Sabah Bakıda 24, rayonlarda 26 dərəcə isti olacaq

Martın 31-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Hüqo Qevara Azərbaycan xalqını Ramazan bayramı ilə bağlı təbrik edib like
  • 30 Mar 12:10  
Siyasət Hüqo Qevara Azərbaycan xalqını Ramazan bayramı ilə bağlı təbrik edib

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Ramazan bayramı m�

arrow Ətraflı
"Şahane hayatım"dan sonra bu seriala çəkilir like
  • 30 Mar 11:58  
Şou-biznes "Şahane hayatım"dan sonra bu seriala çəkilir

Türkiyəli aktyor Yiğit Özşenerin yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Mingəçevirdə evdən 71 yaşlı qadının meyiti aşkarlanıb like
  • 30 Mar 11:52  
Digərləri Mingəçevirdə evdən 71 yaşlı qadının meyiti aşkarlanıb

Mingəçevirdə yaşadığı evdən 71 yaşlı qadının meyiti aşkarlanıb.

arrow Ətraflı
"Fransa Çin və Rusiyaya qarşı yeni strateji mövqe qurmağa çalışır" like
  • 30 Mar 11:49  
Dünya "Fransa Çin və Rusiyaya qarşı yeni strateji mövqe qurmağa çalışır"

Fransa Özbəkistanla əməkdaşlığını dərinləşdirərək Çin və Rusiyay

arrow Ətraflı
İlon Mask "insanlıq yox olur" deyir: Bəs elm buna nə cavab verir? like
  • 30 Mar 11:36  
Dünya İlon Mask "insanlıq yox olur" deyir: Bəs elm buna nə cavab verir?

Milyarder İlon Mask son müsahibəsində Marsda bir şəhər qurmağın insan s

arrow Ətraflı
Gənc qalmağın SİRRLƏRİ like
  • 30 Mar 11:23  
Digərləri Gənc qalmağın SİRRLƏRİ

Gənc qalmaq dövrümüzdə xüsusilə qadınların əsas axtarışında olduğu

arrow Ətraflı
"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür? like
  • 30 Mar 10:55  
Digərləri "Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?

İllərdir "mavi bölgələr" adlanan ərazilər burada yaşayan insan

arrow Ətraflı
Dünyada baş verən ən güclü zəlzələlər  SİYAHI like
  • 30 Mar 10:44  
Dünya Dünyada baş verən ən güclü zəlzələlər SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ b

arrow Ətraflı
Suriyada yeni hökumət açıqlandı  İlk və tək qadın nazir odur like
  • 30 Mar 10:32  
Dünya Suriyada yeni hökumət açıqlandı İlk və tək qadın nazir odur

Suriya lideri Əhməd əl-Şaraa ölkədə yeni hökumətin formalaşdığını

arrow Ətraflı