Dərin kosmosdan trilyon dollarlıq sərvət: Asteroid mədənləri dünyanı necə dəyişəcək?


Digərləri 30 Mar 2025 11:09:00 83 0

Dərin kosmosdan trilyon dollarlıq sərvət: Asteroid mədənləri dünyanı necə dəyişəcək?

30 il əvvəl BBC-nin "Sabahın Dünyası" adlı elmi proqramı 2025-ci ildə dünyanın necə olacağı ilə bağlı bir sıra proqnozlar vermişdi. Bu proqnozlar arasında asteroid mədənçiliyinin artıq başlamış olacağı da iddia edilirdi. Hərçənd bu hələ gerçəkləşməsə də, bəzi yeni şirkətlər bu texnologiyanın düşündüyümüzdən daha yaxın bir gələcəkdə mümkün olacağına inanır.

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Kaliforniyada yerləşən "AstroForge" şirkəti bu sahədə ilk olacaqlarına inanır və artıq ilk addımlarını atıb. Şirkət 27 fevral 2025-ci ildə Floridadakı Kennedi Kosmik Mərkəzindən "SpaceX Falcon 9" raketi ilə 6,5 milyon dollarlıq pilotsuz kosmik aparatını orbitə göndərib. Təxminən doqquz gün sonra "AstroForge" "Odin" adını verdiyi bu aparatın planlaşdırıldığı kimi Ayın kənarına, dərin kosmosa doğru irəlilədiyini açıqlayıb.

Lakin şirkət ciddi rabitə problemləri ilə üzləşdi və aparatla əlaqəni bərpa etmək üçün cəhdlərini davam etdirir. "Odin" missiyasının əsas məqsədi Yerdən təxminən 8 milyon kilometr uzaqlıqdakı 2022 OB5 asteroidini tədqiq etmək və onun tərkibini analiz etməkdir.

Şirkətin şüarı "Tez hərəkət et və qayaları parçala"dır. "AstroForge"un təsisçisi Mett Gialiş bu çətinliklərə baxmayaraq nikbindir. O bildirib ki, missiya bir çox texniki maneələrlə qarşılaşacağını əvvəlcədən bilirdi və hər şey plana uyğun getməsə belə, çox şey öyrəndiklərini düşünür.

Dəyərli metallar və kosmik iqtisadiyyat

Gələn il daha bir buraxılış planlaşdıran "AstroForge"un əsas məqsədi Yerdə bahalı və çətin çıxarılan platin qrupuna aid metalları asteroidlərdən əldə etməkdir. Bu metallar xüsusilə yanacaq elementləri və bərpa olunan enerji texnologiyalarında mühüm rol oynayır. Alimlər hesab edirlər ki, bu metalları Yer üzərində çıxarmaq həm ekoloji, həm də sosial və geosiyasi baxımdan getdikcə çətinləşir.

Gialiş yaxın 10 il ərzində müxtəlif asteroidlərdən əvvəlcə qramlarla, sonra isə kiloqramlarla metal çıxarmağı planlaşdırdıqlarını deyib. Onun sözlərinə görə, ilkin mərhələdə əldə edilən metallar kommersiya məqsədli olmayacaq, lakin sonrakı mərhələlərdə bu istiqamətdə addımlar atıla bilər. Məsələn, cəmi 1 kiloqram rodiumun qiyməti hazırda 183 min dollara bərabərdir.

Buna baxmayaraq, bəzi mütəxəssislər asteroidlərdən əldə edilən metalları Yerə qaytarmağın səmərəliliyini və bunun ətraf mühitə təsirlərini sual altına alır. Kolorado Mədənçilik Məktəbindən İan Lanj asteroid mədənçiliyinin qarşısında texnoloji maneələrin hələ tam bilinmədiyini qeyd edir. O vurğulayır ki, Yer cazibə qüvvəsi olmadan metalları çıxarmaq və emal etmək çox daha çətin olacaq.

"Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür? like
  • 30 Mar 10:55  
Digərləri "Mavi bölgələr"də yaşayan insanlar həqiqətən daha uzunömürlüdür?

İllərdir "mavi bölgələr" adlanan ərazilər burada yaşayan insan

arrow Ətraflı
Dünyada baş verən ən güclü zəlzələlər  SİYAHI like
  • 30 Mar 10:44  
Dünya Dünyada baş verən ən güclü zəlzələlər SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ b

arrow Ətraflı
Suriyada yeni hökumət açıqlandı  İlk və tək qadın nazir odur like
  • 30 Mar 10:32  
Dünya Suriyada yeni hökumət açıqlandı İlk və tək qadın nazir odur

Suriya lideri Əhməd əl-Şaraa ölkədə yeni hökumətin formalaşdığını

arrow Ətraflı
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi təbrik edib like
  • 30 Mar 10:25  
Siyasət Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin

arrow Ətraflı
Səudiyyə Ərəbistanının Kralı Prezidenti İlham Əliyevi təbrik edib like
  • 30 Mar 10:23  
Siyasət Səudiyyə Ərəbistanının Kralı Prezidenti İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin

arrow Ətraflı
Elm dünyasını təəccübləndirən kəşf: Köpəkbalıqları səs çıxarırmış like
  • 30 Mar 10:21  
Digərləri Elm dünyasını təəccübləndirən kəşf: Köpəkbalıqları səs çıxarırmış

Köpəkbalıqları uzun illərdir səssiz yırtıcılar kimi tanınırdı. Sən�

arrow Ətraflı
Gəncədə süpürgəçini maşın vurdu like
  • 30 Mar 10:09  
Digərləri Gəncədə süpürgəçini maşın vurdu

Gəncədə piyadanın vurulması ilə  nəticələnən yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
ABŞ Somalidə İŞİD mövqelərinə zərbə endirib like
  • 30 Mar 10:00  
Dünya ABŞ Somalidə İŞİD mövqelərinə zərbə endirib

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Somalidə İŞİD

arrow Ətraflı
Vatsap yazışmaları polis tərəfindən izlənilir?  AÇIQLAMA like
  • 30 Mar 09:50  
Digərləri Vatsap yazışmaları polis tərəfindən izlənilir? AÇIQLAMA

"WhatsApp" mesajlaşma proqramı ilə bağlı yayımış ekran görün

arrow Ətraflı
2 uşaq anası ehtiyatsızlıqdan sirkə turşusu içdi  vəziyyəti ağırdır like
  • 30 Mar 09:42  
Digərləri 2 uşaq anası ehtiyatsızlıqdan sirkə turşusu içdi vəziyyəti ağırdır

Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağ�

arrow Ətraflı
Rusiyada naməlum virus yayılır like
  • 30 Mar 09:17  
Digərləri Rusiyada naməlum virus yayılır

Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına

arrow Ətraflı
Ukraynada kosmik qüvvələr yaradıla bilər like
  • 30 Mar 09:08  
Dünya Ukraynada kosmik qüvvələr yaradıla bilər

Ukrayna Müdafiə Nazirliyi dövlət və özəl şirkətlərin, həmçinin aliml

arrow Ətraflı
Pendirin saxta olduğunu göstərən əlamətlər like
  • 30 Mar 08:59  
Digərləri Pendirin saxta olduğunu göstərən əlamətlər

Son zamanlar bazarda saxta pendirlərin artması insanlar üçün böyük təhl�

arrow Ətraflı
Pərvin Abıyevanın rəqsi müzakirə yaratdı  VİDEO like
  • 30 Mar 08:52  
Şou-biznes Pərvin Abıyevanın rəqsi müzakirə yaratdı VİDEO

Aktrisa Pərvin Abıyeva növbəti dəfə sosial şəbəkələrdə gündəm olub

arrow Ətraflı
On altı il nazir işlədi, "Jiquli" sürürdü  Sürücüsü də yox idi like
  • 30 Mar 08:42  
Digərləri On altı il nazir işlədi, "Jiquli" sürürdü Sürücüsü də yox idi

"Yaxşı xatırlayıram ki, 40 ilə yaxın müxtəlif rəhbər vəzifələr

arrow Ətraflı