On altı il nazir işlədi, "Jiquli" sürürdü Sürücüsü də yox idi


Digərləri 30 Mar 2025 08:42:00 95 0

On altı il nazir işlədi, "Jiquli" sürürdü  Sürücüsü də yox idi

"Yaxşı xatırlayıram ki, 40 ilə yaxın müxtəlif rəhbər vəzifələrdə işləmiş Qurban Əliyev yaşlı vaxtında Bakının küçələrində "Jiquli" avtomobilini özü idarə edirdi".

Bu xəbəri də oxu: Şəkərdən imtina etmək olmaz

Son.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, keçmiş təhsil naziri Misir Mərdanov bildirib.

O qeyd edib ki, martın 30-u on altı il (1971-1987) Azərbaycan SSR-in ali və orta ixtisas təhsili sisteminə bacarıqla rəhbərlik etmiş Əliyev Qurban Həsən oğlunun anım günüdür.

"Yaxşı xatırlayıram, təhsil naziri vəzifəsinə təyin olduğumdan bir il sonra Qurban Əliyev mənə zəng etdi ki, sizinlə görüşmək istəyirəm. Onunla görüş zamanı dedi ki, mən nazir vəzifəsindən azad olduqdan sonra bu binaya gəlməmişəm. Gəldim ki, sizə bəzi məsləhətlər verim". Söhbət zamanı əlavə etdi: "Nazir işlədiyim dövrdə Heydər Əliyev mənə tapşırıq vermişdi ki, hər il avqust ayının ortalarında Moskvaya gedib SSRİ ali və orta ixtisas təhsili naziri Yelyutinlə görüşüm. O, mənə söz verib ki, digər respublikalar üçün ölkənin başqa şəhərlərində təhsil almaq məqsədi ilə ayrılmış və boş qalan yerləri Azərbaycana versin. Beləliklə həmin illərdə biz 15 minə yaxın azərbaycanlı gənci keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərə bildik".

M.Mərdanov Q.Əliyevin tərcümeyi-halına da nəzər salıb:

"Qurban Həsən oğlu Əliyev 1921-ci il iyunun 22-də Rusiyanın Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. Atası Həsən kişi İrəvanda anasını təhqir etmiş rus əsgərini öldürdüyünə görə tutulub mühakimə edilərək, Uzaq Şərqə - Zabaykalye vilayətinin Çita şəhərinə sürgün edilmişdi. O, 1904-cü ildə elan olunmuş çar Manifestindən sonra azad olunur və bir müddət Zabaykalyedə yaşayır. Bu müddət ərzində Həsən böyük səylə çalışaraq geniş imkan sahibi olur və Çita şəhərinin nüfuzlu şəxslərindən biri kimi tanınır. Az sonra o, İrəvana qayıdaraq bəy nəslindən olan Göyçək Əliyeva (görkəmli dövlət xadimi Əziz Əliyevin bacısı) ilə evlənib və onu da özü ilə Çita şəhərinə aparmışdır. Sibirdə onların 13 övladı dünyaya göz açsa da, taleyin qismətindən yalnız üç uşağı (Qurban, Yusif və Məhərrəm) sağ qalmışdılar. Həsən kişi 1931-ci ildə ailəsi ilə Bakıya qayıtmışdır. Oğlu Məhərrəm bədbəxt hadisə nəticəsində həlak olmuş, Yusif İkinci Dünya Müharibəsində iştirak etmiş və Azərbaycanın müxtəlif rayonlarında həkim kimi fəaliyyət göstərmişdir.

On yaşlı Qurban Əliyev Bakıdakı 6 nömrəli məktəbdə təhsilini davam etdirmiş, 1941-ci ildə orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (İndiki Azərbaycan Tibb Universitetinə) daxil olmuşdur. 1946-cı ildə institutu bitirdikdən sonra Xızı rayonunda həkim kimi fəaliyyətə başlamışdır. Az sonra təşkilatçılıq bacarığı, idarəetmə qabiliyyəti nəzərə alınaraq həmkarlar təşkilatı sahəsində vəzifəyə irəli çəkilmiş, 1958-1961-ci illərdə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmıdır.

O, 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almış, Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasında elmi pedaqoji fəaliyyət göstərmişdir. Qurban Əliyev 1961-ci ildə 26 Bakı komissarı (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi seçilmiş, on il bu vəzifədə çalışmışdır.

Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram” like
  • 30 Mar 08:34  
Şou-biznes Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”

Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin "Axtarma m

arrow Ətraflı
Məscidlərdə bayram namazı qılınır like
  • 30 Mar 08:26  
Digərləri Məscidlərdə bayram namazı qılınır

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı q

arrow Ətraflı
Evdən çıxanda çimmək yaxşıdır, yoxsa yatmazdan əvvəl?  Həkimdən xəbərdarlıq like
  • 30 Mar 08:24  
Digərləri Evdən çıxanda çimmək yaxşıdır, yoxsa yatmazdan əvvəl? Həkimdən xəbərdarlıq

Bir çox insan səhər evdən çıxmazdan əvvəl duş qəbul etməyi üstün tu

arrow Ətraflı
Aytən Səfərova makiyajsız halda like
  • 30 Mar 08:15  
Şou-biznes Aytən Səfərova makiyajsız halda

Aparıcı Aytən Səfərova makiyajsız görüntülərini paylaşıb.

arrow Ətraflı
Təyyarə yaşayış evinə çırpıldı like
  • 30 Mar 08:03  
Dünya Təyyarə yaşayış evinə çırpıldı

ABŞ-ın Minnesota ştatında kiçik mühərrikli təyyarəsi yaşayış evinə

arrow Ətraflı
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib like
  • 30 Mar 08:02  
Siyasət Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi

arrow Ətraflı
Hollivudun məşhur aktyoru öldü like
  • 30 Mar 07:59  
Şou-biznes Hollivudun məşhur aktyoru öldü

"Basic Instinct" ("Əsas instinkt") və "S.W.A.T"

arrow Ətraflı
Tramp: Qrenlandiya 100% Amerikanın olacaq like
  • 30 Mar 07:18  
Dünya Tramp: Qrenlandiya 100% Amerikanın olacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiyanın ilhaqı təşəbbüsü

arrow Ətraflı
Xarkova zərbə endirildi  ölənlər və yaralananlar var like
  • 30 Mar 07:06  
Digərləri Xarkova zərbə endirildi ölənlər və yaralananlar var

Gecə ərzində Rusiya qüvvələri Xarkova PUA-lar vasitəsilə zərbələr end

arrow Ətraflı
2025ci ilinən etibarlı smartfonları: Onlar illərlə xidmət edəcək like
  • 30 Mar 06:06  
Digərləri 2025ci ilinən etibarlı smartfonları: Onlar illərlə xidmət edəcək

Demək olar ki, hər ay yeni məhsulların ortaya çıxdığı texnologiya düny

arrow Ətraflı
Çexovdan eşq sitatları: Bu sözlər sevgi anlayışınızı dəyişdirə bilər like
  • 30 Mar 05:05  
Digərləri Çexovdan eşq sitatları: Bu sözlər sevgi anlayışınızı dəyişdirə bilər

Anton Çexov insan hisslərinin incə müşahidəsi ustasıdır. 

arrow Ətraflı
Pişiklər niyə qəfil quru yeməkdən imtina edirlər? like
  • 30 Mar 04:04  
Digərləri Pişiklər niyə qəfil quru yeməkdən imtina edirlər?

Şübhəsiz ki, bir pişiyin yeməkdən imtina etməsi sağlamlıq problemlərin

arrow Ətraflı
Səhər yeməyindən əvvəl nə etməli?  Uğurlu gün üçün ən yaxşı rituallar like
  • 30 Mar 03:03  
Digərləri Səhər yeməyindən əvvəl nə etməli? Uğurlu gün üçün ən yaxşı rituallar

Sadə səhər vərdişləri gününüzü daha aktiv, sevincli edə və sağlaml�

arrow Ətraflı
50 yaşdan yuxarı qadınlar üçün eleqant saç düzümü: 10 YAŞ CAVANLAŞIN like
  • 30 Mar 02:02  
Digərləri 50 yaşdan yuxarı qadınlar üçün eleqant saç düzümü: 10 YAŞ CAVANLAŞIN

Yaşlanma prosesləri təkcə dəriyə və bədən quruluşuna deyil, həm də s

arrow Ətraflı