“Starlink” bizə nə qazandıracaq? ARAŞDIRMA
Digərləri 30 Mar 2025 12:22:00 104 0
Xəbər verdiyimiz kimi "Starlink" genişzolaqlı peyk internet xidməti Azərbaycanda istifadəyə verilib.
Bu xəbəri də oxu: Sabahdan 12 günlük bayram tətili başa çatır
İnternet paketlərinin və avadanlıqların qiyməti aşağıdakı kimidir:
Ev şəraiti üçün mini modem 340 manat, standart modem 670 manat.
Aylıq 80 və 100 manatlıq paket seçimləri mövcuddur. Səfər üçün mini modem 340 manat, standart modem 670 manat. 50GB aylıq - 90 manat, Limitsiz 170 manat. Sürət mini modemdə 50-100 Mbps arası, standart modemdə 100-250 Mbps arası dəyişir.
Bəs "Starlink" nədir? Bu şəbəkə bizə nə qazandıracaq?
Son.az modern.az-a istinadən "Starlink"lə bağlı məlumatları təqdim edir:
"Starlink" qısa şəkildə izah etsək peyk internet xidmətidir. "Starlink" qlobal internet əhatəsini təmin etməyi hədəfləyən bir peyk bürc sistemi olaraq təyin edilə bilər.
Qlobal genişzolaqlı şəbəkə yaratmaq layihəsi olan "SpaceX" yüksək sürətli internet xidmətlərini təmin etmək üçün aşağı Yer orbitində "Starlink" peyklərindən istifadə edir. Qeyd edək ki, rəsmi olaraq "Space Exploration Technologies Corp. SpaceX" kimi tanınan "SpaceX", 2002-ci ildə Elon Musk tərəfindən təsis edilmiş özəl raket və kosmik gəmi şirkətidir.
"Starlink", onilliklər ərzində mövcud olan peyk internet xidməti texnologiyası üzərində işləyir. İnternet məlumatlarını ötürmək üçün fiber optik kimi kabel texnologiyasından istifadə etmək əvəzinə, kosmosda radio siqnallarından istifadə edir. Yer stansiyaları orbitdəki peyklərə siqnal ötürür, bu da öz növbəsində Yerdəki "Starlink" istifadəçilərinə məlumat ötürür. Hər bir "Starlink" peykinin çəkisi 260 kqdır.
"Starlink"in xüsusiyyətləri
Bu şəbəkənin məqsədi Yer üzündə kənar hesablamaları asanlaşdıran, kosmosda aşağı gecikməli şəbəkə yaratmaqdır. Kosmosda qlobal şəbəkə yaratmaq asan deyil, xüsusən də aşağı gecikmə əsas tələb olduğundan bu proses daha da çətinləşir. Bu tələbatı ödəmək üçün "SpaceX" aşağı Yer orbitində təxminən 42.000 tablet ölçülü peykdən ibarət layihə hazırlanmasını təklifi hazırladı.
"Starlink"i rəqiblərindən fərqləndirən bir neçə xüsusiyyət var (məsələn, OneWeb, HughesNet, Viasat, Amazon):
"Starlink" bir neçə böyük peykdən istifadə etmək əvəzinə, minlərlə kiçik peykdən istifadə edir.
"Starlink" planetin səthindən cəmi 482 km yüksəklikdə hərəkətdə olan ADY peyklərindən istifadə edir. Bu sabit orbit internet sürətini artırır və gecikmə səviyyələrini azaldır.
Ən son "Starlink" peykləri peyklər arasında siqnal ötürmək üçün lazer rabitə elementlərinə malikdir. Bu, yerüstü stansiyalardan asılılığı azaldır.
"SpaceX" daha az fasilələrlə qlobal və uzaq peyk əhatə dairəsini təmin edərək, yaxın gələcəkdə 40.000-ə qədər peyk buraxmağı hədəfləyir.
Martın 31-də gözlənilən hava proqnozu açıqlanıb.

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Ramazan bayramı m�

Türkiyəli aktyor Yiğit Özşenerin yeni layihəsi bəlli olub.

Mingəçevirdə yaşadığı evdən 71 yaşlı qadının meyiti aşkarlanıb.

Fransa Özbəkistanla əməkdaşlığını dərinləşdirərək Çin və Rusiyay

Milyarder İlon Mask son müsahibəsində Marsda bir şəhər qurmağın insan s

30 il əvvəl BBC-nin "Sabahın Dünyası" adlı elmi proqramı 2025-c

İllərdir "mavi bölgələr" adlanan ərazilər burada yaşayan insan

Xəbər verdiyimiz kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ b

Suriya lideri Əhməd əl-Şaraa ölkədə yeni hökumətin formalaşdığını

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin

Köpəkbalıqları uzun illərdir səssiz yırtıcılar kimi tanınırdı. Sən�

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi
