Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib FOTO
Digərləri 29 Yan 2026 09:48:00 51 0
2026-cı ilin 28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə "Ümumdünya Türk Dili Ailəsi Günü" münasibətilə "Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər" mövzusunda konfrans keçirilib.
Bu xəbəri də oxu: Yeni Günəşli, Zabrat, Masazır, Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək
Son.az Trend-ə istinadən bildirir ki, konfransda çıxış edən Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev mədəniyyətin ayrılmaz tərkib hissəsi olan və xalqlarımızı birləşdirən ortaq dil amilinin əhəmiyyətini vurğulayıb. O, çıxışında UNESCO Baş Konfransının 2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində baş tutmuş 43-cü sessiyası zamanı 15 dekabr tarixinin "Ümumdünya Türk Dili Ailəsi Günü" kimi elan edilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bunun türk dilinin universal mədəni müxtəlifliyin ayrılmaz tərkib hissəsi kimi tanınması istiqamətində mühüm addım olduğunu bildirib. S.Fətəliyev türk dili ailəsinin qorunması, inkişafı və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən bu təşəbbüsün ilk günlərdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyi barədə məlumat verib. Səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "bizim ailəmiz türk dünyasıdır" tezisi həm mənsubiyyətin, həm məsuliyyətin bəyanıdır, bu yanaşma ortaq tarixə, ortaq mədəni yaddaşa və ortaq dəyərlərə söykənən birlik anlayışını önə çəkir. Sonda S.Fətəliyev vurğulayıb ki, türk dili ailəsinin zənginliyinin dünyaya tanıdılması üçün "elan olunmuş bir gün" kifayət deyil, bunun ardınca real və davamlı iş aparılmalı, dil diplomatiyası sistemləşdirilməlidir.
Konfransda çıxış edən Türkiyə səfiri Murat Səlim Esenli və Qazaxıstan səfiri Almurat Turqanbekov "Ümumdünya Türk Dili Ailəsi Günü"nün təsis edilməsinin ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaratdığını, tarix və mədəniyyəti ilə bir olan türk dünyasının zənginlik və müxtəlifliyinin parlaq gələcəyə yol açdığını bildiriblər. Çıxışlarda həmçinin türk dilinin qorunması və təşviqi baxımından Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Daha sonra Yunus Əmrə İnstitutunda türk dili və mədəniyyəti üzrə mühazirələr oxuyan professor Mehmet Necati Kutlu öz çıxışında türklərin ilk yazılı mənbəyi kimi Orxon-Yenisey abidələri, onların 1893-cü ildə Danimarka alimi Vilhelm Tomsen tərəfindən oxunması, türk əlifbalarının inkişafı, türkdilli xalqlar və onların yayıldığı coğrafiya, türk dillərinin ortaq sözləri barədə məlumat verib.
"Rəngarəng" verilişində müğənni Əlikram Bayramovun həmkarı M
Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğ
Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü
Hər kəs hər gecə bir neçə yuxu görür, lakin insanların böyük bir hiss
İsveçrə Alp dağlarının altından keçən və 57 kilometr uzunluğu ilə d�
Göbələk sote hazırlayarkən ən çox rast gəlinən problem göbələklərin
Yemək bişirərkən bəzən ocaqlarda yağ ləkələri kimi qalıcı izlərin y
İmişli sakini bədbəxt hadisənin qurbanı olub.
Qış aylarında çimdikdən dərhal sonra yaş saçla çölə çıxmaq saç və
Portuqaliyalı katolik keşiş Guilherme Peixoto qeyri-ənənəvi fəaliyyəti i
Mütəxəssislərin fikrincə, sağlam yaşlanma üçün nahar yeməyi üç əsa
İspaniyanın cənubunda, Qranada yaxınlığında yerləşən Guadix qəsəbəs
Emosional yetkinlik bir insanın öz hisslərini idarə edə bilməsi və başqa
