Baş ağrısı ilə başlayır Yeni virusun əlamətləri
Digərləri 29 Yan 2026 11:20:00 54 0
Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın simptomları açıqlanıb.
Bu xəbəri də oxu: Yeni dəmir yolu stansiyaları bu ərazilərdə yerləşəcək
Son.az TASS-a istinadən xəbər verir ki, rusiyalı həkim Nina Vişnevskaya bu barədə müsahibəsində bildirib.
Onun sözlərinə görə, xəstəlik ilkin mərhələdə simptomsuz keçə, daha sonra isə sürətlə inkişaf edə bilər.
"Hindistanda yeni yayılan ölümcül Nipah virusuna yoluxmanın əlamətləri arasında temperaturun qəfil 38 dərəcəyədək və daha yuxarı qalxması, adi qrip və digər yoluxucu xəstəliklərdə olduğu kimi güclü baş və əzələ ağrıları ola bilər".
İnkubasiya dövrünün orta müddəti 4-14 gün təşkil edir. Bununla belə, yoluxmuş material və ya xəstə insanla təmasdan 45 gün sonra əlamətlərin ortaya çıxdığı hallar da qeydə alınıb.
"Bu virus üçün güclü baş və əzələ ağrıları, üşütmə, halsızlıq və ürəkbulanma xarakterikdir. Təhlükə virusun sinir sistemini zədələdiyi zaman yaranır - xəstələrin bir hissəsində şüurun pozulması, qıcolmalar və kəskin tənəffüs çatışmazlığı inkişaf edir", - deyə Vişnevskaya qeyd edib.
Qeyd edək ki, Azərbaycanda hazırda Nipah virusu ilə bağlı heç bir yoluxma halı aşkar edilməyib.
Fidan Son.az
Müğənni Mənzurə Musayeva maraqlı açıqlama verib.
Uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Alimlər Qiyamət Saatını gecə yarısından 85 saniyə əvvəl göstərəcək
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Nanə Ağamalıyeva Xalq artisti
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri mü
Həbsdə olan Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iş
Son.az xəbər verir ki, sahibkarlar bildiriblər ki, illərdir ki, bu tendensiy
Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavi
Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya al
LANDAU School və "Leznik & Co." tədris mərkəzinin birgə layihəsi
Kolumbiyada Satena dövlət aviaşirkətinə məxsus, 13 sərnişin və 2 heyət
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
