Yeni Günəşli, Zabrat, Masazır, Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək
Digərləri 28 Yan 2026 12:38:00 70 0
Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək.
Bu xəbəri də oxu: ️Xırdalanda yeni tunel inşa ediləcək
Son.az "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet şəhər mərkəzindəki metro stansiyalarının yükünün azaldılmasıdır: "Hazırda mərkəzi stansiyalar rolunu əsasən "28 May" və "Sahil" metro stansiyaları daşıyır. Digər istiqamətlərdən gələn sərnişin axınının böyük hissəsi bu stansiyalarda cəmləşir. Buna görə ilkin mərhələdə keçid stansiyalarının inşası nəzərdə tutulub".
Nazir müavini qeyd edib ki, məqsəd şəbəkəni şaxələndirmək və sərnişinlərə mərkəzə alternativ marşrutlar təqdim etməkdir.
Bildirib ki, 2030-cu ilədək Nizami, Sahil və Xətai stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq: "Bununla mərkəzi stansiyalardakı sıxlıq azalacaq. Növbəti mərhələlərdə isə metro xətlərinin şəhər ətrafı ərazilərə uzadılması məsələsi gündəmə gətiriləcək".
Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.
Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qa
Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənil
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günü tədbirində j
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universi
Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri v
Hindistanda Mumbaydan havaya qalxan təyyarə eniş etməyə çalışarkən qəz
İnsan beynində xarici informasiyadan qoruyan daxili mexanizmlər yoxdur ki, bu
Rusiya Uzaq Şərq Federal Universitetinin (FEFU) professoru səkkiz qram kannab
Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə
Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması m�
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möht
