Yeni doğulan uşağa ad verilmə qaydaları DƏYİŞİR
Digərləri 28 Yan 2026 11:25:00 83 0
Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyacaq.
Bu xəbəri də oxu: Nazir Niyammədin Musayevin qızını İŞDƏN ÇIXARDI
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.
Hazırda qüvvədə olan qanuna görə, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Qanun layihəsinə əsasən, yuxarıdakı üç abzasda qeyd edilən müddəalar qanundan çıxarılacaq.
Ailə Məcəlləsinin tələbləri
Məlumat üçün bildirək ki, Ailə Məcəlləsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.
Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.
Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı Ailə Məcəlləsiniə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması m�
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möht
Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi artırılacaq.
Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığın hər hansı forma
İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi qaydalar
Türkiyəli müğənni "BLOK3"ün (Hakan Aydın) "Obsessive"
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası vahid məhk�
08.01.2026-cı il tarixində 75 yaşlı qadın ağır vəziyyətdə Kliniki Tibb
Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın
Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazar
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olu
Səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün
Aparıcı Nanə Ağamalıyeva bir müddət sonra yenidən obyektivlərə tuş g�
