Bu il yeni metro stansiyası istifadəyə veriləcək
Digərləri 28 Yan 2026 10:43:00 81 0
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, uzun illərdən sonra "Dərnəgül" elektrik deposunun inşası davam etdirilib.
Bu xəbəri də oxu: Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
Son.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bu gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
""28 May" stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda, "İçərişəhər" stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. "Həzi Aslanov" stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb", - deyə sədr bildirib.
A.Rzayev vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq:
"Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib".
Son.azAzərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası vahid məhk�
08.01.2026-cı il tarixində 75 yaşlı qadın ağır vəziyyətdə Kliniki Tibb
Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın
Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazar
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olu
Səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün
Aparıcı Nanə Ağamalıyeva bir müddət sonra yenidən obyektivlərə tuş g�
Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub.
Biznes və maliyyə mediası olan FinFly fəaliyyətə başlamasından bir il
Fevral ayında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti Nyu-York Ti
Ötən il 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızm
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möht
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
"Əmək pensiyaları" haqqında Qanuna əsasən, əmək pensiyaların�
