Demokratiya parodiyası: AŞPAnın yeni platforması və simvolik siyasətin mexanikası


Dünya 28 Yan 2026 09:42:00 51 0

Demokratiya parodiyası: AŞPAnın yeni platforması və simvolik siyasətin mexanikası

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Rusiya Demokratik Qüvvələri Platforması" yaratmaq qərarı "Putin rejiminə qarşı çıxan qüvvələrin institusional tanınması" kimi təqdim olunur. Amma bu "demokratik irəliləyiş" vitrininin arxasında əslində çoxdan tanış olan siyasi texnologiya gizlənir - iştirakın imitasiyası, təsirin isə sıfır səviyyədə saxlanması. AŞPA nə Rusiyanın alternativ siyasi subyektini formalaşdırır, nə də müstəqil platforma yaradır. Sadəcə, Avropanın "başqa Rusiya" haqda yaratdığı nəqlin vitrini rolunda çıxış edən idarəolunan bir simulyakr qurur.

Kimlər və necə seçilib

Əsas sual seçim meyarlarıdır. Platforma açıq müsabiqəsiz, şəffaf prosedurlarsız, hətta ən sadə izah olmadan formalaşdırılıb - nəyə görə məhz bu on beş nəfərə "demokratik avanqard" statusu verilib? Qərarlar pərdəarxasında, illərdir Avropanın qrant və məsləhət sisteminə inteqrasiya olunmuş QHT-lərin dar çevrəsi vasitəsilə qəbul olunub. Bu, demokratiya deyil, idarə olunan seleksiyadır - yeganə filtr "siyasi təhlükəsizlik" və "ideoloji uyğunluq" olub.

Platformanın "inklüzivliyi" - saxtadır. Orada nə solçular, nə suverenistlər, nə də Avropa siyasətinin ikili standartlarını tənqid edənlərə yer verilib. Hətta sanksiyaların effektivliyini şübhə altına alanlar belə kənarda qalıb. AŞPA siyasi dialoq meydanı deyil, idarə olunan loyal zona yaradır.

Etnik kvota və simvolik dekonstruksiya

Xüsusi diqqət "Rusiyanın yerli və azsaylı xalqları"nın nümayəndələrinin platformaya daxil edilməsinə çəkilib. Bu addım "dekolonial dönüş" kimi təqdim edilir, amma əslində etnikliyi siyasi alətə çevirərək xarici legitimlik qazanmaq cəhdidir. Əksər "nümayəndələrin" nə ictimai mandatı, nə də yerli legitimliyi var - onlar Avropanın qrant sistemindən asılı mühacir fəallardır. Beləliklə, Avropa institutları bir daha xalqlarla yox, onların simvolik "proksi"ləri ilə danışır.

İdarə olunan parçalanma və legitimlik böhranı

AŞPA-nın təşəbbüsü Rusiya müxalifətini birləşdirmir, əksinə, daha da parçalayır. "Rəsmi" nümayəndələr təyin etməklə Avropa institutları bu çərçivəyə sığmayan digərləri avtomatik şəkildə marginalizə edir. Bu, vətəndaş cəmiyyətinə dəstək deyil, onun təmsil strukturuna yönəlik manipulyasiyadır. Xarici moderator bir növ rejissor funksiyasını daşıyır - fiqurları hazır ssenari üzrə düzür, final isə əvvəlcədən məlumdur.

Əslində bu platforma siyasi institut deyil, narrativ nəzarət vasitəsidir. O, Avropanın "Rusiyanın demokratik gələcəyi" mövzusuna nəzarət illüziyasını qorumağa xidmət edir. Burada nə təsir mexanizmi var, nə strategiya - yalnız "fəal iştirak" görüntüsü. AŞPA müxalifləri real siyasətin iştirakçısına yox, simvolik rolların icraçılarına çevirir.

Platformaya daxil olanlar

AŞPA-nın açıqladığı siyahıda tanınmış adlar var:

Nataliya Arno - Free Russia Foundation qurucusu

Dmitri Qudkov - keçmiş Dövlət Duması deputatı

Mark Feygin - sabiq vəkil, media şərhçisi

Vladimir Kara-Murza - müxalif siyasətçi

Qarri Kasparov - Azad Rusiya Forumunun həmtəsisçisi

Mixail Xodorkovski - sabiq YUKOS həmsahibi

Oleg Orlov - "Memorial" cəmiyyətinin rəhbərlərindən biri

Lyubov Sobol - Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş əməkdaşı

Nadejda Tolokonnikova - Pussy Riot üzvü

Andrey Volna - cərrah və ictimai fəal

Bu şəxslərin hamısı ya Rusiyada "xarici agent" kimi tanınıb, ya da ekstremist və ya qadağan olunmuş təşkilatlarla əlaqəlidir.

Yerli xalqlar üçün ayrıca kvota ayrılıb:

Ruslan Kutayev - çeçen müxalif fəal

Yekaterina Kuznetsova - "İnqriya Evi" layihəsinin yaradıcısı

Vasili Matenov - ictimai fəal

Lana Pılayeva - Komi Daily media layihəsinin eksperti

Pavel Sulyandziga - Beynəlxalq Yerli Xalqlar Komitəsinin təşəbbüskarı

Performativ idarəçilik və "proksi təmsilçilik"

AŞPA-nın platforması hüquqi subyekt deyil, qərarları yalnız tövsiyə xarakteri daşıyır. Onun funksiyası bəyanatlar verməklə və diskussiyalarda iştirakla məhdudlaşır. Bu, təsir kanalı yox, Avropanın "narrativ nəzarəti" üçün bir alətdir.

Siyasi nəzəriyyə baxımından bu hadisə "performativ idarəçilik" və "proksi təmsilçilik" nümunəsidir - Avropa Rusiyanın adından danışır, amma Rusiya ilə yox.

"Başqa Rusiya" mifi və idarə olunan inklüzivlik

Avropa yenə də mürəkkəb reallıqlarla işləməkdə acizliyini nümayiş etdirir. O, analitik dərinlik yerinə, nəzarət illüziyasını üstün tutur. "Rusiya Demokratik Qüvvələri Platforması" təşəbbüsü bu illüziyanın növbəti təzahürüdür: Avropa "dialoqu qorumaq" bəhanəsi ilə əslində özünə uyğun, təhlükəsiz "alternativ Rusiya" konstruksiyası yaradır.

AŞPA-nın bu platforması nə siyasi islahatların alətidir, nə də vətəndaş cəmiyyətinə dəstək proqramı. Bu, sadəcə, Avropanın simvolik teatrıdır - burada nə analitika var, nə subyektlik, nə də real strategiya. Yalnız mifik "daxilolma" və idarə olunan iştirak görüntüsü.

Avropanın kimə qulaq asmağa hazır olduğu və kimdən qorxduğu

Platformadan Ukrayna tərəfdində döyüşən rus könüllü birləşmələrinin nümayəndələrinin kənarda saxlanması simvolik məna daşıyır. Bu addım Avropa siyasi mədəniyyətinin əsas ziddiyyətini üzə çıxarır: Avropa "sözlə işləməyə" hazırdır, amma "əməl"lə - yox. AŞPA-nın məntiqində siyasi subyektlik ifadə hüququ ilə əvəzlənib, iştirak isə təhlükəsiz simvolizm səviyyəsinə endirilib. Avropa, öz normativ ritorikasına uyğun danışanları dinləməyə razıdır, amma real təsir potensialı olanları eşitməkdən ehtiyat edir.

Beləliklə, "Rusiya Demokratik Qüvvələri Platforması" konsolidasiyanın yox, "uyğun" və idarəolunan fiqurların legitimləşdirilməsi mexanizminə çevrilir. AŞPA üçün bu, Rusiyanın gələcəyi üzərində təsir illüziyasını qorumağın və öz elektoratına "aktiv mövqe" nümayiş etdirməyin bir yoludur - heç bir real məsuliyyət daşımadan. Müxalifət üçün isə bu, acı xatırlatmadır: xarici tanınma xalq dəstəyi ilə deyil, idarəolunma dərəcəsi və uyğunluq səviyyəsi ilə ölçülür.


Xəbərə aid video

Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi?  AÇIQLAMA like
  • 28 Yan 09:41  
Digərləri Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi? AÇIQLAMA

"Əmək pensiyaları" haqqında Qanuna əsasən, əmək pensiyaların�

arrow Ətraflı
Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq like
  • 28 Yan 09:31  
Digərləri Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum

arrow Ətraflı
71 yaşlı kişi faciəvi şəkildə öldü like
  • 28 Yan 09:00  
Digərləri 71 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıtda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
“Məni Dominikanda görə bilərsiniz” like
  • 28 Yan 08:41  
Şou-biznes “Məni Dominikanda görə bilərsiniz”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşun "

arrow Ətraflı
Fırçaya birazca sıxın və təmizləyin: Tualetdə ərp izi qalmır like
  • 28 Yan 08:08  
Digərləri Fırçaya birazca sıxın və təmizləyin: Tualetdə ərp izi qalmır

Tualetlərdə yaranan sarı ləkələr və ərp izləri həm vizual olaraq narah

arrow Ətraflı
Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks like
  • 28 Yan 07:07  
Digərləri Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

Soyuq qış günlərində çayın yanına ən çox yaraşan ləzzətlərdən bir

arrow Ətraflı
Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT like
  • 28 Yan 06:06  
Digərləri Tromb yaranmasının qarşısını alan ƏDVİYYAT

Zəncəfilin tromb yaranmasının qarşısını almaqda təsirli olduğu elmi ş

arrow Ətraflı
Gün ərzində nə qədər pendir yemək olar? like
  • 28 Yan 05:05  
Digərləri Gün ərzində nə qədər pendir yemək olar?

Pendir alarkən və ya yeyərkən bəzi məqamlara diqqət etmək lazımdır.

arrow Ətraflı
"İşıqda yatmaq infarkta səbəb olur" like
  • 28 Yan 02:02  
Digərləri "İşıqda yatmaq infarkta səbəb olur"

İngiltərədə aparılan 10 illik geniş tədqiqat nəticəsində məlum olub k

arrow Ətraflı
Hande Erçelə prodüser sevgilisindən böyük jest like
  • 28 Yan 00:55  
Şou-biznes Hande Erçelə prodüser sevgilisindən böyük jest

Məşhur aktrisa Hande Erçel və yeni sevgilisi, prodüser Onur Güvenatamın m

arrow Ətraflı
Tramp hədələdi: "O, rəhbər seçilsə, yardımı kəsəcəyik" like
  • 28 Yan 00:51  
Digərləri Tramp hədələdi: "O, rəhbər seçilsə, yardımı kəsəcəyik"

ABŞ Prezidenti Donald Tramp İraqda keçmiş baş nazir Nuri əl-Malikinin yeni

arrow Ətraflı
15 dəqiqəyə Xaçapuri necə hazırlanır? like
  • 28 Yan 00:49  
Digərləri 15 dəqiqəyə Xaçapuri necə hazırlanır?

Gürcü mətbəxinin vizit kartı sayılan Xaçapuri adətən mayalı xəmirlə

arrow Ətraflı
Mertin serialında yeni sima: Məşhur aktyor heyətə qatıldı like
  • 28 Yan 00:43  
Şou-biznes Mertin serialında yeni sima: Məşhur aktyor heyətə qatıldı

Hazırlıqları sürətlə davam edən "Delikanlı" serialı üçün y

arrow Ətraflı
İrandan Trampa hərbi nümayiş: Hörmüz boğazında təlimlər başlayır like
  • 28 Yan 00:40  
Digərləri İrandan Trampa hərbi nümayiş: Hörmüz boğazında təlimlər başlayır

ABŞ-nin "USS Abraham Lincoln" təyyarə gəmisini bölgəyə yerləş

arrow Ətraflı