"Biz müharibəyə hazırlaşmırıq"
Digərləri 28 Yan 2026 12:02:00 71 0
Biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq.
Bu xəbəri də oxu: Yanvar ayının pensiyaları niyə artımla ödənilmədi? AÇIQLAMA
Son.az Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz rəsmi "Facebook" səhifəsində bildirib.
"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur. Biz bu ən etibarlı təhlükəsizlik zəmanətini daha da gücləndirəcəyik", - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Ermənistan" və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri v
Hindistanda Mumbaydan havaya qalxan təyyarə eniş etməyə çalışarkən qəz
İnsan beynində xarici informasiyadan qoruyan daxili mexanizmlər yoxdur ki, bu
Rusiya Uzaq Şərq Federal Universitetinin (FEFU) professoru səkkiz qram kannab
Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə
Xırdalan şəhərinin mərkəzində nəqliyyat sıxlığının azaldılması m�
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möht
Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi artırılacaq.
Təhsil müəssisələrində uşaqlara qarşı zorakılığın hər hansı forma
İbtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi qaydalar
Türkiyəli müğənni "BLOK3"ün (Hakan Aydın) "Obsessive"
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
