“Şəhərsalma və Memarlıq İli” problemlərin həlli üçün real imkan yaradır


Siyasət 23 Dek 2025 16:48:00 82 0

“Şəhərsalma və Memarlıq İli” problemlərin həlli üçün real imkan yaradır

"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin müəyyən bir əsas ideya üzərində elan edilməsi artıq formalaşmış ənənəyə çevrilib. Bu yanaşma bir tərəfdən dövlət hakimiyyəti orqanlarının həmin istiqamətdə səfərbər olunmasını təmin edir, digər tərəfdən isə seçilən sahəyə həm maliyyələşmə, həm də ictimai maraq baxımından xüsusi diqqətin ayrılmasına şərait yaradır".

Bunu Son.az-a açıqlamasında deputat Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması təsadüfi deyil. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə beynəlxalq əhəmiyyətli konfransların keçirilməsi və aparıcı xarici təşkilat nümayəndələrinin bu ərazilərə dəvət olunması Azərbaycanın yeni vətən quruculuğu modelinin dünyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat söyləyib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan müasir şəhərsalma konsepsiyaları, uğurlu memarlıq və planlaşdırma nümunələri, eləcə də Prezidentin bu sahə ilə bağlı çıxışları sözügedən qərarın əsas ideya xəttini təşkil edir:

"Gələn il məhz Qarabağda və azad olunmuş ərazilərdə salınan şəhər və kəndlərin inkişafı, on minlərlə məcburi köçkün ailəsinin doğma torpaqlarına qayıdışı üzərindən Azərbaycanın dövlət siyasətinin və milli mövqeyinin beynəlxalq aləmdə nümayişinə xidmət edəcək".

Eyni zamanda nəzərə çatdırıb ki, bu qərar Zəfərin beş illiyi və həmin dövrdə görülən genişmiqyaslı strateji işlərin miqyası ilə də sıx bağlıdır. Dünyanın aparıcı şirkətlərinin cəlb edilməsi və planlı şəkildə irimiqyaslı layihələrin həyata keçirilməsi baxımından 2026-cı ilin bu istiqamətdə elan olunması xüsusi önəm daşıyır.

Bununla yanaşı millət vəkilinin dediyinə görə, həm paytaxtda, həm də regionlarda şəhərsalma sahəsində müxtəlif dövrlərdən qalma uğurlu nümunələrlə yanaşı, ciddi problemlər də mövcuddur.

Bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin 2040-2050-ci illəri əhatə edən Bakı şəhərinin Baş Planı üzrə apardığı araşdırmalar bunu açıq şəkildə ortaya qoyur. Bir sıra pilot layihələrdə əhali ilə anlaşılmazlıqlar, məhkəmə çəkişmələri, bəzi hallarda isə milli tikinti şirkətlərinə qarşı ictimai etimadın zədələnməsi halları müşahidə olunur.

"Əsas problemlərə binaların bir-birinə həddindən artıq yaxın tikilməsi, yaşıllıq siyasətində mövcud çatışmazlıqlar, ağıllı sistemlərin və qənaət rejimlərinin yetərincə tətbiq olunmaması, alternativ enerji mənbələrindən, xüsusilə "yaşıl şəhər" modelindən istifadənin zəifliyi, tikinti bumuna baxmayaraq, orta statistik müəllim, həkim və müharibə iştirakçıları üçün mənzil qiymətlərinin əlçatmaz qalması aiddir".

Qeyd edib ki, ipoteka siyasəti bu sahədə müəyyən rol oynasa da, yəni bu məqsədlə təxminən 3 milyard manat vəsait ayrılsa da problemlər hələ də tam həllini tapmayıb.

Əlavə edib ki, xüsusilə paytaxtda milli ornamentlərə və Şərq memarlıq üslubuna qayıdışın vacibliyi vurğulanır. Ümummilli lider Heydər Əliyevin dövründə salınan qəsəbələrdə heykəltəraşlıq, parklar və yaşıllıq şəhərsalma siyasətinin ayrılmaz tərkib hissəsi idi.

Məcburi köçkünlük və işğal dövründə Bakıda bir sıra sistemsiz və qanunsuz tikililərin meydana çıxdığını deyən Z.Oruc diqqətə çatdırıb ki, yüksək gərginlikli xətlərin mühafizə zonalarında, yol kənarlarında, eləcə də neft-qaz sahələrində salınmış yaşayış məntəqələri bu gün də ciddi problem olaraq qalır. Bu tikililərin hüquqi müstəvidə rəsmiləşdirilməsi olduqca mürəkkəb prosesdir. Dövlət Əmlak Xidmətinə müraciətlər göstərir ki, bir tərəfdən müasir binalarla fəxr etdiyimiz halda, digər tərəfdən hələ də heç bir standarta cavab verməyən, sənədsiz evlər mövcuddur:

"Prezident tərəfindən "Şəhərsalma və Memarlıq İli" ideyasının irəli sürülməsi bu problemlərin həlli üçün mühüm imkan yaradır. 2026-cı ildə hökumət, aidiyyəti nazirliklər, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Milli Məclis bu siyasətin icrasında ön sıralarda yer almalıdır. Ölkə üzrə qanunçuluğun təmin edilməsi, hər bir vətəndaşın mülkiyyət hüququnun rəsmiləşdirilməsi həm dövlət büdcəsinə milyardlarla manat vəsaitin daxil olmasına, həm də vətəndaşların yaşadıqları ərazilərə sərmayə yatırmasına şərait yaradacaq.

2026-cı ilin bu istiqamətdə elan olunması sadəcə simvolik qərar deyil, eyni zamanda müvafiq qurumlar qarşısında qoyulan konkret vəzifələr və icra olunmalı fəaliyyət planı deməkdir".

Mina Mikayılova Son.az

Azərbaycana narkotik keçirən İran vətəndaşı saxlanıldı like
  • 23 Dek 16:44  
Digərləri Azərbaycana narkotik keçirən İran vətəndaşı saxlanıldı

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�

arrow Ətraflı
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 16:35  
Siyasət İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlha

arrow Ətraflı
Bakıda maşın piyada zolağında kişini vurdu like
  • 23 Dek 16:34  
Digərləri Bakıda maşın piyada zolağında kişini vurdu

Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqə

arrow Ətraflı
Çay və qəhvənin hansı halda xərçəng yaratdığı like
  • 23 Dek 16:30  
Digərləri Çay və qəhvənin hansı halda xərçəng yaratdığı

Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri

arrow Ətraflı
Siqaretin qiyməti yenə arta bilər like
  • 23 Dek 16:23  
Digərləri Siqaretin qiyməti yenə arta bilər

Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m

arrow Ətraflı
Ruslan Eyyubov bu maddələrlə  İttiham olunur like
  • 23 Dek 16:08  
Digərləri Ruslan Eyyubov bu maddələrlə İttiham olunur

Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru

arrow Ətraflı
"Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır" like
  • 23 Dek 16:00  
Şou-biznes "Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır"

Xalq artisti Eyyub Yaqubov səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb

arrow Ətraflı
"Dedi ki, 8 min manat ver, kanalımda veriliş apar" like
  • 23 Dek 15:49  
Şou-biznes "Dedi ki, 8 min manat ver, kanalımda veriliş apar"

Aparıcı və prodüser Sayqa Cahid sosial şəbəkədə maraqlı açıqlama ver

arrow Ətraflı
Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi like
  • 23 Dek 15:45  
Digərləri Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq

arrow Ətraflı
Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub like
  • 23 Dek 15:34  
Digərləri Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında

arrow Ətraflı
İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib like
  • 23 Dek 15:28  
Siyasət İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı