Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi
Digərləri 23 Dek 2025 15:45:00 67 0
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
Bu xəbəri də oxu: Bakıda 19 yaşlı oğlanın ölümünə səbəb olan qəzanın ANBAAN
Son.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Həmin işin təfərrüatı barədə əvvəlki yazımızda özəl mənbəmizə istinadan geniş məlumat vermişdik. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı
Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Çoxunun "rasşotnoy" adlandırdıqları son haqq-hesab işəgötürə
Dekabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.
Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede
