İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib


Siyasət 23 Dek 2025 15:28:00 71 0

İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində "AzərEnerji" ASC-nin 110/35/10 kV-luq "Xankəndi-1" elektrik yarımstansiyasının açılışında iştirak edib.

Son.az xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

Bildirilib ki, yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi "AzərEnerji" ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Dövlətimizin başçısına Qarabağ və Şərqi Zəngəzurda 1000 kilometrədək məsafədə yaradılmış dairəvi elektrik təchizatı sisteminin və istismarının təşkilində innovativ texnologiyaların tətbiqi barədə də məlumat verildi.

Diqqətə çatdırıldı ki, "AzərEnerji" ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, "İmişli", "Ağcabədi" və "Gəncə" yarımstansiyaları tam yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.

Qeyd edək ki, "AzərEnerji" ASC tərəfindən istismarın təşkili üçün tətbiq edilən növbəti innovativ yenilik Qarabağda və Şərqi Zəngəzurdan başlanılmaqla bütün ölkəni əhatə edəcək Rəqəmsal Texnologiyalarla Yarımstansiya və Hava Xətlərinin Monitorinqi və Analizi sistemləridir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub. Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqliyə malik kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsini, emalını və serverə göndərilməsini, həmçinin lazer texnologiyaları vasitəsilə ölçülərin, məsafələrin və qızma nöqtələrinin müəyyənləşdirilməsini təmin edir, beləliklə, adi gözlə görünməsi mümkün olmayan qəza riskləri aşkarlanır.

Prezident İlham Əliyevə "AzərEnerji" ASC tərəfindən "Yaşıl enerjiyə keçid" meqalayihələri barədə də məlumat verildi. Qeyd edildi ki, ölkənin ən böyük yarımstansiyası - 500 kV-luq "Nəvahi" yarımstansiyasında işlər tamamlanıb, "Şəfəq" Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb. Azərbaycanda bərpaolunan enerji mənbələrinin dinamik inkişafı üçün Batareya Enerji Saxlanc sistemlərinin yaradılması sürətlə davam edir. MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc sistemləri olan bu enerji obyektləri "Abşeron" və "Ağdaş" yarımstansiyalarının ərazilərində qurulur. Ölkədə yeni yaradılan 2 QVt bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq və enerji sisteminin dayanıqlılığını gücləndirmək məqsədilə Geniş Ərazi Monitorinq və Geniş Ərazi İdarəetmə sistemləri tətbiq edilir.

Canlı yayımda rəzillik: “Uşaq sənin deyil” like
  • 23 Dek 15:10  
Digərləri Canlı yayımda rəzillik: “Uşaq sənin deyil”

Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca

arrow Ətraflı
Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub like
  • 23 Dek 14:54  
Siyasət Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN like
  • 23 Dek 14:51  
Digərləri Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

arrow Ətraflı
Müğənnilərin yeni il qiymətləri  15 min manat  SİYAHI like
  • 23 Dek 14:47  
Şou-biznes Müğənnilərin yeni il qiymətləri 15 min manat SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər

arrow Ətraflı
Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib like
  • 23 Dek 14:45  
Siyasət Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərb

arrow Ətraflı
İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb like
  • 23 Dek 14:41  
Siyasət İlham Əliyev Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib like
  • 23 Dek 14:35  
Siyasət Prezident Kərkicahanda 1 nömrəli tam orta məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir like
  • 23 Dek 14:27  
Digərləri Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir

Ölkəmizdə mikro, kiçik və orta biznes (KOB) üzrə müsbət artım dinamika

arrow Ətraflı
Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 23 Dek 14:25  
Siyasət Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvede

arrow Ətraflı
Tanrıverdi Tanrıverdiyev həbsdə öldü like
  • 23 Dek 14:24  
Digərləri Tanrıverdi Tanrıverdiyev həbsdə öldü

Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıver

arrow Ətraflı
Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər like
  • 23 Dek 14:20  
Digərləri Sosial şəbəkədə “rüşvətxor”, “korrupsioner” yazdılar, 2500 manat cərimələndilər

Lənkəranın Mamusta kənd orta məktəbinin direktoru Yaxşıxanım Fərzullay

arrow Ətraflı
Balaəli ilk dəfə yeni dəbdəbəli VİLLASINI nümayiş etdirdi like
  • 23 Dek 14:17  
Şou-biznes Balaəli ilk dəfə yeni dəbdəbəli VİLLASINI nümayiş etdirdi

Meyxanaçı Balaəli Maştağalı özünə yeni villa alıb.

arrow Ətraflı